22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU

2012-02-10

Bir müddət əvvəl Moldovada həbs edilən Eduard Bağırovun baş nazirin yerlilərini təhqir etdiyi üzə çıxıb, ancaq o, Moskvadakı mitinqdə Putini “ən krutoy oğlan” adlandırıb

Rusiya bloqsferasında baş nazir, prezidentliyə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndəsi olan azərbaycanlı yazıçı ilə bağlı qalmaqallı müzakirələr gedir. Newsru.com saytının xəbərinə görə, Eduard Bağırovun adı Putinin prezidentliyə namizəd kimi seçdiyi səlahiyyətli şəxslərin siyahısında gedir və o, ötən şənbə günü Moskvada hakimiyyət tərəfdarlarının mitinqində alovlu nitqlə çıxış edib. Lakin bloggerlər azərbaycanlı yazıçının yaradıcılığını araşdırıb və məlum olub ki, o, ötən ilin aprelində Putinin yerliləri - Sankt-Peterburq sakinləri və şəhərin özü barədə təhqiredici ifadələr işlədib. Bağırov öz bloqunda Sankt-Peterburqun ünvanına söyüşlər işlədib, şəhər sakinlərini də təhqir edib.

Azərbaycanlı yazıçının yaradıcılığını araşdırmaq bloggerlərin yadına onun ötən həftə Moskvada Putin tərəfdarlarının mitinqindəki çıxışından sonra düşüb. Həmin mitinqdə çıxış edən E.Bağırov müxalifət tərəfdarlarını təhqir edən ifadələr işlədib, Putini isə “dünyada ən krutoy oğlan” adlandırıb. O, mitinqçilərə şəxsən Putinin adından salamını da çatdırıb. Bununla belə, Putinin yazıçıya mitinqçiləri onun adından salamlamaq səlahiyyəti verib-vermədiyi məlum deyil. E.Bağırov ötən il Moldovada həbs edilib, onu 2009-cu ilin aprelində Kişinyovda baş vermiş iğtişaşların təşkilində təqsirləndiriblər. Sonradan məhkəmə yazıçını ölkəni tərk etməmək şərti ilə azadlığa buraxıb, ancaq o, Rusiyaya qaçıb. Hazırda Moldova prokurorluğu onun barəsində beynəlxalq axtarış elan edib. E.Bağırov “Litprom” ədəbi klubunun baş redaktoru, Ümumrusiya Azərbaycanlıları Konqresinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun “Qastarbayter” adlı ilk romanı 2007-ci ildə çap olunub.

Siyasət şöbəsi

6703 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008