|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Türk Dünyası İnsan haqları Dərnəyi Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün fevralın 26-sı saat 14:00-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Ankarada Birlik Məhəlləsində yerləşən ofisi önündə yürüş-mitinq keçirəcək. Bu barədə redaksiyamıza xalq hərəkatının fəallarından olan, hazırda isə Türkiyədə yaşayan professor Xanım Xəlilova məlumat verdi.
X.Xəlilova bildirdi ki, bu tələbin dəstəklənməsi və ortaya qoyulması üçün Türkiyədə bir sıra önəmli görüşlər keçirib. X.Xəlilova fevralın 13-ü AKP başqanının köməkçisi, Manisadan millət vəkili Hüseyn Tanrıverdi, və AKP-nin baş katibi Haluk İpek, baş nazirlik müşaviri Saadeddin Kılıc, Böyük Birlik Partiyasının başqanı Mustafa Destici, fevralın 14- də MHP-nin media və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi, başqan köməkçisi, Antalyadan olan millət vəkili Tunca Tiskayla, Türk Ocakları başqanı Nuri Gürgür, fevralın 15-də CHP-nin Ispartadan olan millət vəkili Ali Haydar Önər, HAS Partiyasının rəhbəri professor Numan Kurtuluş, fevralın 16-da Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Demokrat Partiyasının rəhbəri Namiq Zeybek, Gölbaşı bələdiyyəsinin sədri Yaqub Odabaşı, fevralın 17-də isə Akademiklər Birliyinin sədri professor Şükrü Koç-la görüşüb. Müsahibimiz bildirdi ki, görüşlər zamanı təklifinə müsbət cavab alıb: “Mitinqə Dünya Gəncləri Dostluq Dərnəyinin rəhbəri Səadət Atakan da dəstək verəcək. Fevralın 24-25- “Qızılay” meydanında Xocalı soyqırımını göstərən rəsm sərgisi təşkil olunacaq. Türkiyə xalqından imza toplamaq məqsədilə fevralın 15-də Ankara Böyükşəhər bələdiyyəsinə müraciət etmişik. Bu tədbirin həyata keçirilməsi üçün cavab gözləyirik”. Leyla İQLAR 725 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|