 |
Gündəm
“VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR” 2012-02-09 Hüquq müdafiəçiləri hakimiyyətin dirəniş göstərəcəyi təqdirdə Azərbaycana sanksiyalar tətbiq olunacağını deyir
|
AŞ PA-nın məruzəçisi Jozef Debono Qrex Bakıya səfərindən sonra deyib ki, ötənilki etirazlarla bağlı həbs olunan 16 vicdan məhbusunun 2-3 həftə ərzində azad olunacağını gözləyir. O, “BBC-Azərbaycan”a müsahibəsində bildirib ki, görüşdüyü rəsmilər 16 məhbusun işlərinin yenidən nəzərdən keçiriləcəyini vəd ediblər. “Hökumət məhbusların azad olunmasına dair hər hansı zəmanət veribmi” sualına cavab verən və Bakı danışıqlarında olduqca sərt olduğunu da vurğulayan Qrex deyib ki, onlar məhbusların dərhal azad olunacağını demir, işlərinə yenidən baxılacağını bildirir: “Onlar bu cür edir. Lakin 2 və ya 3 həftə ərzində məhbuslar azad olunacaq”. Qeyd edək ki, bu müjdəni Qrexdən öncə “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayev vermişdi. O, gözləntilərinin müsbət olduğunu demişdi. Onun fikrincə, dövlət başçısı martda ya Amnistiya Aktı imzalayacaq, ya da siyasi məhbuslar hissə-hissə azadlığa buraxılacaqlar. Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus isə hakimiyyətin martda əfv və ya amnistiya verəcəyinə inanmadığını deyib. Bəs digər hüquq müdafiəçiləri nə düşünür? Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirdi ki, siyasi məhbusların ötən ilin dekabrında azadlığa buraxılacağını gözləsə də bu, baş vermədi. Hüquq müdafiəçisi dedi ki, Monitorinq Qrupunun rəsmilərlə danışıqları olub: “Avropa Şurasının son iclasında hakimiyyətə siyasi məhbusları, eləcə də vicdan məhbusları, jurnalistlər dərhal azadlığa buraxmaq tövsiyə olunub”. Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənəniyarlı da martda müsbət xəbərlər gözləyir: “Dəyişiklik olmalıdır. Novruz bayramı ərəfəsində amnistiya olmalıdır. Düzü, bunu fevralda Milli Məclis işə başlayanda gözləyirdik. Vicdan məhbusları cinayət törətmədiyi üçün onlar da amnistiyaya düşə bilər”. Hüquq müdafiəçisi E.Fətullayev AŞ PA-nın son toplantısında İnsan Haqları və Hüquq Məsələləri Komitəsində keçirilən dinləmələrdən sonra vicdan məhbuslarının azadlığa buraxılacağına dair ümidlərinin yarandığını bir daha vurğuladı: “Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dedi ki, bu insanların sərbəst buraxılması və cəzalarının yüngülləşdirilməsi üçün Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəyə tövsiyə verilib. Martın 19-da Parisdə komitədə növbəti dinləmələr keçiriləcək. Vicdan məhbusları buraxılsa da bu toplantı keçiriləcək. Məqsəd Ştrasserin Azərbaycana buraxılmamasına hüquqi və siyasi qiymətin verilməsidir. Vicdan məhbusları buraxılsa, ola bilər ki, qurumun Azərbaycana dair qətnaməsi yumşaq olsun. Onlar buraxılmasa, alman və macar deputatları Azərbaycana qarşı sanksiya tələb edəcək”. E.Fətullayev vicdan məhbuslarının buraxılması mexanizmi ilə bağlı konkret bir şey deməsə də onların Amnistiya Aktı ilə, ya da hissə-hissə buraxılacaqlarını ehtimal edir: “Ola bilsin ki, onlar həm də şərti olaraq məntəqə cəzaçəkmə müəssisəsinə buraxılmaqla azadlığa buraxılsın. Bəlkə də onların hamısı yox, bir hissəsi buraxıldı. Sərbəst toplaşma azadlığı Azərbaycanın siyasi həyatında prinsipial məsələdir, xüsusilə hökumətin daxili siyasətində. Hakimiyyət sərbəst toplaşmaq azadlığının bərqərar olunmasını istəmir. Bu insanlar həmin hüququn bərqərar olmasının rəmzinə çevrilib. O insanların cəzalandırılması və həbsxanaya salınması bu hüququn pozulması anlamına gəlir. Aprel məhbusları sərbəst toplaşmaq azadlığından yararlandıqları üçün həbsxanalara düşüb. Əvvəllər fikirləşirdim ki, onlar cəzalarının sonuna az qalmış buraxılacaq. Mən AŞ PA İnsan Haqları Komitəsi, Katiblik və Azərbaycan nümayəndə heyəti arasında qarşıdurmanın şahidi oldum. Ştrasserin missiyası ilk növbədə mitinq məhbuslarının azadlığa buraxılması ilə bağlıdır. 16 məhbusu buraxmamaqla Ştrasserin Azərbaycana səfərini zəruri etmiş olacaqlar. Hakimiyyət dirənsə, Azərbaycana sanksiyalar tətbiq olunacaq. Avropa Şurası bunu özünə münasibətdə hörmətsizlik kimi dəyərləndirir. Hakimiyyət dinləmələrin yumşaq keçirilməsinə ona görə nail oldu ki, həmin məhbusların buraxılmasına zəmanət verdi. Vicdan məhbusları amnistiya ilə buraxıla bilər. Çünki onlar bir maddə ilə mühakimə olunub. Mexanizmi bilmirəm. Martın 19-da Azərbaycanı ciddi sınaq gözləyir. Mən ehtimallarla danışmıram. Daxil olan informasiyaları analiz edir və konkret nəticə çıxarıram”. Leyla İLQAR 676 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|