22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

2012-02-12

Ərəstun Oruclu: “Artıq ehtimal etmək olar ki, bu, tək Türkiyənin yox, Qərbin də mövqeyidir”

Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun növbəti mesajları Azərbaycanda da maraqla qarşılanıb. Düzdür, qardaş ölkənin xarici siyasət idarəsinin başçısı Qərbi Yaxın Şərqdə demokratiyanı təhlükəsizliyə qurban verməməyə çağırıb. Ancaq bunun ardınca o, hakimiyyətlərin atadan oğula keçdiyi dövrün artıq arxada qaldığını deməklə Azərbaycan kimi ölkələrə də işarə etmiş olub.

“George Washington” Universitetində çıxışı zamanı nazir “Dünya dəyişir. Misirdə Hüsnü Mübarək, məsələn, 20 il əvvəl insanların çap makinası istifadə etdiyi dövrdə də prezident idi, indiki Facebook dövründə də. Bu, tarixə təhqirdir” deməklə qeyri-demokratik yolla reallaşan hakimiyyət dəyişikliklərinin qəbuledilməzliyindən bəhs edib. Diqqətçəkən odur ki, bu açıqlamanı 2003-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyində birbaşa iştirak etmiş Türkiyə hakimiyyətinin təmsilçisi dilə gətirib...
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, bu bəyanat Azərbaycana da ünvanlanıb: “Nəzərə alsaq ki, Türkiyənin əsas maraq dairəsinə daxil olan ölkələrdən biri Azərbaycandır, bu mənada Azərbaycanın da nəzərdə tutulduğu şübhəsizdir. Digər tərəfdən bu gün Türkiyə-Azərbaycan münasibətləri heç də ideal səviyyədə deyil. Ankaradan gələn mesajlara Bakıdan ən yaxşı halda reaksiya bildirilmir, bəzən isə hakimiyyət adından rəsmən olmasa da, hakimiyyətə yaxın bu və ya digər şəxslər, yaxud qondarma qurumların adından neqativ reaksiyalar olur. Ona görə də mən az qala tam əminliklə deyə bilərəm ki, Əhməd Davudoğlunun o bəyanatında təkcə Suriya nəzərdə tutulmur. Bunu ənənəyə çevirmək istəyən və çevirməkdə olan başqa ölkələr də nəzərdə tutulur. Bu, çox absurd bir praktikadır və çox təəssüf ki, bu praktikanın bünövrəsi Buş administrasiyasının dəstəyi ilə bir çox ölkələrdə həyata keçirildi, o cümlədən elə Suriyanın özündə və Azərbaycanda da”.
Ə.Oruclunun fikrincə, artıq dünyanın inkişaf prinsipləri və konsepsiyası dəyişib: “Çox ölkələrdə maraqlarına cavab vermir deyə, özlərini elə aparırlar ki, sanki bunu başa düşmürlər. Dəfələrlə rəsmi Bakının da nəzərinə müxtəlif vasitələrlə çatdırılıb ki, Qərbin, ilk növbədə Vaşinqtonun Azərbaycandan gözləntisi islahatlardır. Bəzən bu, təəccüblə qarşılanır, bunun arxasında bir maraq axtarmağa başlayırlar ki, guya bu, hansısa maraqları reallaşdırmaq üçün təzyiqdir. Mən güman etmirəm ki, rəsmi Bakı Vaşinqtonun, yaxud Brüsselin hansısa maraqlarını təmin etmir. Təmin edir, özü də artıqlaması ilə. Baxmayaraq ki, bəzən üzdə başqa şeylər görünür. Yeganə təmin olunmayan maraq rəsmi Bakının stabil bir cəmiyyətin qurulmasına doğru zəruri olan addımları atmamasıdır. Yəni siyasi, iqtisadi islahatlar, azad bazar mexanizmlərinin, mülkiyyət toxunulmazlığının təmin olunması, iqtisadi azadlıqların bütövlükdə öz əksini tapması və təbii ki, insan hüquqlarından söhbət gedir. Çünki bunlar hamısı sabit, dayanıqlı cəmiyyətin təməl prinsipləridir”. Təşkilat rəhbəri deyir ki, rəsmi Bakı bunu etmək istəmir. Əksinə, müxtəlif mesajlara çox aqressiv münasibət nümayiş etdirir: “Bugünkü dünyada aqressiv münasibət sərgiləmək heç də yaxşı məram, yaxud pozitiv iradə nümayişi deyil. Təbii ki, hər cür aqressiv münasibət də qarşılıqlı münasibət doğurur. Elə keçən bir il ərzində həmin aqressiv münasibət sərgiləyənlərin müqəddəratına baxmaq kifayətdir”.
Ə.Oruclu qeyd etdi ki, hələ Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəndə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin ilk təhlili məhz ölkədəki hakimiyyət dəyişikliyində transmilli korporasiyaların və xarici qüvvələrin roluna həsr olunmuşdu: “Həmin o təhlildə biz açıq göstərmişdik ki, 2003-cü ildə Rusiya, Türkiyə və ABŞ birləşərək Azərbaycanda öz maraqlarına uyğun bir hakimiyyət qurulması planını həyata keçirdilər. Hər bir tərəf ümid edirdi ki, hakimiyyət onun maraqlarını təmin edəcək. Amma zaman keçdi, maraqlar arasında ziddiyyətlər yaranmaqla yanaşı, hakimiyyət də bu ziddiyyətlərdən yararlanmaq istədi və çalışdı ki, ilk növbədə öz maraqlarını təmin etsin. Nəticədə bu prosesi idarə etmiş, həmin o dəyişikliyi, yaxud hakimiyyətin ötürülməsini təmin etmiş hər üç tərəfin maraqları tam təmin olunmadı. Məsələn, Vaşinqtonun maraqları xeyli dərəcədə, Rusiyanın maraqları bir qədər az təmin olundu, amma Türkiyənin bölgədəki maraqlarına zərbə dəydi və situasiya dəyişdi. Situasiyanın dəyişməsi də yanaşmanın, taktikanın dəyişməsini diktə edir. Nəzərə alaq ki, 2003-cü ildəki həmin hakimiyyətin ötürülməsi prosesində faktiki olaraq ikinci dərəcəli rol oynamış Türkiyənin bu gün bölgədəki önəmi 2003-cü illə heç cür müqayisə olunmur. Türkiyə artıq regional güc mərkəzinə çevrilib. Təsadüfi deyil ki, Davudoğlu Vaşinqtonda bu cür bəyanatlar verir. Bu, elə-belə sözlər deyil, çox ciddi bəyanatlardır və Türkiyənin bu və ya digər məsələyə hansı münasibət sərgiləyəcəyinin konkret nümayişidir. Ona görə də artıq hamı başa düşür ki, hakimiyyətin nəsildən-nəslə, ailədən-ailəyə, yaxud ailədaxilində ötürülməsi çox səmərəsiz bir mexanizmdir. Necə ki, Bəşər Əsədlə bağlı məsələdə bu, öz fəsadlarını göstərdi. Misirdə isə bunun qarşısı alındı. Artıq ehtimal etmək olar ki, bu, tək Türkiyənin yox, Qərbin də mövqeyidir”.

E.PAŞASOY

1877 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008