 |
Gündəm
AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI 2012-02-09 Ərəstun Oruclu: “Əvvəllər “Nabucco” xilaskar layihə kimi nəzərdən keçirilirdisə, artıq o məsələ gündəmdə dayanmır”
|
Avropa İttifaqının (AI) son 10 ildə Qarabağ münaqişəsinin nizamlanmasına yönələn səyləri heç bir nəticə verməyib. Bu barədə Brüsseldə açıqlanmış hesabatda bildirilir. Avropa İttifaqının rəsmi saytına istinadən yayılan xəbərlərə görə, “Avropanın xarici siyasət göstəriciləri-2012" adlı hesabat Avropa Xarici Əlaqələr Şurası tərəfindən hazırlanıb. Hesabatda göstərilir ki, Aİ-nin Qarabağ münaqişəsinə dair səyləri bir neçə istiqamətdən iflasa uğrayıb. “Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri Aİ-nin gündəmində yer almayıb” - deyə sənəddə bildirilir. Hesabatdan bəlli olur ki, Aİ-nin Qarabağla bağlı siyasəti, yürütdüyü xətt tamamilə iflas olub. Mövzu ətrafında danışdığımız “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu dedi ki, hələlik söhbət Aİ-nin siyasətinin tam iflasa uğramasından getmir. Politoloq dedi ki, bu siyasətdə enerji layihələri əhəmiyyətli rol oynayır: “Əvvəllər ”Nabucco" xilaskar layihə kimi nəzərdən keçirilirdisə, artıq o məsələ gündəmdə dayanmır. Bunun qlobal və geosiyasi proseslərə bağlı olan ciddi səbəbləri var. Məsələn, hazırda İranla, Rusiya ilə bağlı proseslər fərqli istiqamətdədir. Bu kimi səbəblər vadar edir ki, Avropa Birliyi, ATƏT yeni layihələr üzərində işləsinlər. Məncə, burada uğursuzluğa düçar olan daha çox Azərbaycanın Avropa siyasətidir. Hakimiyyət indiyədək Avropa ilə əməkdaşlıqlarını ancaq enerji sahəsində qurmağa cəhd edirdi. İndi enerji əməkdaşlığı uğursuzluqla nəticələnib. Çünki Avropanın enerji təhlükəsizliyinə hesablanmış layihə bizim əlimizdən çıxıb. Hakimiyyət bütün ümidlərini “Nabucco”ya bağlamışdı, Avropa da ondan imtina elədi. Bununla da Azərbaycan iqtidarının siyasəti heçə endi. Hakimiyyətin Avropa ilə bütün siyasətini “Nabucco” üzərində qurmasının yanlışlığı üzə çıxdı". Ə.Oruclu dedi ki, “Nabucco”nun gündəmdən çıxması ilə bağlı Avropanın, Qərbin Azərbaycana yönəlik siyasətində də dəyişiklik olacaq: “Amma bu heç də diqqətin azalması demək olmayacaq. Əməkdaşlıq başqa müstəvidə inkişaf edəcək. Avropa İttifaqının Qarabağla bağlı yeni siyasəti müəyyənləşəcək və bu yöndə daha intensiv işlər görüləcək”. Sonda bir məqamı da əlavə edək. Qarabağ məsələsi nə qədər ki, beynəlxalq güclərin ümidinə buraxılıb, biz daim belə pessimist xəbərlər alacağıq. Professor Rafiq Əliyevin “Yeni Müsavat” qəzetində dərc olunan müsahibəsində də deyilir: “Qarabağın ən çətin, ən qara günü onda başladı ki, bu problem beynəlxalq müstəviyə çıxarıldı, onun həlli ATƏT-in Minsk Qrupunun himayəsinə verildi. Dünyanın güc mərkəzlərinin öz mənafeyi var və Qarabağ kartından hərəsi özü üçün istifadə edir. Bu gün problemin həlli Rusiya, Amerika, Fransa üçün o qədər də prioritet məsələ deyil...” Elşad MƏMMƏDLİ 1042 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|