22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MTN-dən NÖVBƏTİ ANTİTERROR ƏMƏLİYYATI

2012-02-21

«Sepah» və «Hizbullah»ın terrorçuları Azərbaycanda yaxalandı

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib. APA-nın AZTV-yə istinadən verdiyi məlumata görə, dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb.

Dəstə üzvləri "Sepah"ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar.
"Sepah"ın əməkdaşı Həmid adlı şəxslə “Hizbullah" terror təşkilatının "Müqavimət" hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.
Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda bir qrup şəxs saxlanılıb. Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayi Natiq Kərimov APA-ya bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanların əksəriyyəti Bakı kəndlərinin, xüsusilə də Nardaran sakinləridir. Onlar ölkədə silahlı birləşmə yaratma, qanunsuz silah saxlama, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.
N. Kərimov deyib ki, onlara indiyə qədər saxlanılan 20 nəfərin adı məlumdur: “Bu şəxslərin çoxu bizim qohumumuz və yaxın adamımızdır”.
N. Kərimovun bildirdiyinə görə, saxlanılanlar arasında qardaşı Niyazi Kərimov, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov, dini məqalələrlə çıxış edən Əbülfəz Bünyadov, “Fars” xəbər agentliyinin və İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlı, “Səhər” telekanalının sürücüsü Ramil Dadaşov, Azərbaycanda terror hazırlamaqda ittiham edilən və axtarışda olan Balaqardaş Dadaşovun bacısı oğlu Əli Məmmədov da var.

lent.az

4655 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008