22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

2012-02-13

Milli fəallara qarşı rejimin repressiyası səngimir

Təxminən 7 ay əvvəl Azərbaycan Respublikasından İrana təhvil verilən 71 yaşlı Mahmud Ərdəhani Barani barədə yeni məlumat yayılıb. İrana təhvil verildikdən sonra taleyi barədə heç bir məlumat aşıqlanmayan həmvətənimizin Urmu şəhərinin ETTELAAT təcridxanasına aparıldığı məlum olub.

Xatırladaq ki, deportasiya edildikdən sonra bir müddət ETTELAAT-da sorğu-sual olunan Ərdəhani sərbəst buraxılaraq ev həbsində saxlanılırdı. Nəhayət, fevralın 7-sində əmniyyət qüvvələri onu evinə basqın edərək yaxalayıblar və Urmu şəhərinin təcridxanasına aparıblar.
GAMOH-un media üzrə məsulu Ağrı Qaradağlının başqa bir xəbərinə görə, məhkum olunan milli fəallar Əkbər Muhaciri, Məhəmməd Riza Bəxşi Xacə, Rəhim Əli Rizayi, Şəhram Dadashi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bərqidar, Əsgər Aqayi Əlvəndi Dey ayının 7-də Təbrizin İnqilab məhkəməsinin 1-ci şöbəsində mühakimə olunub. Təbriz ETTELAAT-ı milli fəallar haqqında toplu şəkildə milli təhlükəsizliyə qarşı iş birliyi aparmaq ittihamı irəli sürüb. Adı çəkilən milli fəallar Təbrizin Qumtəpə məhəlləsində İran İslam hakimiyyətinin bilərəkdən qurutduğu Urmu gölünə etiraza görə həbs edilənlərin şəkillərini Təbriz küçələrində divarlara yapışdırarkən tutuqlanıblar. Və bu milli fəallar iddia edildiyi kimi İran adlanan ölkənin təhlükəsizliyinə qarşı toplu şəkildə səylər etməyiblər.
Milli fəallara qarşı irəli sürülən - ölkənin nizamına qarşı çalışmaq ittihamı Təbriz şəhərinin Ümumi və İnqilab məhkəməsinin 4-cü şöbəsi tərəfindən qərar verilərkən yersiz görülüb və ittihamlar rədd edilib.
Zəncanlı fəal Mehrdad Kərəmi isə Təbriz Universitetinin təhlükəsizlik bölməsinin həmkarlığı ilə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Tutuqlanmış azərbaycanlı fəalın atası Güney Azərbaycandakı hüquq müdafiəçilərinə oğlunun taleyindən xəbərsiz olduqlarını bildirib: “Hökumət qurumlarına müraciət etsək də, bizə cavab verən yoxdur. Təkcə deyirlər ki, sənin oğlun sistemə qarşı fəaliyyət aparıb. Onun sağlamlığının və saxlandığı şəraitin şübhə altında olması, eləcə də zindandan evə həftəlik zənglərinin kəsilməsi bizi narahat edir”.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Azərbaycanşünaslıq Ocağının keçmiş sədri, Azərbaycan türkcəsi və tarix kurslarının tədrisçisi və Azərbaycan mətbuatının tanınmış yazıçılarından biridir.
Bu arada Güney Azərbaycan milli hərəkatının fəalı Nəim Əhmədi Xiyavi Meşkinşəhr şəhərində həbs olunub. Məlumata görə, Nəim Əhmədi Xiyavi Meşkin zindanına göndərilib. O, ötən ilin 14 iyununda mənzilində yaxalanmış və 100 gündən çox təkadamlıq kamerada saxlanmışdı. Xiyavi bu müddət ərzində ağır işgəncələrə məruz qalıb. Nəhayət, 5 aylıq həbsdən sonra soydaşımız 220 min ABŞ dolları məbləğində mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. Daha sonra Nəim Əhmədi Xiyavi Təbriz İnqilab Məhkəməsində GAMOH-a üzv olmaq və rejim əleyhinə təbliğ etmə ittihamları ilə mühakimə olunaraq məhkəmə tərəfindən 6 ay azadlıqdan məhrum edilib.

Cavid TURAN

1332 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008