22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ƏLİ HƏSƏNOV İRANIN İTTİHAMLARINA CAVAB VERDİ

2012-02-21

“Azərbaycan özünün xarici əlaqələrindən İrana qarşı heç zaman istifadə etməyib”

İrandan Azərbaycan hökumətinə qarşı növbəti ittihamı gəlib. İran mətbuatı yazıb ki, rəsmi Bakı Cavidan adlı İsrail agentinə sığınacaq verib. Bu barədə “Qafqazinfo” saytı İranın “Fars Nyus” agentliyinə istinad edərək xəbər yayıb. Xəbərdə deyilir ki, bu şəxs bir neçə İran nüvə aliminin, xüsusilə də Məsud Əli Məhəmmədi və Mustafa Əhmədi Roşanın ölümündə iştirak edən yəhudidir.

Xatırladaq ki, bir qədər əvvəl Tehran rəsmi Bakını İrana qarşı düşmən münasibətdə günahlandırmışdı. O vaxt Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran XİN-ə çağırılaraq ona nota təqdim edilmişdi.
Ötən gün isə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-İran münasibətləri ilə bağlı APA-ya açıqlama verib. Ə.Həsənov Azərbaycanın İranla xarici münasibətlərinin mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulduğunu bildirib. Deyib ki, son zamanlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ölkəyə bağlı müəyyən çevrələr tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan bəzi arzuolunmaz, o cümlədən terror cəhdlərinin qarşısının alınması istiqamətində müvəffəqiyyətli əməliyyat həyata keçirməsi İranda narahatlıq yaradıb: “İranın bəzi dairələri əsası olmayan şəkildə məhz buna cavab olaraq ”alternativ tədbir" kimi Azərbaycana qarşı, onu bu və ya digər fəaliyyətdə ittiham edən, günahlandıran nota verib. Bu, bizim arzu etdiyimiz hal deyil".
Şöbə müdiri bildirib ki, Azərbaycan özünün xarici əlaqələrindən İrana qarşı, eləcə də digər qonşu dövlətlərə qarşı heç zaman istifadə etməyib, istifadə edilməsinə də imkan verməyib: “Ona görə də bu şəkildə günahlandırmaların əsası yoxdur”.
O, iki ölkə arasında gərginliyin olması barədə fikirlərlə də razılaşmayıb: “Deməzdim ki, iki ölkə arasında vəziyyət gərgindir. Lakin münasibətləri gərginləşdirməyə cəhd göstərən insanlar, dairələr var. Bu isə nə İranın, nə də Azərbaycanın xeyrinədir. Azərbaycan həmişə bütün tədbirlərdə İranın maraqlarını nəzərə alıb, bundan sonra da almaq fikrindədir. İran bizimlə müştərək tarixi, dini bölüşən, on milyonlarla soydaşımızın ölkədir. Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq”.

KƏNAN

1130 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008