22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

2012-02-11

Vaşinqtonla Təl-Əviv arasında hərbi əməliyyatların vaxtına dair mübahisələr gedir, Tehranda isə ətin kiloqramı 30 dollara qalxıb

İranla Qərb arasında qarşılıqlı hədələrlə müşayiət olunan qarşıdurma güclənməkdədir. İsrailin bu ilin yazında İranın nüvə obyektlərinə zərbələr endirəcəyinə dair Pentaqon rəhbərliyi tərəfindən edilən xəbərdarlıqdan sonra Tehrandan da yəhudi dövlətini “9 dəqiqə ərzində məhv etməklə” hədələyiblər. İranın dini lideri Əli Xameneyi bildirib ki, İran İsraili 9 dəqiqə ərzində məhv etməyə qadirdir.

İSNA agentliyinin xəbərinə görə, Xameneyinin strategiya köməkçisinin internetdə yerləşdirdiyi sənəddə 2014-cü ildə İranın İsraili məhv edə biləcəyi haqda məlumatlar yer alıb. Xameneyi yenidən İsraili “xərçəng şişi” adlandırıb və bəyan edib ki, yaxın gələcəkdə bu ölkəyə zərbə endirilməsə, sonra bu imkan əldə çıxmış olacaq. Ayətullah İsrailə qarşı müharibəni “müdafiə cihadı” hesab edir. Onun sözlərinə görə, İsrail hətta İrana hücum etməsə belə, Fələstin torpaqlarının işğalı sionistlərin müharibəsini təsdiq etmiş olur. Xamneyi hesab edir ki, Tehranın raket potensialı İsraili 9 dəqiqəyə məhv etməyə imkan verir.
Hazırda İran qüvvələri Hörmüz boğazında növbəti manevrlər keçirir. ABŞ və İsrail arasında isə İrana qarşı zərbələrin endirilməsi üçün son müddətlə bağlı mübahisələr gedir. Amerika mətbuatının yazdığına görə, İsrail rəhbərliyində hesab edirlər ki, tezliklə, yəni yaxın bir neçə ayda İranın nüvə obyektlərinə zərbə endirilməsə, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq mümkün olmayacaq. İsrail kəşfiyyatına görə, İran Qum şəhəri yaxınlığında inşa edilmiş yeni yeraltı nüvə mərkəzini işə salandan sonra böyük miqdarda zənginləşdirilmiş uran əldə edə biləcək. Bu obyekt qalın qranit təbəqələrinin altında tikilib və Amerika rəhbərliyi etiraf edir ki, onun malik olduğu adi döyüş başlıqlı bombalar bu obyekti dağıtmaq gücündə deyil. İsrail isə israr edir ki, İran Qum nüvə zavodunu işə salmadan bu ölkəyə hava zərbələri endirmək lazımdır. Obama administrasiyasında isə İsraili inandırmağa çalışırlar ki, hava zərbələrinin Tehranın nüvə fəaliyyətlərini nə dərəcədə zəiflədəcəyinə təminat yoxdur, ona görə də İrana qarşı tətbiq edilmiş yeni sanksiyaların nəticələrini gözləmək lazımdır. ABŞ administrasiyası bu sanksiyaların nəticələrinin tezliklə özünü göstərəcəyini düşünür. Belə ki, sərt iqtisadi və maliyyə sanksiyaları nəticəsində İranda sosial gərginliyin artması hesablanır.
“Röyter” agentliyinin xəbərində deyilir ki, ötən ilin dekabrından başlayaraq sanksiyalar İranda ciddi qiymət artımlarına səbəb olub. Belə ki, çörəyin qiyməti üç dəfə artıb, ətin bir kiloqramının qiyməti 30 dollara çatıb. Düyünün kiloqramı 5 dollardan yuxarıdır. İranda orta əmək haqqının 350 dollar olduğu bir vaxtda belə qiymətlər əhali üçün ciddi problemdir. Ekspertlərə görə, gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində İran rejimi əhalinin kəskin etirazları ilə üzləşə bilər.

Siyasət şöbəsi

2585 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008