22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB

2012-02-09

SEPAH qüvvələri nümayişçiləri qırır, Sergey Lavrov Bəşər Əsədlə görüşünün nəticələrini açıqlayıb onun dialoq göstərişi verdiyini deyir, lakin ordu əhaliyə tanklarla divan tutur
“Pentaqon hərbi müdaxilə planı hazırlayır

Suriyada Bəşər Əsədin öz xalqına qarşı aylardır davam edən qətliamlarında İran hərbi qüvvələri də iştirak edir. Bu məlumatı “əl-Ərəbiyə” kanalı yayıb. Bildirilir ki, İran İslam İnqilabını Mühafizə Korpusunun 15 minə yaxın əsgəri Suriyaya göndərilib. Lent.az-ın “əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, İslam İnqilabını Mühafizə Korpusunun hərbçiləri əsasən, qiyamçıların qalaları sayılan Hums, Pabadani, Madayya, Deraa, Əbu Kamal şəhərlərinə yönəldilib, Dəməşq ətrafında isə əsasən, Suriya ordusu cəmləşib. İranın Suriya rejiminə silah və canlı qüvvə dəstəyi barədə neçə vaxtdır Əsəd suriyalı müxalifət fəalları məlumatlar yayırdı.

Bugünlərdə Suriyada bir qrup iranlı xüsusi təyinatlı da müxalifətçilərin əlinə keçmişdi. Suriyadan yayılan son məlumatlarda deyilirdi ki, hökumət qoşunları Homs şəhərini atəşə tutmaqda davam edir. Şəhərdə hər gün onlarla adam öldürülür. “Əl-Ərəbiyə” telekanalı xəbər verib ki, şəhərə əsas artilleriya zərbələri Bab-Əmro rayonundan endirilib. İki gün ərzində 100-dən çox insanın həlak olduğu bildirilir. Yerli əhalinin verdiyi məlumata görə, Homsda hökumət qüvvələrinə məxsus tanklar şəhərin dərinliklərinə daxil olmağa cəhd edir və sakinlərin yaşadığı ərazilərə daxil olur. Artilleriya atəşlərinin davam etdiyi xəbər verilir.
Rusiya prezidentinin xarici işlər naziri Sergey Lavrov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov vasitəsilə Bəşər Əsədə göndərdiyi mesaj da onun öz xalqına divan tutmasında qətiyyətini azaltmayıb. BMT Təhlükəsizlik Şurasında Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutan qətnamə layihəsinə Rusiya və Çinin veto tətbiq etməsindən sonra dünyanın diqqəti bu missiyaya yönəlmişdi. Dəməşqdə Bəşər Əsədlə görüşdən sonra Lavrov missiyanın nəticələri haqda açıqlama verib. O bəyan edib ki, Əsəd ölkənin bütün siyasi qüvvələri ilə dialoqa hazırdır və vitse-prezident Faruk Şaraya müxalifətlə danışıqlara başlamaq göstərişi verilib. “Aydındır ki, zorakılıqların dayandırılmasına dair səylər bütün siyasi qüvvələr arasında dialoqun qurulması ilə müşayiət olunmalıdır. Biz bu gün Suriya prezidentinin belə dialoqa hazır olduğuna dair mesaj aldıq” deyə, Lavrov bildirib. O deyib ki, Suriya tərəfi müxalifət qruplarını dialoqa inandırmaq üçün Rusiyanın köməyini xahiş edib. Buna görə də Rusiya müxalifət qrupları ilə təmasa keçəcək. Bundan əlavə, Əsəd yaxın vaxtlarda ölkənin yeni konstitusiyasına dair referendumun vaxtını elan edəcək.
Lavrovla Fradkovun missiyasının Əsədi hakimiyyətdən getməyə inandırmaq olduğunu gözləyən ABŞ isə Rusiya xarici işlər nazirinin açıqlamalarından sonra bəyan edib ki, Suriya rejiminin verdiyi növbəti vədlərə inanmır. Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın bildirdiyinə görə, Bəşər Əsədin növbəti yalan vəd verdiyi ehtimal edilir. Çünki Suriyada baş verənlər onun zorakılığı davam etdirdiyini göstərir. Birləşmiş Ştatlar rəsmisi deyib ki, Vaşinqton Əsədin hakimiyyətdən uzaqlaşdırılması üçün təzyiqləri artıracaq. Suriya müxalifəti isə Əsədlə dialoqa getməyəcəyini elan edib və ərəb ölkələrinə müraciət edərək onun rejiminə qarşı mübarizə aparmaq üçün maliyyə dəstəyi xahiş edib. Müraciətdə ərəb biznesmenlərindən Əsəd rejiminə qarşı silahlı mübarizəni dəstəkləmək üçün pul ayırmaları xahiş olunur. “Azad Suriya Ordusu”nun və “Suriya Milli Şurası”nın birgə kommunikesində bildirilir ki, ərəb ölkələri Suriya xalqını Əsədin cinayətkar rejiminin əlindən xilas etmək üçün öz köməklərini əsirgəməsinlər. “Azad Suriya Ordusu”una rəhbərlik edən polkovnik Riyad əl-Əsəd Misir mətbuatına deyib ki, onların durumu ağırdır, silah-sursatları yoxdur: “Biz beynəlxalq ictimaiyyətdən, ərəb biznesmenlərindən, Suriya xalqının dostlarından kömək xahiş edirik. İstənilən halda sonadək mübarizə aparacağıq. Ancaq bizə yardım edilsə, bu rejimin sonu tezliklə çatacaq”.
ABŞ Senatının üzvü Con Makkeyn isə silahlanma məsələləri üzrə komitənin iclasında deyib ki, suriyalı müxalifətçiləri silahlandırmaq lazımdır. Dövlət Departamenti isə bu varianta qarşı olduqlarını, müxalifətə silah verilməsinin vəziyyəti daha da mürəkkəbləşdirəcəyini və ölkədə vətəndaş müharibəsinə aparacağını bildirir. Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland əlavə edib ki, buna baxmayaraq, Birləşmiş Ştatlar müxaliflərə silah verilməsi variantını gündəmində saxlayır. Bununla belə, məlum olub ki, Pentaqon Suriyaya mümkün hərbi müdaxilə planı üzərində işləyir. CNN telekanalının yaydığı xəbərə görə, plan üzərində Amerikanın Mərkəz komandanlığı işləyir. Komandanlığa tapşırılıb ki, Suriyaya mümkün müdaxilə planı hazırlansın və əgər tələb edilsə siyasi rəhbərliyə təqdim olunsun. “Pentaqon Suriyada baş verənləri diqqətlə izləyir. Əgər o hərbi müdaxilə ideyası üzərində işləmirsə bu o demək olardı ki, Pentaqon öz işinin öhdəsindən gəlmir. Bizim bütün variantlara qarşı hazırlıq planımız olmalıdır” deyə Amerika Müdafİə Nazirliyindəki mənbə bildirib. Mənbə deyib ki, Suriya əhalisinə humanitar yardım göstərilməsindən tutmuş hərbi müdaxiləyə qədər geniş spektrdə variantlar üzərində iş gedir.

Siyasət şöbəsi

7607 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008