22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“RAMİL ONUNLA YAŞAYIR Kİ, VƏTƏNDƏ UNUDULMUR”

2012-02-21

Ömürlük həbsdə olan baş leytenantın atası Sahib Səfərov: “Çox şeylərin açıqlanması məsləhət deyil”

Fevralın 19-da Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramil Səfərovu həbsinin 8-ci ili tamamlandı. 2004-cü ilin yanvarında müdafiə nazirinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuş hərbçimiz vətənə dönməyə 20 gün qalmış - fevralın 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitinin Azərbaycan bayrağına qarşı həqarətlərinə dözməyərək onu qətlə yetirib. Ona ömürlük azadlıqdan məhrum edilmə cəzası kəsilib.

R.Səfərovun atası Sahib Səfərov “Yeni Müsavat”a dedi ki, ailə üzvləri üçün ötən 8 il 80 il kimi ağır və uzun keçib: “Ancaq nə etməli, dözməliyik. Yenə də ümidliyəm ki, günün birində bu intizara son qoyulacaq. Dövlət başçısının nəzarəti altında müəyyən qurumlar bu işlə məşğuldur”.
S.Səfərov deyir ki, rəsmi dairələr R.Səfərovla daim maraqlanır: “Bütün məsələlər diqqətdədir. Sadəcə olaraq hay-küy qaldıranda, müəyyən məsələlər barədə qabaqcadan danışanda istər-istəməz digər tərəflərdən müəyyən təzyiqlər olur. Ona görə də çox şeylərin açıqlanması məsləhət olmur. Fakt budur ki, ermənilərin əli ətəyindən uzundur”.
S.Səfərov dedi ki, Macarıstanla Azərbaycan arasında ekstradisiya haqda qarşılıqlı müqavilə olmasa da dövlət səviyyəsində müəyyən işlərin getdiyinə şübhə etmir: “Ramilin özü də inanır ki, gec-tez vəziyyət dəyişməlidir. Onunla sonuncu dəfə şənbə günü danışmışam. Ramil hər şənbə zəng edir. Mən də onun tərcümə etdiyi kitabları göndərdim. Həmin kitabları özü almamışdı. Sonuncu tərcümə etdiyi ”Pal küçəsinin oğlanları" kitabı idi ki, təqdimatı yüksək səviyyədə keçirilmişdi. Ramil hazırda növbəti tərcümələrlə məşğuldur. Soruşuram ki, yerin necədir. Deyir istirahət düşərgəsində deyiləm ki. Avropanın mərkəzindəki bir həbsxanadayam. Hamı necə, mən də elə".
Hərbçimizin atası heç kimdən şikayətçi olmadığını vurğuladı: “Sağ olsun Azərbaycan millətini. Dəyərli insanlar var ki, gedib-gələndə ona baş çəkir, əhvalını soruşurlar. Deputatlarımız ona baş çəkir, iş adamları, hətta bəzi rəsmi şəxslər var ki, dövlət işi ilə əlaqədar Macarıstanda olanda gedib səfirliklə əlaqə saxlayır, Ramillə də görüşürlər. Yəni onu darıxmağa qoymurlar. Ramil də onunla yaşayır ki, vətənində heç vaxt unudulmur. Özünün də Azərbaycanda gedən bütün proseslərdən məlumatı olur. Qarabağla bağlı gedən prosesləri də həssaslıqla izləyir”.
Həmsöhbətimizin sözlərinə görə, səhhəti yol vermədiyi üçün oğlu ilə görüşə gedə bilmir: “Belimdən əməliyyat olunmuşam. Əsəb gərginliyi olanda əhvalım bir az da pisləşir. Həm də vaxtaşırı danışırıq. Görüşməyimiz ona da pis təsir edər. Gəlib-gedəndə vərdiş eləyə bilər. Elə olur ki, həftədə iki dəfə danışırıq. Hər danışanda da ürək-dirək verir, onu müdafiə edən insanlara təşəkkürünü, salamını söyləyir. Biz ona, o da bizə dəstək olur. Deyir darıxmayın, yaxşı olacaq...”

E.PAŞASOY

1902 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008