 |
Gündəm
GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI 2012-02-09 Tolqa Korelin hərəkətlərindən stress keçirən azərbaycanlı model ailəsini dağıtmayacağını deyib
|
Ailə qurduğu vaxtdan bu günə qədər Türkiyə və Azərbaycan mətbuatının gündəmindən düşməyən model Günay Musayeva ilə bağlı hər gün xəbərlər yayılmaqdadır. 6 aylıq hamilə olan G.Musayevanın ərinin bir neçə gün öncə ona xəyanət etdiyi barədə məlumat yayıldı. Belə ki, cütlük ötən gecələrin birində dostları ilə birgə əylənmək üçün şəhərə çıxıb. Lakin həyat yoldaşı Tolqa Korel Günay Musayevanı gecə saatlarında taksi ilə evə göndərərək gecəyə başqa gənc qızla davam edib. Aktyorun gənc qızla dodaq-dodağa öpüşərkən çəkilən şəkilləri Türkiyə mətbuatında yayılıb və Azərbaycan modelini çox kədərləndirib. Üç ay sonra ilk körpəsini dünyaya gətirəcək Günay Musayeva xəbər yayılandan sonra sancısının tutduğunu və xəstəxanaya müraciət etdiyini açıqlayıb. Onun mətbuat katibi Ülvi Hadıyev isə bildirib ki, o, hazırda yataq rejimində istirahət edib, müalicəsini ev şəraitində almaqdadır: “Mobil telefonları isə susmaq bilmir. Türk maqazinçiləri bu xəbərə şərh verməsi üçün gecələrini-gündüzlərə qatsalar da Günay danışmamaqda qərarlıdır. O, ailəsini dağıtmaq barəsində düşünmür”. Günay Musayeva baş verən hadisəni Azərbaycanda yaşayan ailəsindən gizlətməyə çalışdığını deyib. Dünən isə Türkiyə mətbuatında daha bir maraqlı xəbər yayıldı. Belə ki, Tolqa Korellə öpüşərkən kameralara yaxalanan 20 yaşlı model Gülşah Çağlayan hər şeyi Korelin qurduğunu söyləyib. G.Çağlayan T.Korel və həyat yoldaşı Günay Musayevanın oyununa düşdüyünü iddia edib. T.Koreli bir ildir tanıdığını söyləyən G.Çağlayan o gecə aktyor tərəfindən gəzməyə çağırıldığını söyləyib. Gülşah Günay Musayeva ilə orada tanış olduğunu deyib. Model deyib ki, əvvəlcə klubların birində əylənib, sonra başqa bir məkana keçiblər: “Çıxanda Günay başqa bir maşına mindi. Mən maşında gözləyərkən Tolqa jurnalistlərə müsahibə verdi. Yolda Günay bizim maşına keçdi. Sonra ”mən evə gedəcəyəm" dedi və taksi ilə evə döndü". G.Çağlayan bundan sonra Tolqa ilə gecə klublarından birinə getdiyini söyləyib. Model deyib ki, geyimi uyğun olmadığı üçün Tolqanı içəri buraxmayıblar. Gülşah Tolqanın sərxoş olduğunu, şalvarının əynindən düşdüyünü bildirib: “Ayaq üstə dura bilmədiyi və şalvarı belindən düşdüyü üçün mən Tolqaya kömək etdim. O zaman məni özünə çəkdi, öpdü. Rəsmən mənə qurğu qurdular. Məncə, o gecə jurnalistləri Tolqa özü çağırmışdı”. Gülşah Çağlayan bu oyunun qurama olduğunu və ondan istifadə edildiyini deyib. Qeyd edək ki, Azərbaycan tamaşaçısının daha çox “Yapraq dökümü” serialının Oğuzu kimi tanıdığı Tolqa Korel də mətbuatda yer alan şəkillər və xəbərlərlə bağlı mətbuat açıqlaması yayaraq üzr istəyib: “İctimai dəyərlərə zidd görüntülərimlə məni sevənləri xəyal qırıqlığına məruz qoyduğum üçün üzr istəyirəm. Məni tanıyan və sevən hər kəsdən üzr istəyirəm. Bir daha belə xətalar etməyəcəyimə söz verirəm. Səhv etmək insana məxsusdur və əgər onlar təkrarlanmayacaqsa, bir təcrübədir”. G.Musayeva isə baş verən hadisəni belə nəql edib: “Evə günorta saatlarında gəldim. O gecə bir dostumuz və onun sevgilisi ilə əylənməyə çıxdıq. Rəzalət bir gecə oldu, ərim daha sonra məndən üzr istədi. Mənim burada ondan başqa heç kimim yoxdur. Bətnimdə onun övladını daşıyıram. Son dəfə onu bağışladım. Körpəm atasız böyüməsin deyə onu bağışlamaq məcburiyyətində idim. Başqa çarəm var? Yaxşı ki, baş verənlərdən ailəmin xəbəri yoxdur. Bilsələr, heç də yaxşı şeylər olmaz. İndi Azərbaycandakı xəbərləri yığışdırmağa çalışıram. Təəssüf ki, orada da bu barədə xəbərlər yayılıb”. GÜNAY 2481 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|