 |
Gündəm
AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ 2012-02-12 Sabir Rüstəmxanlı Türkiyədə Xocalı soyqırımı ilə bağlı yürüşdə iştirak edəcək
|
Fransa Senatının qondarma “erməni soyqırımı” ilə bağlı məlum qərarından sonra Xocalı qətliamının tanınması məsələsi yenidən aktuallaşıb. Elə bunun nəticəsidir ki, Türkiyədə Xocalı faciəsi ilə bağlı artıq addımlar atılmağa başlanıb. Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Qanun layihəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırım həyata keçirdiyinin tanınması və 26 fevral tarixinin Türkiyədə “Xocalı soyqırımını anım günü” elan olunması öz əskini tapıb. Bundan başqa, layihədə Türkiyənin İğdır, Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifi də yer alıb. MHP-nin İstanbul bölgə rəhbəri Aziz Aydoğlu isə qəzetimizə deyib ki, fevralın 25-də İstanbulun Sultanbəyli bölgəsində Xocalı soyqırımına həsr olunan konfrans, 26-da Taksim meydanında yürüş-mitinq keçiriləcək. Yada salaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov “Yeni Müsavat”a müsahibəsində Türkiyədə keçiriləcək aksiyaya dəstək verəcəklərini bildirmişdi: “Hər hansı dəstəyə ehtiyac olacaqsa, təbii ki, verəcəyik. Türkiyə ictimaiyyəti, türk qardaşlarımız da Xocalı qətliamına öz münasibətini bildirməlidir və İstanbul küçələrinə "Həpimiz erməniyiz!" şüarları ilə çıxan bəzi Türkiyə vətəndaşlarına da bu şəkildə cavab verməlidirlər". Bəs, Azərbaycanda necə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları keçirilsinmi? Azərbaycanlı deputatlar bu məsələyə birmənalı münaisbət bildirdilər və mütləq Bakıda da ümumxalq tədbirlərin, mitinqlərin keçirilməsinin vacibliyini vurğuladılar. Böyük Qurtuluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın fikrincə, Türkiyədə belə bir yürüşün təşkil olunması ilə yanaşı, Azərbaycanda da kütləvi aksiyaların keçirilməsinin heç bir ziyanı olmaz: “Əksinə, çox ciddi bir dəstək olar. Hesab edirəm ki, dövlət səviyyəsində bu mitinqlər təşkil olunsa, ölkənin bütün siyasi qüvvələri də bu tədbirdə iştirak edər”. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də Xocalı soyqırımına dair aksiyaların keçirilməsinə ehtiyac olduğu qənaətindədir: “Hər il Xocalı abidəsi ziyarət olunur, əklillər qoyulur. Bu il 20 illlik olduğu üçün bu hadisənin fərqli qeyd olunmasına ehtiyac var. Ölkənin bütün kəsimləri, iqtidar-müxalifətli abidə önünə əklil qoymaqdan ziyadə, digər addımlar da atmalıdır”. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə Xocalı ilə bağlı Türkiyədə keçiriləcək tədbirlərə dəvət aldığını qeyd etdi. O bildirdi ki, tədbirlərdə iştirakdan sonra Taksim meydanında keçiriləcək mitinqə də qatılacaq: “Azərbaycanda bu faciə ilə bağlı müxtəlif yığıncaqlar keçirilir. Amma müharibədən xeyli vaxt keçib və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı rolu yoxdur. Üstəlik, Fransa Senatı "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırıması barədə qanun çıxarır. Bu da ermənilərin əzabkeş, məzlum xalq obrazını yaradır, onların Qarabağdakı işğalçılıq siyasətinə bəraət qazandırır. Bizdə isə sakitlik, sabitlik naminə bu məsələni arxa plana salnaq olmaz. Mitinqlər keçirilməlidir. Onu da deyim ki, Türkiyə universitetlərindən məni dəvə ediblər və Xocalı soyqırımı ilə bağlı tədbirlərdə çıxış edəcəm. Sonra Taksimdəki mitinqdə iştirak edəcəm. Güman edirəm ki, Türkiyə Qrant Dinkə həsr olunan minlərlə erməninin keçirdiyi aksiyaya Xocalı mitinqi cavab olmalıdır". Emil SALAMOĞLU 542 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|