22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

2012-02-12

Əhmədinejad isə dünyanı yeni nüvə nailiyyətləri ilə təəccübləndirəcəklərini açıqladı

ABŞ durmadan İran ətrafına hərbi qüvvə cəmləşdirir. İsrail mətbuatının Birləşmiş Ştatlardakı hərbi qaynaqlara istinadən yaydıqları xəbərlərdə deyilir ki, son günlər ABŞ hərbi-hava qüvvələrinin təyyarələrinin İran ətrafında uçuşları artıb. ABŞ təyyarələri Sinay yarımadası üzərində uçuşlar keçirir və Səudiyyə Ərəbistanının hava məkanından keçərək Fars körfəzinə yönəlir.

Xəbərlərdə bildirilir ki, ABŞ və onun müttəfiqləri İran ətrafına hərbi qüvvə və texnika cəmləşdirməkdədir. Hazırda bölgədə ABŞ-ın iki təyyarədaşıyan gəmisi növbə çəkir. “Enterprise” adlı daha bir təyyarədaşıyan gəmi qruplaşması isə Florida ştatındakı bazadan İrana doğru yola çıxıb. Gəmilərin aprel ayında Fars körfəzinə çatacağı gözlənilir.
ABŞ-ın müdafiə naziri Leon Panetta bu günlərdə bildirmişdi ki, İsrail məhz aprel, yaxud may aylarında İrana qarşı hərbi əməliyyatlara başlamağa hazırlaşır.
Xəbərlərə görə, ABŞ-ın Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandakı hərbi bazalarında da yüksək döyüş hazırlığı vəziyyəti hökm sürür. Həmçinin Amerika qüvvələrinin və hərbi texnikasının Hörmüz boğazından cənubda yerləşən, Omanın ərazisinə daxil olan Masirə adasına cəmləşdirildiyi bildirilir. Bundan əlavə, 10 minə qədər Amerika hərbçisi ABŞ-ın İsraildə qurduğu hava hücumundan müdafiə sistemini sınaqdan keçirmək üçün bu ölkəyə göndərilib.
ABŞ-la yanaşı Böyük Britaniya və Fransa hərbi-hava və dəniz qüvvələri, habelə xüsusi təyinatlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Fars körfəzinə cəmləşdirilir.
İran mənbələri isə xəbər verir ki, ABŞ Qətərdəki əl-Ubeyd hərbi bazasında 6 strateji “B-1B” bombardmançısı, habelə böyük sayda digər hərbi təyyarələri, hərbi nəqliyyat təyyarələri, havada yanacaq dolduran “RC-130" və ”RC-10" təyyarələri yerləşdirib.
Bölgədə baş verənləri təhlil edən ekspertlər bu qənaətə gəlib ki, Pentaqonun bu ilin yazında İsrail tərəfindən İranın nüvə obyektlərinə hava zərbələri endiriləcəyinə dair məlumatları səhihdir. Bu baxımdan ABŞ bölgədə İsrailin İranı vurmasının ardınca baş verə biləcək hadisələrə hazır olmaq istəyir. Böyük ehtimalla İran İsrailin hava zərbələrinə cavab olaraq bu ölkənin ərazisini, habelə ABŞ-ın regiondakı hərb bazalarını raket zərbələrinə məruz qoyacaq. Nəticədə ABŞ İrana cavab zərbələri endirməli olacaq və müharibə genişlənəcək.
Mahmud Əhmədinejadİsrail hərbi kəşfiyyatının rəhbəri Aviva Koxavinin bildirdiyinə görə, İranın ali dini lideri, ayətullah Xamneyi uranı nüvə silahı əldə etməyə imkan verəcək səviyyədə zənginləşdirməyi əmr edib. Hesab edilir ki, bunun üçün Tehrana bir neçə ay lazım ola bilər. İran prezidenti Mahmud Əhmədinejad isə bildirib ki, onun ölkəsi tezliklə dünyanı yeni nüvə nailiyyətləri ilə təəccübləndirəcək. Əhmədinejad İranın nüvə sahəsində yeni sensasion nəticələr əldə etdiyini və bunun yaxın vaxtlarda açıqlanacağını deyib.

Siyasət şöbəsi

4814 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008