 |
Gündəm
İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ 2012-02-10
|
Müsavat Partiyasının Başqanı İsa Qəmbər məşhur alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: Hörmətli Rafiq bəy! 70 illik yubileyinizi təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayıram. Siz ölkəmizin hüdudlarından kənarda tanınan çox az saylı alimlərimizdən birisiniz. Texnika və informatika sahəsindəki elmi araşdırmalarınız dünyanın bir çox nüfuzlu universitetlərində, aparıcı elm mərkəzlərində yüksək elmi nailiyyət kimi qiymətləndirilib. Təsadüfü deyil ki, Siz ABŞ-ın, Avropanın, Asiyanın bir sıra universitetlərinin professoru kimi yüksək məqama yüksəlmiş, həm ölkəmizdə, həm də beynəxalq miqyasda nüfuzlu elmi mükafatlara və təltiflərə layiq görülmüsünüz. İnformatika və idarəetmə nəzəriyyəsi sahəsində yaratdığınız nüfuzlu elmi məktəb təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. İndi Rusiyada, Almaniyada , İranda və bir sıra başqa ölkələrdə Sizin elmlər namizədi, elmlər doktoru adı almış onlarla tələbəniz var. Bundan əlavə, artıq uzun illərdir ki, Türkiyədə, başqa Avropa ölkələrində Sizin rəhbərliyiniz altında mütəmadi olaraq keçirilən beinəlxalq elmi konfranslarda qeyri-səlis sistemlərin tətbiqi, kompyuter və idarəetmə texnologiyalarıyla bağlı vacib problemlər müzakirə edilir. Çoxsaylı elmi əsərləriniz dünyanın bir çox ölkələrində, nüfuzlu elmi jurnallarda ardıcıl olaraq nəşr edilir. Bu gün Siz cəmiyyətdə təkcə böyük elmi nailiyyətlərə imza atmış, ölkəmizin adını dünyaya tanıdan istedadlı bir alim kimi yox, həm də xalqının, Vətəninin problemləriylə yaşayan, bu problemlərin həllinə yönəlmiş fəaliyyət göstərən dəyərli bir ziyalı kimi tanınır və sevilirsiniz. Ölkədəki ictimai –siyasi, sosial-mənəvi mühitin yaxşılaşdırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, demokratik, firavan gələcəyi daim Sizin başlıca həyat ideallarınızdan biri olub və bu ideal uğrunda həmişə mübarizə aparmısınız. Bu gün də Siz Azərbaycan ziyalılarının ictimai maraqlar naminə apardıqları mübarizənin ön cərgələrindəsinz. Bu mübarizə yolunda təqib və təzyiqlərlə üzləşirsiniz, amma yolunuzdan dönmürsünüz, öz ləyaqətinizlə cəmiyyətə nümunə göstərirsiniz. Tarix boyu istənilən cəmiyyət məhz bu cür nümunələr əsasında möhkəmlənib, inkişaf edib, öz müqəddəs arzularına qovuşub. Hörmətli Rafiq bəy! Bir daha 70 illik yubileyinizi təbrik edir, Sizə elmi və ictimai fəliyyətinizdə uğurlar, elmi məktəbinizin Qarabağ şöbəsi yaratmaq və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram. musavat.com 1604 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|