22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ƏRƏB BAHARINI SOLDURAN İQTİDARIMIZ

2012-02-22

İlqar Məmmədov: “Ərəb inqilablarını dəyərləndirmək üçün hələ kifayət qədər zaman keçməyib”

Ərəb ölkələrində 2010-cu ilin sonlarından baş verən proseslər nəticəsində bir sıra diktatorların hakimiyyət taxtından salınmasına hələ də fərqli münasibətin sərgilənməsini anormallıq sayanlar az deyil.

İlqar MəmmədovOnilliklər boyu öz xalqlarının taleyinə qənim kəsilən prezidentlərin devrilməsini təəssüf hissi ilə qarşılayanlar sırasında YAP hakimiyyətinin təmsilçiləri də var. Düzdür, bu təəssüf birbaşa yox, dolayısı ilə izhar olunur. Rəsmi Bakı BMT-dəki səsvermədə ölkəsində 10 minə yaxın insanı qətlə yetirən Suriya diktatoru Bəşər Əsədlə bağlı qətnaməyə səs verdiyi halda, YAP-ın ayrı-ayrı funksionerləri yenə də ərəb ölkələrindəki xalq üsyanlarından bəhs edərkən ordakı fəlakətli duruma diqqət çəkməklə haqsızlıqlara haqq qazandırmağa çalışırlar. Xatırladaq ki, bu kimi şəxslər zamanında Gürcüstan, Ukrayna və Qırğızıstandakı inqilablardan sonrakı mərhələdə baş verən hansısa prosesləri də əldə bayraq edib “məxməri” inqilabların xalqlara gətirdiyi “fəlakətlərdən” danışırdılar. Ancaq ilk dövrlərdə bu ölkələrin həyatında müəyyən problemlər yaşansa da, sonrakı dövrlərdə həyat öz axarına düşdü. Elə qonşu Gürcüstanın demokratik və siyasi islahatlar sahəsində əldə etdiyi nailiyyətlər bu gün Azərbaycan üçün də nümunə sayıla bilər. Bu mənada qaniçən diktatorlar Müəmmar Qəddafi, Hüsnü Mübarək, Zeynalabdin Bin Əli və Əli Abdullah Salehin devrilməsindən sonrakı aylarda ərəb ölkələrində qarşıdurmalar baş versə də, proseslərin normal məcraya düşəcəyi qaçılmazdır. Çünki postinqilab dövründə bu kimi qarşıdurmaların baş verməsi tarix boyu gözlənilən hadisə kimi səciyyələndirilib.
REAL-ın həmsədri İlqar Məmmədov da deyir ki, inqilablar tarix boyu həmişə olub və olacaq: “Nə qədər ki, səmərəsiz idearəetmə quruluşları var, hansı ölkədə ki, hakimiyyət bir şəxsiyyətin və ya kiçik qruplaşmanın mənfəəti üzərində qurulacaq inqilablar baş verəcək. Ərəb inqilablarından çıxarılan əsas nəticə o deyil ki, inqilabdan sonra nə olacaq. Əsas nəticə odur ki, bu tipli rejimlərin gələcəyi yoxdur. Ona görə də bu kimi rejimlərin dağılması qaçılmazdır. Bu dağılan sistemin, rejimlərin yerində nə qurulacaqsa, bu, artıq hər dövlətdə fərqli olacaq. Necə ki, 1989-91-ci illərdə Şərq bloku dağıldı, orada inqilablar oldu. Ancaq bəzi dövlətlər bundan uğur qazandılar, bəziləri isə heç nə qazanmadılar, bacarmadılar”. İ.Məmmədov bildirdi ki, inqilab nəticəsində udan və uduzan xalqlar olur: “Ancaq bu nəticə xalqın özündən başqa heç kəsdən asılı deyil. Məsələn, Polşa, Çexiya kimi ölkələr qazandılar. Digər bir sıra ölkələr isə itirdilər. Bu isə onların öz günahıdır. Ərəb ölkələrindəki inqilabların da nəticələrini biz yalınız uzun müddətdən sonra dəyərləndirə biləcəyik. Bəzi ərəb ölkələri bu inqilablar nəticəsində qazanacaq, bəziləri isə itkilərlə üzləşəcək. Bu mənada ərəb inqilablarının qiymətləndirilməsi çox tezdir. Yəni ərəb inqilablarını dəyərləndirmək üçün hələ kifayət qədər vaxt keçməyib”.
REAL rəhbəri deyir ki, indiki situasiyada ərəb ölkələrində baş verənlərə görə nə hakimiyyətdə olanlar, nə də boşuna inqilab deyənlər sevinməsinlər: “İnqilab təkcə inqilab üçün edilmir. İnqilab qədər önəmli olan məsələ inqilabdan sonra həyata keçirilən siyasətdir. Bu siyasət xalqı uğura çıxarır. İnqilabdan sonra yeridilən siyasət xalqın ya uğura, ya da uğursuzluğa aparır. Bu mənada inqilabın uğura, ya uğursuzluğa heç bir aidiyatı yoxdur”.

Cavid TURAN

1138 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008