22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“SƏFİR TƏYİNATININ LƏNGİMƏSİ ABŞ-ın ÖZ MARAQLARINA ZİYANDIR”

2012-02-21

Qabil Hüseynli ləngimənin səbəblərinə aydınlıq gətirdi

ABŞ prezidenti Barak Obama bir neçə ölkəyə səfir vəzifəsinə təyinatlarla bağlı fərman verib. Ağ Evdən yayılan rəsmi məlumatda deyilir ki, Obama Makila Ceymsi Svazilend krallığında, Riçard Norlandı isə ABŞ-ın Gürcüstandakı diplomatik missiyasının rəhbəri postuna namizədliyini irəli sürüb.

Ancaq ABŞ prezidenti bu dəfə də Azərbaycana səfir “seçə” bilməyib. Qeyd edək ki, Metyu Brayzanın 2001-ci ildə bir ildən bir qədər az müddətdə Bakıda səfir işlədiyini nəzərə almasaq, ABŞ-ın Azərbaycandakı səfiri postunun 2009-cu ildə En Dersidən sonra səfir vəzifəsinin boş qaldığını deyə bilərik. Ancaq Senatdakı erməni lobbisi əvvəlcə Brayzanın namizədliyinin təsdiqlənməsini əngəllədi. 2010-cu ilin son günlərində Obama Senatın tətildə olmasından istifadə edərək Brayzanın təyinatını təsdiqləsə də, 2011-ci ilin son günlərində Brayzanın namizədliyi Senatda təsdiqlənmədiyi üçün geri qayıtmalı oldu.
Hazırda Azərbaycanda Amerika səfiri postu boşdur. Və çox güman ki, yaxın aylarda Azərbaycana səfir təyinatı gerçəkləşməyəcək. Çünki qarşıdan Amerikada prezident seçkiləri gəlir və Obama seçkilər ərəfəsi erməni təşkilatlarının tənqidindən yayınmaq üçün səfir təyinatını uzadacaq. Ancaq eyni zamanda bir sıra müşahidəçilərə görə, ABŞ-ın Azərbaycanda səfirinin olmamasının arxasında iki ölkə arasında münasibətlərdəki soyuqluq dayanır. Belə fikir var ki, səfir təyinatının ləngiməsi və ya bu işə ən azı laqeyd münasibət administrasiyanın Bakıya mesajıdır.
Politoloq Qabil Hüseynli isə səfir təyinatının ləngiməsini ABŞ hökumətindəki mürəkkəb prosedura və erməni lobbisinin təsirləri ilə izah edir. Onun fikrincə, səfir təyinatının ləngiməsi sırf texniki məsələ də sayıla bilər: “Obamanın səfir təyin etdiyi ölkələrdə də bir müddət idi ki, təmsilçi postu boş idi. Amerikada bu kimi təyinatların mürəkkəb proseduraları var. Prezidentin namizədini Senat təsdiqləməlidir. Bu isə müəyyən zaman və müzakirələr deməkdir. Güman etmirəm ki, burda hər hansı başqa bir səbəb olsun. Yəqin ki, elə bir namizəd seçməyə çalışırlar ki, həm bölgəni yaxından tanıyan, problemləri bilən diplomat olsun, həm də Senatdan keçəndə problemlərlə qarşılaşmasın. Çünki hazırda bu region xüsusilə çox mürəkkəbdir və İranda, eləcə də Suriyada gərgin vəziyyət davam edir. Belə bir regiona təyin olunacaq səfir təcrübəli diplomat olmalıdır”.
Qabil Hüseynliyə görə, səfirin təyinatının ləngiməsi ABŞ hökuməti üçün çətinlik yaradır. Bu baxımdan ekspert Bakıda səfir postunun boş qalmasının arxasında siyasi anlaşılmazlıqların olmasına inanmır: “Səfirin təyin olunmaması ABŞ hakimiyyətinin özünə ziyandır. Xüsusən də Amerika kimi dünyanın bir nömrəli ölkəsinə səfir təyinatı çox vacibdir, çünki səfir həmin ölkədə Amerikanın gözü və qulağı deməkdir. Həmin ölkələrdə baş verənlərlə bağlı düzgün qərar vermək üçün səfirin rəyinə, ümumiyyətlə, səfirliyin normal işləməsinə böyük ehtiyac var. Bu nöqteyi-nəzərdən güman etmirəm ki, Azərbaycana səfir təyinatının gecikdirilməsinin hər hansı subyektiv səbəbi var. Təyinatın gecikməsi daha çox texniki xarakterlidir və yaxud da ölkənin özünün siyasi ənənələri ilə bağlı olan məsələdir”.

KƏNAN

725 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008