22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR...

2012-02-09

Beynəlxalq sanksiyalara baxmayaraq, Bakıda İranın maliyyə və biznes qurumları fəaliyyətlərini davam etdirir
ABŞ brendi olan “Hilton Bakı” hotelini İranın “Azarsimab” şirkəti tikib; “Khazar İsland”ı isə “Avesta” konserninin tərkibində olan “Günel” İran-Azərbaycan BM layihələndirir

ABŞ hökuməti və Maliyyə Nazirliyi insan haqlarının pozulmasını, habelə İranın nüvə proqramına dair açıqlamaların verilmədiyini əsas gətirərək İran İslam Respublikasının bütün banklarına və orada aparılan əməliyyatlara sanksiyalar tətbiq edib. 2011-ci ilin dekabr ayında bu sanksiyalara Böyük Britaniya da qoşulub. Sanksiyalar həmçinin bir sıra İran vəzifəlilərinə, o cümlədən SEPAH-ın birləşməsi olan “Bəsic”in rəisi İsmayıl Əhmədi Müqəddəməyə də tətbiq olunub. İran vəzifəlilərinin ABŞ ərazisindəki kapitalları dondurulub, ABŞ vətəndaşları və yerli firmaların onlarla iş görməsi qadağan edilib. Qeyd edək ki, “The Wall Street Journal”ın məlumatına əsasən, İran Hərbi Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini Abdullah Araqinin ABŞ-dakı bank aktivləri də dondurulub.

Xatırladaq ki, sanksiyalar “Bank Melli İran”ın Bakı nümayəndəliyinin işinə təsir edib (bəzi mənbələrə görə, banka Azərbaycanda ölkəmizin İrandakı keçmiş səfiri Abbasəli Həsənov “krışalıq” edir).
Maraqlıdır ki, qəzetimizdə ABŞ səfirliyinin qeyd olunan bankla bağlı ittihamlarının dərc olunmasına (“çirkli pulların yuyulması”) baxmayaraq bank nümayəndəliyi hələ də fəaliyyət göstərməkdədir. Bir qədər öncə məşhur WikiLeaks saytı mənbəsinin açıqladığı kimi, “İran öz maraqlarının yeridilməsinin başlıca istiqaməti kimi Azərbaycanda iştirakını intensiv şəkildə genişləndirmək xəttini yürüdür”.
Bakıdakı ABŞ səfirliyindən Dövlət Departamentinə göndərilən məlumatlar İranın iqtisadi subyektlərinin Azərbaycan Respublikasında müvafiq nüfuzlu çevrələrlə yaxın əməkdaşlıq əlaqələri qurduğuna dəlalət edir. Adının çəkilməsinin istəməyən mənbənin fikrincə, bu əlaqələr sırf iqtisadi maraqların təmin olunması üçün deyil, siyasi nüfuzun bazisini formalaşdırmaq məqsədi də güdür. Mənbəyə görə, Azərbaycanla bağlı strateji kursda daxili auditoriya üçün nəzərdə tutulan və İran İslam İnqilabının Keşikçiləri Korpusu və Xarici İşlər Nazirliyindən olan kadrlar və maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Aran” müəssisəsi kimi psevdo-elmi qurumlar Tehranın xarici siyasətində Azərbaycan Respublikasına yönəlmiş strateji istəklərinin ifadəsidirlər.
Azərbaycana qarşı aparılan digər təbliğat-təşviqat axını İranın dövlət rəsmiləri tərəfindən idarə olunan və rəsmi dövlət büdcəsindən maliyyələşən “Səhər” TV telekanalı və bu kimi digər internet resursları vasitəsilə həyata keçirilir.
Bir qədər əvvəl, idxal-ixrac sektorunda təmsil olunan orta miqyaslı ticarət qurumları, maliyyə bazarında “Royal Bank” kimi bankla yanaşı, sırf İran bankları olan “Bank Melli İran”, əvvəllər Bakıda fəaliyyət göstərən “Bank Saderat” və s. qurumların fəaliyyəti nəticəsində və yerli oliqarxlarla biznes əlaqələri yaratmaqla İran Azərbaycanda iqtisadi şəbəkəsini qurmağa nail olub.
Xatırladaq ki, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahimin rəhbərlik etdiyi “Avesta” konsernində də İran mənşəli şirkət fəaliyyət göstərir (http://avestaconcern.com/az/about.htm), bu, Azərbaycan-İran “Günel” birgə müəssisəsidir (“Bank Melli İran”la sıx əməkdaşlıq edir). Həmin şirkətin 125 milyard dollar məbləği olan yeni layihədə - “Khazar İsland”da da iştirak edəcəyi istisna edilmir.
Qeyd edək ki, ölkə tikinti sektorunda İranın yaratdığı “Sunir” şirkəti fəaliyyət göstərir. Həmin şirkət enerji infrastrukturları, o cümlədən elektrik stansiyalarının inşası və yenilənməsi ilə bağlı layihələri Ermənistanda da həyata keçirir. Mənbəmizin digər məlumatına görə, ABŞ brendi olan Bakıdakı “Hilton” hotelinin təmir-tikinti işlərini oliqarxlarla əlaqəli olan İranın “Azarsimab” şirkəti görüb.
Xatırladaq ki, Azərbaycanda İran kapitalına aid bir sıra tanınmış şirkətlər də fəaliyyət göstərir. Bunlara misal olaraq “Khodro” (“Azsamand”), “Saipa”, İran hava yolları, “Azər-Asiya” və s. göstərmək olar. Maraqlıdır ki, “Azsamand”ın rəhbəri sayılan İran vətəndaşı Ferudin Kosedgi ölkəsində ağır cinayətlərin törədilməsinə görə şərti olaraq azadlığa buraxılıb; Azərbaycanda isə bəzi oliqarxların köməyi ilə biznes qurub. Mövzuya qayıdacağıq.

HAMLET

5060 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008