22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI

2012-02-08

«O cür qəzəbli, sərt cavablarla, sual verəni savadsızlıqda ittiham etməklə vəziyyət düzəlmir»

Müsavat Partiyasının başqanı İsa Qəmbər prezident İlham Əliyevin fevralın 3-də Münhendə üzləşdiyi sual və onun cavabına münasibət bildirib. Qeyd edək ki, Almaniyanın Xarici Siyasət və Təhlükəsizlik İnstitutunun direktoru Volker Perthes sual etmişdi: «Öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?»

İlham Əliyevsə sözə belə başlayıb: «Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm». Daha sonra 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfə artdığını deyib. «Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb».
Prezident deyib ki, siyasi vəziyyət də sabitdir. Ölkədə çoxpartiyalı sistem var. Mətbuat, din, internet də azaddır. O çıxışını belə yekunlaşdırıb: «Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz».
Müsavat Partiyasının başqanı İsa Qəmbər “Azadlıq” radiosuna deyib ki, bu cavaba nə Avropada, nə də Azərbaycanda inanırlar: “Artan iş yerləri, dirçələn həyat səviyyəsi barədə, Azərbaycanda guya çoxpartiyalı sistem, demokratiyanın mövcud olması, söz azadlığı, ifadə azadlığı olması barədə deyilənlər heç kimi inandıra bilməz. Gerçəklik Azərbaycanda 180 dərəcə əksinədir. Və həmin toplantıda Azərbaycandakı vəziyyəti bildikləri üçün sual vermişdilər. Ona görə də o cür qəzəbli, sərt cavablarla, sualı verəni savadsızlıqda ittiham etməklə vəziyyət düzəlmir. Əksinə, Azərbaycanda vəziyyəti dəyişmək lazımdır. Azərbaycanda həm siyasi, həm iqtisadi azadlıqları bərqərar etmək lazımdır. Bununla da beynəlxalq aləmdə Azərbaycanın cəlbediciliyini, hörmətini, nüfuzunu artırmaq olar. Ona görə də İlham Əliyev haqlı suallara sərt cavablar haqda deyil, o sualları doğuran səbəblərin aradan qalxması haqda düşünsə daha yaxşı olar».

Xəbər xidməti

4859 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008