 |
Gündəm
RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI 2012-02-12 Qəbələ RLS-in əməkdaşı olmuş Polad Qasımovun Rusiyaya verilməməsi mübahisəli vəziyyət yaradıb
|
Rusiya Federasiyasının vətəndaşı, 2005-ci ildə ehtiyata buraxılmış polkovnik-leytenant Qasımov Polad Siyavuşoviçin casusluqda ittiham olunaraq həbs edilməsinə dair maraqlı məlumatlar əldə etmişik. Bu barədə informasiyaları “Yeni Müsavat”a verən hüquq müdafiəçisi Eynulla Fətullayev dedi ki, P.Qasımov uzun müddət Rusiya Silahlı Qüvvələri tərkibində zabit kimi xidmət edib. Onun sonuncu iş yeri Azərbaycanda ruslara məxsus olan hərbi hissə Qəbələ RLS olub. E.Fətullayev dedi ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan P.Qasımov ərizə ilə ona müraciət edərək qanunsuz həbs edildiyini iddia edib: “O, həbs olunana kimi Bakı şəhərində valideynlərinin mənzilində yaşayıb. 3 fevral, 2009-cu ildə idarə etdiyi avtomobillə yaşadığı evin həyətindən çıxarkən tanımadığı şəxslər maşınını saxlayaraq onun başına torba keçirib, qoluna qandal vurublar. Və onu naməlum istiqamətə aparıblar. Özünü təqdim etməyən şəxslər ona MTN əməkdaşları olduqlarını bildiriblər. Ərizəçi qeyd edir ki, həmin şəxslər hər hansı bir qərar təqdim etmədən və protokol tərtib etmədən üstünü axtararaq onun iki ədəd mobil telefonunu və 3 min manatdan çox pulunu, maşınının və evinin açarlarını götürüb”. Hüquq müdafiəçisinə yazdığı müraciətdə P.Qasımov onun casusluqda ittiham edildiyini bildirib: “Qasımov iddia edir ki, heç bir casusluq fəaliyyəti göstərməyib, sadəcə ondan işgəncələr yolu ilə etirafedici ifadələr alıblar. Onu atasını da həbs etməklə hədələyiblər. Daha sonra ona Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə casusluğa görə ittiham elan edilib”. P.Qasımov ərizəsində bildirib ki, Qəbələ RLS-in istifadəsi ilə bağlı Azərbaycan ilə Rusiya arasında müqavilənin 17-ci maddəsinə əsasən bu hərbi hissənin əməkdaşları və ya onların ailə üzvləri barədə istintaq edilən cinayət işləri üzrə istintaq hərəkətləri aparılarkən Rusiya tərəfinin səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməlidir. P.Qasımov istintaq edildiyi müddətdə onun həyat yoldaşı Nataliya Qasımova Qəbələ RLS-in əməkdaşı olsa da cinayət işinin gedişində Rusiya tərəfinin nümayəndələrinin iştirakı təmin olunmayıb.
Məsələnin maraqlı tərəfi odur ki, ittihama görə, P.Qasımov 2001-ci ilin əvvəllərindən, yəni hələ Qəbələ RLS-də işlədiyi dövrdən Rusiya xüsusi xidmət orqanlarının tapşırığı əsasında tanışı Həmidov Pərviz Zakir oğlunun vasitəsilə dövlət sirri (hərbi sirr) olan məlumatları əldə edib, həmin məlumatlardan Azərbaycan Respublikasının təhlükəsizliyinin zərərinə istifadə edilməsi üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verməklə casusluq edib. Lakin P.Qasımov elan edilmiş ittihamda özünü təqsirli bilməyib, ifadə verməkdən imtina edib. Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. E.Fətullayev dedi ki, P.Qasımovun məsələsi hazırda Azərbaycanla Rusiya arasında mübahisəli bir vəziyyət yaradıb və dövlətlərarası münasibətlərdə konfliktə çevrilib: “Məsələ ondadır ki, Polad Qasımov casusluq edibsə belə onun bu günahı istintaq və məhkəmə zamanı sübuta yetirilməyib. Mən onun cinayət işinin materialları ilə tanış olarkən bu qənaətə gəldim. Qasımovun prosessual hüquqları da kobud şəkildə pozulub. Digər bir qaranlıq məqam odur ki, cinayət işində bu şəxsin hələ 2001-ci ildən casusluq etdiyinin bəlli olması yazılıb. Elə isə bunu niyə həmin vaxt - vəzifədə olarkən yox, təqaüdə çıxdıqdan bir neçə il sonra həbs ediblər? 7-8 aydır Rusiyanın Azərbaycandakı səfiri bu şəxsin vətəndaşı olduğu Rusiyaya ekstradisiya olunması üçün danışıqlar aparır. Eyni zamanda Rusiyanın ombdusmanı, prezident Medvedyevin müşaviri məsələyə müdaxilə edib. Lakin o, Rusiyaya verilmir. Amerikada, Tacikistanda, Özbəkistanda da Rusiyaya casusluqda ittiham edilən şəxslər var idi, onlar vətəndaşı olduqları ölkəyə təhvil veriliblər. Azərbaycanın bu məsələdə israr etməsi iki ölkə arasında gərgin vəziyyət yaradır”. Elşad MƏMMƏDLİ 3081 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|