22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

2012-02-11

Akif Nağı: “Əgər Qarabağı sevirlərsə, bu səfərə getməsinlər”

Fevralın sonlarında Azərbaycan Milli Məclisinin bir qrup üzvü Ermənistan paytaxtı İrəvanda keçiriləcək toplantıda iştirak etmək üçün düşmən ölkəyə gedəcək. Məqsəd Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində reallaşdırılacaq tədbirə qatılmaqdır. “Evronest” çərçivəsində baş tutacaq komitə iclasında Cənubi Qafqazın Avropaya inteqrasiyası məsələsi müzakirə ediləcək. Bu barədə redaksiyamıza daxil olan məlumatı deputat Fərəc Quliyev təsdiqlədi.

O bildirdi ki, “Euronest”in sosial, mədəniyyət və təhsil komitələrinin iclasında iştirak dəvəti alıblar: “Azay Quliyev, Rövşən Rzayev və mənim bu iclasda iştirakım gözlənilir. Tədbirlərin fevralın 20-26-sı arası keçirilməsi gözlənilsə də, bizim bütün proqrama qatılmaq fikrimiz yoxdur. Biz Sərkisyanla görüşə, yaxud hansısa digər tədbirlərə qatılmaq istəmirik. Yalnız iki rəsmi iclasda iştirak etmək niyyətindəyik. Amma hələ ki iştirak qərarı da tam deyil. Çünki proqram və sənədlərlə bağlı Avropa Birliyinə müraciət etmişik. Həmçinin qətnamə layihəsini alandan sonra son qərarımızı verəcəyik”.
F.Quliyev Ermənistana səfərlərin bir qayda olaraq sərt etirazla qarşılanmasına da reaksiya verdi: “Burda məsələ fərqlidir. Bu, Ermənistanın yox, Avropa Birliyinin tədbiridir. Apreldə plenar iclas Bakıda olacaq. Bakıdakı tədbir də Azərbaycanın yox, AB-nindir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə dedi ki, Azərbaycandan kimsə o tədbirə qatılarsa, ölkənin milli maraqlarına zərbə vurmuş olacaq: “Ermənilər hesab edir ki, müharibənin birinci hissəsini başa vurublar, indi qələbəni möhkəmləndirmək lazımdır. Bunun üçün də belə səfərlərin sayını artırmaq lazımdır. Hər kəs bu prosesdə iştirak edirsə, Qarabağın Azərbaycandan uzaqlaşmasına xidmət edir”. A.Nağı deputatlara çağırış etdi: “Mən onlara müraciət edirəm ki, əgər Qarabağı sevirlərsə, bu səfərə getməsinlər, ermənilərin maraqlarına uyğun addım atmasınlar”.
Qeyd edək ki, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin üzvü, “Euronest” Siyasi Komitəsinin sədr müavini Naira Zöhrabyan bir müddət öncə Ermənistanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar nümayəndə heyətinin “Euronest”in komissiyalarından birinin iclasının İrəvanda keçirilməsini təklif etdiyini, lakin Azərbaycanın bunu əngəllədiyini söyləmişdi.

ELŞAD

1383 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008