 |
Gündəm
AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR 2012-02-09 Demokratik düşərgə ABŞ-dakı seçkiləri yaxından izləyir
|
Bu il dünyanın üç böyük ölkəsində - ABŞ, Fransa və Rusiyada prezident seçkiləri keçiriləcək. Ancaq hesab olunur ki, Amerikada keçirilən seçkilər daha çox diqqətçəkəndir. Nədən ki, bu ölkə dünyanın yeganə supergücüdür və burdakı siyasi dəyişikliklər böyüklü-kiçikli bütün ölkələrə öz təsirini göstərir. Hələlik ABŞ-da demokratlarla respublikaçıların namizədləri arasında seçki təbliğatı mübarizəsi başlayıb. ABŞ-ın Çindəki sabiq səfiri, Yuta ştatının keçmiş qubernatoru Con Hantsman artıq prezident kürsüsü uğrunda mübarizədən geri çəkilib. Respublikaçı namizəd hazırkı prezident, demokratların bu il keçiriləcək prezident seçkilərində də namizədi olacaq Barak Obamanın ən təhlükəli rəqiblərindən biri sayılıb. Amerika mətbuatı yazıb ki, Con Hantsman Obama ilə mübarizəyə daha yaxşı hazırlaşmış digər respublikaçılara mane olmamaq üçün bu addımı atıb. Məsələ ondadır ki, Con Hantsman Ayova ştatında keçirilən ilkin seçkilərdə 1 faizdən az səs yığıb, Nyu-Hempşir ştatında isə 3-cü yerə çıxıb. O, digər respublikaçı namizəd, Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni ilə müqayisədə çox az səs toplayıb. Obamanın prezidentliyi ABŞ qoşunlarının İraqdan çıxarılması, həmçinin ərəb ölkələrində inqilabların baş verməsi və davam etməsi, həmçinin İrana qarşı sanksiyaların daha da artması ilə yadda qalmaqdadır. Nəticələrin Azərbaycandakı proseslərə də təsir göstərə biləcəyi güman olunan ABŞ-dakı seçkilərə Azərbaycandakı siyasi partiyaların münasibətini soruşduq. Maraqlıdır, Azərbaycandakı siyasi partiyalar ABŞ-dakı seçkiləri izləyirlərmi və daha şanslı kimi sayırlar? AXCP sədri Əli Kərimli bildirdi ki, hələ ABŞ-dakı seçkilərə xeyli müddət qaldığından indidən bir söz demək mümkün deyil: “Amma əlbəttə ki, fəaliyyətdə olan prezidentin şansları kifayət qədər yüksək görünür”. ADP sədri Sərdar Cəlaloğlu ABŞ-dakı seçkiləri izlədiyini bildirdi və Obamanın daha şanslı olduğunu vurğuladı: “Respublikaçılardan parlaq bir nümayəndə görünmür. Yəni onların sırasında Amerikanın siyasi həyatında xüsusi fəaliyyətə malik, kifayət favorit olan bir namizəd yoxdur. Buna görə də inanmıram ki, bu seçkilərdə respublikaçılar qalib gəlsin. Amerika təcrübəsindən görünür ki, Obamanın qalib gəlmək şansı kifayət qədər böyükdür. Onlarda adətən prezident iki seçki dövründə hakimiyyətdə qalır. Bu, həm prezidentin hakimiyyət resursları, həm də özünün şəxsi resursları ilə bağlıdır. Obama keçən dəfə Amerika tarixində ən böyük seçki kapitalı toplayan prezident kimi yadda qalıb. Bu baxımdan, məncə, Obamanın bu seçkilərdən sonra da hakimiyyətdə qalması realdır”. S.Cəlaloğlu Obamanın hakimiyyətdə qalmasının Azərbaycan kimi ölkələrə nə vəd etdiyi barədə danışarkən bunları bildirdi: “Yaxın Şərq hadisələrindən görürük ki, Obamanın hakimiyyəti əvvəlki demokratlardan fərqli olaraq xarici siyasətdə daha aktivdir. Yəni Obama demokrat olsa da ənənəvi demokrat liderlərdən fərqli siyasət aparır, təxminən Respublikaçılarla eyni xarici siyasət aparır. Ona görə də məncə, Obama respublikaçıların şansını əlindən alıb. Yaxşı kampaniya aparsa,- respublikaçılar xarici siyasətdə həmişə bu qədər prioritet verirlər,- o kart artıq Obamanın əlindədir”. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyir ki, Respublikaçılar Partiyasında gedən daxili mübarizəni də, demokratların prosesə münasibətini də izləyir: “Amma hələlik bununla bağlı mövqe bildirmək çox tezdir. Bir müddət də gözləyəndən sonra qəti mövqe bildirmək olar. Amma bir məsələ var ki, hakimiyyətlərdə kimin olmasından asılı olmayaraq Amerikanın strateji olaraq mövqeyi, siyasəti dəyişmir. Ona görə də əndişələnməyə ciddi əsas yoxdur. Ola bilər ki, biri radikal, digəri fərqli şəkildə prosesləri həyata keçirir. Lakin genəldə Amerika siyasəti dəyişmir. Obamanın gəlişi İraqdan Amerika qoşunlarının çıxması ilə sonuclanıb. Əslində bu, Amerikanın gəldiyi sonucdur. Respublikaçılar hakimiyyətdə olsaydı da qoşunlar çıxacaqdı. Amerikanın müəyyən etdiyi siyasəti dəyişə biləcək şeylər çox azdır”. İ.Ağazadə dedi ki, Obamanın növbəti dəfə seçiləcəyinə ümid etməklə bərabər bu nəticəni Azərbaycan və dünya üçün daha faydalı sayır. Cavid TURAN 897 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|