 |
Gündəm
İRANDAN BAKIYA İKİ YENİ İTTİHAM 2012-02-21 Tehran Azərbaycan tərəfini Xəzəri “bulandırmaqda” və nüvə alimlərinə sui-qəsddə iştirak edən “Cavidan” ləqəbli MOSSAD agentinə sığınacaq verməkdə günahlandırır
|
Tehranla Bakı arasında hər gün gərginləşməkdə olan münasibətlər fonunda İrandan Azərbaycanın ünvanına yeni ittihamlar səslənir. Bu dəfə İranın İnqilab Keşikçiləri Korpusuna bağlı “Fars” agentliyi Azərbaycanı bu ölkənin nüvə alimlərinə sui-qəsddə iştirak edən MOSSAD agentinə sığınacaq verməkdə günahlandırır. Agentliyin iddiasında deyilir ki, “Cavidan” ləqəbli MOSSAD agenti yəhudidir və nüvə alimləri Məsud Əli Məhəmmədi ilə Mustafa Əhmədi Roşanın öldürülməsində iştirak edib. Lakin agentlə bağlı digər təfərrüatlara yer verilmir və istisna deyil ki, bu xəbər İranın Azərbaycana fevralın 12-də verdiyi notanı əsaslandırmaq üçün hazırlanıb. İranın notasında deyilirdi ki, Azərbaycan iranlı nüvə alimlərinin öldürülməsini təşkil edən MOSSAD agentlərinin ölkəyə sərbəst girişinə imkan yaradır və onları himayə edir. Həmçinin öz ərazisində İsrail kəşfiyyatının casus şəbəkəsinin fəaliyyətinə imkan yaradır. Rəsmi Bakı İranın ittihamları rədd edib və hakimiyyət Tehrana qarşı demarş olaraq ölkədə dindarların yeni həbs dalğasını başladıb. Həbs edilənlər arasında İran televiziyasının Azərbaycan vətəndaşı olan müxbiri də yer alır. İran tərəfindən səslənən digər ittihamda isə Krılovun məşhur təmsilində deyildiyi kimi, Azərbaycan Xəzəri “bulandırmaqda” günahlandırılır. İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının bildirdiyinə görə, Azərbaycan dənizi neftlə çirkləndirib və onun ərazi sularında böyük neft ləkəsi yaranıb. Sözügedən təşkilatın rəhbərinin müavini Abdulrza Kərbazinin dediyinə görə, neft ləkəsinin uzunluğu 110 kilometrdir və o İran istiqamətində hərəkət edərək dənizin ekoloji vəziyyətini ciddi təhdid edir. İran rəsmisinin dediyinə görə, son vaxtlar Bakı yaxınlığında yaranmış üzən neft ləkəsinin həcmi böyüyüb və radiusu 80 kilometrə çatıb. O, Xəzər dənizin ən çox Azərbaycan istiqamətində çirkləndirildiyini də deyib. İran rəsmisi deyib ki, sahilyanı ölkələr 2003-cü ildə dənizin ekoloji vəziyyətinin mühafizə edilməsinə dair üzərlərinə öhdəlik götürüblər. İranın Azərbaycanla xəbərdarlıq və ittiham dilində danışdığı bir vaxtda bu ölkənin nüvə fəaliyyətləri ətrafında beynəlxalq gərginlik də artır. Gündəmdə olan əsas məsələ İsrailin təkbaşına İranın nüvə obyektlərinə hava zərbələri endirməyə hazırlaşmasıdır. Təl-Əvivdən səslənən bəyanata görə, İsrail İrana zərbə barədə müstəqil qərar çıxaracaq. Bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Benny Gants bəyan edib. Onun bu bəyanatı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilonun İsrailə səfəriylə üst-üstə düşür. Səfər zamanı əsasən İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunub. Bir sıra müşahidəçilər hesab edirlər ki, Donilon çox güman ki, İsraili İrana qarşı birtərəfli qaydada qərar qəbul etməməyə çağırıb. Pentaqonda isə hesab edirlər ki, İsrailin hava zərbələrinin uğurlu olacağına təminat yoxdur. “The New York Times” qəzetinin yazdığına görə, Pentaqon rəsmiləri və hərbi analitikləri qeyd edirlər ki, İranın nüvə obyektlərinə zərbə endirə bilmək üçün İsrail pilotları 1500 kilometr məsafə qət etməlidir. Bu zaman təyyarələrə havada yanacaq vurulmalı, İran HHM sistemlərinin zərbələri dəf edilməli və eyni anda çoxsaylı yeraltı obyektlərə zərbələr endirilməlidir. Bu hücumda eyni vaxtda azı 100 təyyarənin iştirakı nəzərdə tutulur. Pentaqon analitikləri deyirlər ki, İranın nüvə obyektlərini vurmaq üçün hətta ABŞ kimi böyük hərbi potensiala malik ölkəyə həftələrlə vaxt lazım ola bilər. Eyni zamanda bildirilir ki, ABŞ İsrailin hərbi potensialı barədə müfəssəl məlumata malik deyil və İranın cavab zərbələrinin hansı miqyasda olacağını bilmir. Hesab edilir ki, İsrailin zərbələrinin əsas hədəfləri İranın Natanz, Fordo, Arak və İsfahan nüvə obyektləri olacaq. Bu hədəfləri vurmaq üçün təyyarələrin uç marşrutu var: İordaniya, Türkiyə və İraq və ya Səudiyyə Ərəbistanı. Analitiklərə görə, İraq marşrutu daha ağlabatandır, çünki bu ölkənin HHM sistemləri mövcud deyil. İsrailin malik olduğu F-15İ və F-16i təyyarələri 1500 kilometr məsafəni qət etməyə qadirdir. Həmçinin havada təyyarələrə yanacaq vurmaq üçün də 7 xüsusi təyyarə var. İran radarlarını isə İsrail xüsusi radioelektron silahla dəf etməyi nəzərdə tutur. Ancaq Pentaqon analitikləri qeyd edirlər ki, İsrail aviasiyasının zərbələrinin on metrlərlə beton təbəqəsinin altında tikilən Natanz mərkəzinə və dağların altında inşa edilən Fordo nüvə zavoduna zərər yetirməsi şübhəlidir. Ona görə də İranın nüvə obyektlərini dağıtmağa qadir olan bir ölkə var-ABŞ. Siyasət şöbəsi 5763 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|