 |
Gündəm
ARANDA XALQ ÜSYANI 2012-02-21 Seldən zərər çəkən kəndlər birgə aksiya keçirəcək Polis keçiriləcək aksiya ilə bağlı əməliyyata başlayıb; 6 nəfər həbs edilib
|
Fevralın 24-də Sabirabadda Kür daşqınlarından ziyan görmüş sakinlər etiraz aksiyası keçiriləcək. Aksiyada Sabirabadın əksər kəndlərinin əhalisinin iştirakı gözlənilir. Bu barədə məlumatı qəzetimizə Qasımbəyli kənd sakini Əli Əliyev verib. Onun sözlərinə görə, rayonun Qasımbəyli, Axtaçı, Əsgərbəyli, Dəlilər, Saatlı rayonunun isə Novruzlu kəndlərinin sakinləri Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında birgə aksiya keçirəcəklər. Kənd sakini deyir ki, artıq bir neçə həftədir ki, aksiya ilə bağlı ciddi hazırlıqlara başlanılıb. O, dedi ki, Sabirabadın Cəngən, Azadakənd, Çağırğan kimi daşqından zərər görən kəndləri də etirazlara qoşulacaq: “Hazırda aksiyada iştirak edəcək 532 nəfər qeydə alınıb. Amma müraciətlər daxil olmaqda davam edir. Həkimlər, müəllimlər, tələbələr də aksiyada iştirak edəcəklər. Orta məktəb şagirdləri fləşmob xarakterli aksiya da keçirəcək”. Kür daşqınlarından zərər çəkən Azadakənd və Çağırğanda isə polis aksiyada iştirak edəcək sakinlərin siyahısını ələ keçirərək əməliyyata başlayıb. Kənd sakinlərindən aldığımız məlumata görə, rayon polisi icra başçısı Nazim İsmayılovun göstərişi ilə aksiyada iştirak edəcək olan sakinlərə hədə-qorxu gələrək fevralın 24-ü kənddən çıxacaqları təqdirdə həbs olunacaqlarını bildiriblər. Sakinlər deyir ki, artıq vətəndaşların hakimiyyət orqanlarına güvənləri qalmayıb. Aradan 2 ilə yaxın zaman keçməsinə baxmayaraq, Kür daşqınlarından ziyan çəkən vətəndaşların problemləri hələ də öz həllini tapmayıb. Üstəlik, məhkəmələrə müraciət edən zərərçəkənlər artıq hansısa dövlət qurumunun onların haqlı tələblərini müdafiə edəcəyinə inanmır. Qeyd edək ki, zərərçəkmişlər dövlətin onlara göstərdiyi yardımların mənimsənildiyini bildirirlər. Aksiyanın keçiriləcəyi yerə və dəqiq zamana gəlincə, sakinlər deyir ki, 3 rayonun əhalisinin birgə mitinqi 24-də Sabirabadda keçiriləcək: “Çox güman ki, aksiya rayon icra hakimiyyəti binasının qarşısındakı parkda keçiriləcək. Amma dəqiq vaxtla və keçiriləcək yerlə bağlı bir gün əvvəldən məlumat veriləcək. Hava şəraitindən asılı olmayaraq aksiyanı keçirməyə qərarlıyıq”. Məsələ ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının rəhbəri Oqtay Gülalıyev qəzetimizə açıqlamasında bildirdi ki, artıq keçiriləcək olan aksiya ilə bağlı altı nəfər həbs olunub: “Elan olunduğu kimi fevralın 24-ü Kür daşqınlarından zərərçəkən üç rayonun sakinləri birgə aksiya keçirəcək. Aksiya ilə bağlı rayon icra hakimiyyəti və rayon polisi məlumatlıdırlar. Rayon polisi kəndləri bir-bir gəzərək insanlarla görüşür onları aksiyaya çıxacaqları təqdirdə həbslə hədələyirlər. Onu da qeyd edim ki, artıq keçiriləcək olan aksiya ilə bağlı dörd nəfər Sabirabaddan, iki nəfər isə Saatlıdan saxlanılaraq rayon polis idarəsinə aparılıb. Onlara təzyiq edilib və deyilib ki, aksiyanı təşkil etsələr bunun hesabını verməli olacaqlar”. O. Gülalıyev deyir ki, budəfəki aksiyada da tələblər dəyişməz qalır: “Rayon sakinləri kompensasiyaların verilməməsindən, evlərin yarımçıq tikilməsindən, ümumilikdə rayondakı sosial problemlərdən narazıdırlar”. F.İLQAROĞLU 3972 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|