22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

2012-02-10

“Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyası qanun layihələrinə baxmır. Qanun layihələri parlamentin hüquq komissiyasında müzakirə olunur”. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır fevralın 10-da “Media forum” saytına açıqlamasında belə deyib.

Volkan Bozkırın sözlərinə görə, Türkiyə parlamentində müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasını təmsil edən deputat, xarici əlaqələr komissiyasının üzvü Sinan Oğan komissiyaya Xocalı soyqırımının tanınmasını nəzərdə tutan hər hansı qanun layihəsi təqdim etməyib: “Fevralın 9-da xarici əlaqələr komissiyasının iclasında Sinan Oğan gündəlikdə nəzərdə tutulmayan bir bəyanatının olduğunu dedi. Amma bunun nə haqda olduğunu açıqlamadı. Vaxt olmadığı üçün bəyanatın səsləndirilməsini növbəti toplantıya saxladıq. Fevralın 15-də keçirəcəyimiz növbəti toplantıda bəyanata baxıb qərar verəcəyik. Sinan Oğan toplantıda proqramda nəzərdə tutulmayan bəyanatla çıxış edəcək”.
Volkan Bozkırın sözlərinə görə, əgər Sinan Oğan Xocalı soyqırımının tanınması haqda qanun layihəsi hazırlayıbsa, onda layihə parlamentin hüquq komissiyasındadır: “Bəyanat qəbul olunarsa, bu, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının bəyanatı olacaq. Amma qanunu Türkiyə Böyük Millət Məclisi qəbul edir”.
Türkiyə Böyük Millət Məclisinin Xocalı soyqırımını tanımaq haqda qanun qəbul etməsinin mümkün olub-olmadığına gəlincə, komissiya sədri deyib ki, bununla bağlı qərarı parlament verməlidir: “Mən Böyük Millət Məclisi adından danışa bilmərəm”.
Böyük Millət Məclisinin üzvü Sinan Oğan parlamentin 9 fevral iclasında Xocalı soyqırımından danışıb. O, erməni vandalizminin ən son izlərinin 20 il əvvəl Azərbaycanın Xocalı şəhərində qaldığını vurğulayıb: “Xarici ölkələrdə Türkiyə əleyhinə “soyqırımı” ittihamları səsləndirildiyi bir şəraitdə Türkiyə Böyük Millət Məclisi bu qətliama siyasi qiymət verməlidir. Azərbaycan Respublikasının Milli Məclisi bu qətliamı soyqırımı kimi tanıyıb. Biz də parlamentə müvafiq qanun layihəsi təqdim etmişik. Lakin bu səhər xarici əlaqələr komissiyasının gündəliyinə Xocalı qətliamının soyqırımı kimi qəbul olunması məsələsini salmaq təklifimiz qəbul edilmədi. Ümidvaram ki, bu təklif qəbul olunacaq”.

mediaforum.az

950 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008