 |
Gündəm
HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR 2012-02-11 Şeyxin qudası keçmiş Misir diktatorunun sərvətini xilas edir İspaniyada həbsdən çıxan Əli Evsen bu məqsədlə Albaniya baş nazirinin Bakıya səfərini təşkil edib; Sali Berişadan bir neçə gün əvvəl iş adamının özü də paytaxtımızda olub; pulları ölkəmiz üzərindən müxtəlif xarici investisiya layihələrinə yönəltmək planları var...
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, “Evsen Group” şirkətlər qrupunun keçmiş sahibi olan türk əsilli iş adamı Əli Evsen keçmiş Misir diktatoru Hüsnü Mübarəkin pullarını xilas etməyə çalışır. Redaksiyamıza Bakıdakı iri biznes çevrələrindən daxil olan xəbərə görə, hazırda Azərbaycanda olan Ə.Evsen İspaniyada həbsdən çıxdıqdan sonra bu məqsədlə danışıqlar aparır. H.Mübarəkin milyardlarla dollarlıq Xəbərdə deyilir ki, Ə.Evsen H.Mübarəkin pullarını leqallaşdırmaq üçün yaxşı əlaqələrə malik olduğu Albaniyada yüksək çevrələrdə danışıqlar aparıb. O, bu pulların Azərbaycan üzərindən müxtəlif xarici və yerli investisiya layihələrinə yönəldilməsinə dair razılaşmalar əldə edə bilmək üçün Albaniyanın baş naziri Sali Berişanın Bakıya səfərini təşkil etməyə də nail olub. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, “Evsen Group” şirkətlər qrupunun keçmiş sahibi olan türk əsilli iş adamı Əli Evsen keçmiş Misir diktatoru Hüsnü Mübarəkin pullarını xilas etməyə çalışır. Redaksiyamıza Bakıdakı iri biznes çevrələrindən daxil olan xəbərə görə, hazırda Azərbaycanda olan Ə.Evsen İspaniyada həbsdən çıxdıqdan sonra bu məqsədlə danışıqlar aparır. H.Mübarəkin milyardlarla dollarlıq pulunun taleyi indi ondan asılıdır və iş adamı bu pulları xilas etmək, yəni leqallaşdırmaq üçün müxtəlif variantları nəzərdən keçirir. Xəbərdə deyilir ki, Ə.Evsen H.Mübarəkin pullarını leqallaşdırmaq üçün yaxşı əlaqələrə malik olduğu Albaniyada yüksək çevrələrdə danışıqlar aparıb. O, bu pulların Azərbaycan üzərindən müxtəlif xarici və yerli investisiya layihələrinə yönəldilməsinə dair razılaşmalar əldə edə bilmək üçün Albaniyanın baş naziri Sali Berişanın Bakıya səfərini təşkil etməyə də nail olub.
Artıq xəbər verildiyi kimi, Ə.Evsen ötən ilin yayında İspaniyada həbs edilmişdi. Onun həbsi Misir Baş Prokurorluğu tərəfindən Mübarəkin yaxın dostu və ortağı olan misirli iş adamı, keçmiş kəşfiyyat generalı Hüseyn Salemə qarşı irəli sürülmüş ittihamlar çərçivəsində həyata keçirilib. İstintaqda üzə çıxıb ki, Mübarəkin “pul kisəsi” kimi tanınan H.Salem 2008-ci ildə Ə.Evsenlə ortaq olub, onun şirkətləri üzərindən Misir rəhbərinin pullarını leqallaşdırıb. İspaniya məhkəməsi Ə.Evsenin azadlığa çıxa bilməsi üçün 18 milyon avro girov müəyyən etmişdi. Bu məbləğ həmin ölkə üçün rekord məbləğ hesab edilirdi. Ə.Evsen həbs olunandan sonra onun Albaniyadakı hesablarına da həbs qoyulub. Belə ki, iş adamı hakimiyyətdəki nüfuzlu oliqarxlardan birinin hədəfinə tuş gəldikdən və “krışası” hesab edilən keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin vəzifədən azad olunmasından sonra 2008-ci ildə “Evsen Group”a daxil olan şirkətləri sataraq (yaxud müəyyən edilmiş məbləğə təhvil verərək) Azərbaycanı tərk edib. Bununla belə, onun Azərbaycanda yüz hektarlarla torpağı olub. Həmin il Ə.Evsen biznesini Albaniyaya köçürüb, bu ölkədə yerli hava yolları şirkəti “Albanian Airlines”i alıb, daha sonra bu sahədə biznesini genişləndirərək Fransanın özəl “Eagle Aviation” şirkətinə də sahib olub. Həmçinin o, Mübarəkin “pul kisəsi” olan H.Salemlə ortaqlıq qurub. İspaniya polisinin həbs orderində əksini tapan iddiaya görə, Ə.Evsen H.Salemin əsas bizneslərindən biri “Mediterranean Sea Gas Co” şirkətinin payçılarından biridir. Bu şirkət Misir hökumətindən qanunsuz sövdələşmə nəticəsində güzəştli şərtlərlə aldığı qazı İsrailə dünya bazarındakından ucuz qiymətə satmaqla gəlir əldə etməkdə günahlandırılır. İddiaya görə, 2008-ci ildə Ə.Evsen Azərbaycandakı torpaq sahələrinin müqabilində Salemlərə milyardlar qazandıran bu biznesə ortaq olub. 2011-ci ilin oktyabrında H.Salem, oğlu Xaled və qızı Maqda fırıldaqçılıq və çirkli pulların yuyulmasına görə Misir məhkəməsi tərəfindən qiyabi olaraq ümumilikdə 4 milyard dollar olmaqla cərimə ödəməyə və 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Cərimənin həcmi də təsadüfi deyil. Misirin iqtisadi cinayətkarlıqla mübarizə rəsmiləri bildirib ki, Salemlərin nağdılaşdıraraq Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdəki banklara yerləşdirdiyi varidatın həcmi 4 milyard dollar təxmin edilir. Keçmişdə Misir xüsusi xidmət orqanlarının əməkdaşı olmuş Salemin adı qeyri-qanuni silah alveri qalmaqallarında da hallanır. Ə.Evsenin bir neçə ay həbsdə qalandan sonra girov kimi tələb olunan məbləği ödəyərək azadlığa çıxması xəbəri yayıldı. Lakin iş adamı özü bildirdi ki, heç bir girov ödəməyib və İspaniya məhkəməsi barəsində irəli sürülmüş ittihamların əsassız olduğu qənaətinə gələrək onu azadlığa buraxıb. Ə.Evsen azadlığa buraxılsa da onun İspaniyanı tərk etməsinə məhdudiyyət qoyulub. Lakin Ə.Evsen bu məhdudiyyətə baxmayaraq yanvarın sonlarında bir həftəliyə Bakıya gəlib. Onun Bakıya gəlişindən bir neçə gün sonra isə Albaniyanın baş naziri Sali Berişa Azərbaycana səfər edib. Redaksiyamıza məlum olub ki, Berişanın səfəri də məhz Evsenin Bakıda əldə etdiyi anlaşmalar sayəsində mümkün olub. Berişa Bakıda fevralın 9-da rəsmi görüşlər keçirib. Ehtimal edilir ki, o, H.Mübarəkin hazırda Albaniya banklarında olduğu təxmin edilən bir neçə milyard dollarının Azərbaycan üzərindən müxtəlif layihələrə yönəldilməsinə dair müzakirələr aparıb. Qeyd edək ki, bugünlərdə “Azadlıq” radiosunun apardığı jurnalist təhqiqatı nəticəsində məlum olmuşdu ki, Ə.Evsenin H.Mübarəkin adamları ilə ortaqlığı daha dərindir. Belə ki, Salemlər ailəsi varidatlarını ört-basdır eləmək üçün İsveçrədə bir hüquq şirkətinin xidmətindən istifadə edib. Firmanın sahibi Andre Gilliozdur. A.Gilliozun firması Virgin adalarında və Panamada yerləşən ofşor firmalar vasitəsilə Salemlərin varidatının Rumıniyada “Jolie Ville” əyləncə və satış mərkəzinə yatırılmasına kömək edib. Sonra isə 2010-cu ilin dekabrında, yəni ərəb baharının ilk çağlarındaca heç kimə məlum olmayan Çiopraqa ailəsinə satılmasına və 10 milyon avroya yaxın nağd pula çevrilməsinə yardımçı olub. Panama dövlət reyestrindəki qeydlərə görə, “Clelia Assets Corp.” 1998-ci ildə İsveçrənin “Croisier and Gillioz” hüquq şirkətinin əməkdaşı Andre Gillioz tərəfindən yaradılıb. 9 il sonra - 2007-ci ildə Maqda və Xaled Salemlər A.Gilliozla birgə “Clelia Assets Corp.” şirkətinin ortağına çevriliblər. Misirdə hökumət dəyişəndən sonra - 2011-ci ilin mayında şirkətdə Maqda və Xaled Salemlərin payı iki Azərbaycan vətəndaşı - Firudin Göyüşov və Sadık Ercanın adına keçirilib. Bu şəxslərin Ə.Evsenə bağlılığı var. T.NƏCƏF 7913 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|