 |
Gündəm
“TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” 2012-02-12 Qabil Hüseynli: “Baş nazirin ən yaxın adamının istintaqa çağırılması buna işarədir”
|
Türkiyədə kəşfiyyat xidmətinin keçmiş və hazırkı rəhbərlərinin istintaqa çağırılması ölkədə siyasi zəlzələ effekti yaradıb. Belə ki, xüsusi işlər üzrə prokuror Sədrəddin Sarıkaya Milli İstihbarat Təşkilatının indiki və keçmiş direktorları Hakan Fidan və Əmrə Taner, eləcə də MİT sədrinin sabiq müavini Afet Güneş və daha iki yüksək rütbəli təşkilat təmsilçisinin istintaqa ifadə verməsi ilə bağlı qərar qəbul edib. Ancaq dəvət olunan şəxslərin heç biri İstanbula gedib ifadə verməyiblər. Prokuror Sarıkaya isə Hakan Fidan və digərlərinin istintaqa gəlməməsi ilə bağlı dünən yeni sanksiya imzalayıb. Bu sanksiyaya əsasən, MİT direktorunu dindirmək üçün Ankara Cümhuriyyət Prokurorluğuna təlimat göndərilir. Təlimata görə, H.Fidan Ankara prokurorluğunda ifadə verməlidir. MİT-in keçmiş direktoru Əmrə Taner və digər iki təşkilat təmsilçisinin isə barələrində prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Həmin qərara görə, Əmrə Taner, Afet Günəş və digər iki MİT-çi görüldükləri yerdə dərhal həbs edilməlidir. Fəaliyyətdə olan MİT sədrinin istintaqa çağırılması Türkiyədə ciddi müzakirələrə səbəb olub. Bəziləri bunu hakimiyyət daxilində prezident və baş nazir arasındakı gizli mübarizənin elementi kimi qiymətləndirir. Qeyd edək ki, kəşfiyyatçıların MİT-PKK danışıqları ilə bağlı dindiriləcəyi ilə bağlı məlumatların ortaya çıxması gərginliyi bir qədər də artırıb. Xatırladaq ki, bir qədər əvvəl internetdə MİT və PKK təmsilçiləri arasında danışıqların audioyazısı yayılmışdı. Gözlənildiyi kimi, hadisə Türkiyə siyasətində partlayış effekti yaradıb. Müxalifət bu hadisə ilə bağlı hökuməti tənqid edib. Müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının yazılı açıqlama ilə çıxış edərək hökumətin MİT rəhbərini istintaqdan yayındırmasını tənqid edib. MHP sədri baş verənlərin hökumətin PKK ilə əlaqələrinin olmasına işarə olduğunu qeyd edərək, AKP rəhbərliyini məsələ ilə bağlı açıqlama verməyə çağırıb. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, MİT sədri yalnız PKK ilə danışıqlara görə deyil, həmçinin məhkəmənin qərarı olmadan telefon dinləmələrinin aparılması, MİT tərəfindən həbslərin həyata keçirilməsi kimi qanuna zidd fəaliyyətlərdə ittiham olunur: “Artıq məhkəmə bu ittihamları təsdiqləyib və MİT sədrinin istintaqa çağırılması haqda qərara verib. Ancaq hökumət bunu qəbul etmir və artıq AKP yeni qanun layihəsi hazırlayıb. Yeni qanun qəbul olunduqdan sonra nə məhkəmə, nə də prokuror H.Fidanı istintaqa çağıra bilməyəcək. Ancaq bu, həm qanunlara, həm də hüquqi dövlət anlayışına ziddir. Çünki hüquqi dövlətdə qanunlar şəxslərə görə qəbul olunmur. Müxalifət buna görə hökuməti ciddi şəkildə tənqid edir”. Q.Hüseynliyə görə, AKP çətin vəziyyətə düşüb. İctimaiyyət AKP hakimiyyətinin MİT sədrini qorumasına ciddi təpki verir: “Faktiki olaraq AKP hüquqi meydanda küncə sıxılıb. MİT sədri konkret cinayətlərdə ittiham olunur. Eyni zamanda MİT-in bölgə rəhbərinin Suriya ordusunun mayorunu Bəşər Əsədə təhvil verməsi beynəlxalq qalmaqala çevrilib. Hazırda MİT ciddi ittihamlarla üz-üzədir. Ancaq bütün bunların müqabilində hökumətin ”öz adamını" qorumağa çalışması narazılığı daha da artırır. Ortaya sual çıxır ki, AKP lazım gələndə Ergenokon hadisələrini düzüb-qoşa bilir. Amma indi özlərinin adamı qanunlara zidd hərəkət edib". Bəs Türkiyədə hökumətlə qarşı-qarşıya gələn qüvvə kimlərdən ibarətdir? Hansı qüvvələrdir ki, baş nazirin ən yaxın adamını istintaqa çağırmağa cəsarət edir? Q.Hüseynliyə görə, Türkiyədə orta məmur təbəqəsi daxilində hazırkı hökumətə qarşı ciddi narazılıq yaranır: “Zənnimcə, sabiq baş qərargah rəisi İlkər Başbuğun həbsindən sonra ölkədə, xüsusən də orta bürokratiya daxilində vətəndaş hərəkatı formalaşmağa başlayıb. Hüquq-mühafizə və ordu daxilində hökumətə qarşı təşkilatlanmanın yarandığı hiss olunur. Bu hərəkətlənmə daha çox milliyyətçi ağırlıqlıdır. Ölkə daxilində güclənən avtoritarizm meyllərinə cavab olaraq xalq içində bir təşkilatlanma yarandığı hiss olunur. Düşünürəm ki, baş nazirə ən yaxın adamın istintaqa çağırılması bu narazılığın görünən üzdür”. KƏNAN 2412 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|