 |
Gündəm
KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ 2012-02-09 Nəqliyyat Nazirliyi çovğun sınağından çıxa bilmədi FHN-in bütün qüvvələri tam hazırlıq vəziyyətindədir, lakin nazirin əmrinə əsasən “qoy kimin necə işlədiyi görünsün” deyə yollarda yaranmış kritik duruma müdaxilə edilmir; ölkə başçısı təcili müşavirə keçirə bilər...
|
Bakıda güclü şaxtalar hakimiyyətdəki iki oliqarx arasında çoxdandır hökm sürən intriqalara da təsir edib. Mötəbər mənbədən redaksiyamıza daxil olan xəbərlərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nəqliyyat Nazirliyinin fəaliyyətinin nə dərəcədə yarıtmaz olduğunun daha aydın görünməsinə “şərait yaratmaq” üçün paytaxt yollarında günlərdir hökm sürən, dünənki görünməmiş şaxtalarla daha da pisləşən vəziyyətə müdaxilə etməməyi qərara alıb. FHN sistemindəki mənbədən məlum olub ki, nazirliyin bütün qüvvələri, xüsusi texnikası, o cümlədən mülki müdafiə qoşunları tam hazırlıq vəziyyətindədir. Lakin nazirin əmrinə əsasən, bu qüvvələr ancaq FHN-in funksiyalarına aid olan fövqəladə situasiyalarda tətbiq edilir. Yolların qardan təmizlənməsi, küçələrə duz və qum səpilməsi kimi işlərə isə bu dəfə müdaxilə etməmək qərarlaşdırılıb. Bununla da FHN rəhbəri nəqliyyat nazirinin mövqelərini zəiflətmək üçün yaxşı fürsət əldə edib. Bəlli olduğu kimi, Azərbaycanda, o cümlədən paytaxt Bakıda misli görünməmiş şaxtalı, çovğunlu hava şəraiti ölkənin nəqliyyat, enerji və digər kommunal xidmət sektorlarının nöqsanlarını da üzə çıxarıb. Doğrudur, bu dəfə paytaxtın və ətraf qəsəbələrin qazla təminatında ciddi problemlər yaşanmır, enerji şəbəkəsində baş vermiş qəzaları da aradan qaldırmaq mümkün olub. Lakin şaxtaların, qarlı-çovğunlu havaların başladığı yanvarın sonlarından bəri yaşananlara əsasən ən ağır vəziyyət nəqliyyat infrastrukturunda yaranıb. Hələ ötən çovğunda Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) vaxtında şəhərin küçələrini qardan təmizləmək üçün tədbirlər görə bilməmişdi və nəticədə kritik vəziyyət yaranmışdı. Prezidentin həmin günlərdə xarici səfərdə olmasını fürsət bilən səlahiyyətli məmurlar hətta dövlət başçısının gündəlik hərəkət marşrutu boyu yolların da təmizlənməsini təmin etməmişdilər. Dünən başlayan və daha şiddətli şaxta ilə müşayiət olunan yeni çovğun isə paytaxt yollarında yenidən kritik vəziyyət yaradıb. Nəqliyyat Nazirliyinin yenə də küçələri vaxtında təmizləmək üçün sistemli, yaxşı təşkil olunmuş fəaliyyəti gözə dəyməyib. Nəqliyyat infrastrukturunun qarlı havalarda iflic olması hətta rəsmi medianın da tənqidlərinə səbəb olub. Rəsmi dövlət qəzeti “Azərbaycan” Nəqliyyat Nazirliyinin, BŞİH-in və digər aidiyyəti strukturların fəaliyyətini tənqid edən geniş məqalə dərc edib. Xəbərlərə görə, nəqliyyat naziri Ziya Məmmədov başçılıq etdiyi qurumda kollegiya iclası keçirib yolların vəziyyətinə cavabdeh olan idarələrin rəhbərlərini danlasa da vəziyyət əsaslı şəkildə dəyişməyib. Belə görünür ki, sanki Nəqliyyat Nazirliyində bu cür vəziyyətlərdə adekvat şəkildə işə düşəcək mexanizm mövcud deyil, sistemli fəaliyyət gözə dəymir və hətta nazir Ziya Məmmədovun tabeçiliyindəki idarələrin rəhbərlərini sıxması da vəziyyəti dəyişə bilmir. Redaksiyamıza məlum olub ki, Nəqliyyat Nazirliyinin çətin hava şəraiti qarşısında aciz qalması FHN rəhbərliyində də diqqətlə izlənilir. Belə qərara alınıb ki, “qoy kimin necə işlədiyi görünsün” deyə FHN rəhbərliyi bu nazirliyin funksiyalarına daxil olmayan işlərə müdaxilə etməsin. Qeyd edək ki, ötən illərdə Bakıda qar yağanda FHN-in xüsusi texnikası və canlı qüvvələri küçələrə çıxarılmışdı. Bu qüvvələrin müdaxiləsi ilə şəhərdə hər yerdə olmasa da əsas yolların qısa vaxtda təmizlənməsi mümkün olmuşdu. Son illər həm BŞİH, həm Nəqliyyat Nazirliyi üçün kifayət qədər sayda xüsusi texnika alınıb. Nəqliyyat Nazirliyi büdcədən ən çox pul xərcləyən qurumlardan biridir. Bu nazirliyin xətti ilə hər il milyardlarla manat yol infrastrukturunun yenidən qurulmasına, yeni yolların və körpülərin çəkilməsinə, o cümlədən cəmi iki-üç əvvəl çəkilsə də dağılan yolların təmirinə milyardlarla manat xərclənir. Ancaq bu cür nəhəng xərcləri idarə edən nazirlik fövqəladə hava şəraitində nəqliyyat infrastrukturunu heç olmasa qismən işlək vəziyyətdə saxlamağa nail ola bilmir. Hakimiyyət düşərgəsindəki mənbədən o da məlum olub ki, bir müddət xarici səfərdə olan və bugünlərdə Bakıya qayıdan prezident İlham Əliyev də şaxtalı havaların başlamasından bu yana aidiyyəti qurumların necə işlədiyinə dair məlumatları tələb edib. Bu məlumatlar təkcə həmin qurumlarının rəhbərlərinin təqdim etdiyi “küçələrə filan sayda qartəmizləyən çıxarıldı, yollara filan ton qum səpildi” səpkili statistik hesabatlardan ibarət deyil, məlumatlar alternativ mənbələrdən də toplanır. Gözlənilir ki, yaxın günlərdə ölkə başçısı həmin qurumların fəaliyyətinə qiymət vermək üçün xüsusi müşavirə çağıracaq. T.NƏCƏF 11864 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|