22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MEDVEDYEV “RADİKAL” MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ

2012-02-22

Prezidentə müxalifətin siyasi dustaqlarla bağlı siyahısı verildi

Rusiyada bu ölkənin siyasi həyatı üçün misli görünməmiş hadisə baş verib. Prezident Dmitri Medvedyev ilk dəfə Kremlə qarşı radikal müxalif mövqedə olan siyasi partiyaların liderləri ilə görüşüb. Görüş Kremlin təşəbbüsü ilə baş tutub və ora rəsmi qeydiyyatda olmayan siyasi partiyaların, hərəkatların liderləri dəvət olunub.

Dəvət olunanlar arasında “Rusiya ümumxalq ittifaqı”nın sədri Sergey Baburin, Xalq Azadlıq Partiyasının həmsədrləri Boris Nemtsov və Vladimir Rıjkov, “Yaşıllar” hərəkatının lideri Anatoli Panfilov, “Rusiya dirçəliş partiyası”nın sədri Gennadi Seleznyov, “Sol cəbhə” hərəkatının lideri Sergey Udaltsov və digərləri yer alıblar. Onların hamısı müxalifətin ötən ilki Duma seçkilərindən sonra Moskvanın keçirilmiş izdihamlı mitinqlərinin təşkilatçılarıdır.
Görüş prezidentin şəhərətrafı iqamətgahında baş tutub və KİV-lərə bir neçə dəqiqəlik giriş hissəsini izləməyə icazə verilib. Medvedyev giriş nitqində deyib ki, Rusiyanın siyasi sistemi ideal deyil və görüşə qatılanların əksəriyyəti onu sərt tənqid edir. “Bununla belə sistemi dəyişmək üçün ümumi təsəvvürlər olmalıdır”. Rusiya prezidenti ölkədə siyasi sistemdə bəzi dəyişiklikləri nəzərdə tutan qanunvericilik paketini Dövlət Dumasına təqdim edib və bu paketə birinci oxunuşda fevralın 28-də baxılmalıdır. Həmin müzakirələrə parlamentdə təmsil olunmayan və rəsmi qeydiyyatdan keçməyən siyasi partiyalar da dəvət edilib.
Təkliflər paketinə qubernatorların birbaşa seçkisi, siyasi partiyalara qubernator vəzifələrinə namizəd irəli sürməyə icazə verilməsi, siyasi partiyaların qeydiyyatdan keçməsinin sadələşdirilməsi və digər dəyişikliklər daxildir. Ekspertlər görə, Medvedyevin təklifləri siyasi sistemdə “yuxarıdan inqilab”dır və Putin tərəfindən qurulmuş avtoritar, mərkəzləşdirilmiş sistemi dəyişməyə yönəlib. Siyasi sistemdə dəyişikliklər məsələsi Rusiyada son parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq ölkə üçün görünməmiş miqyasda etiraz hərəkatının baş qaldırması, beləliklə də “ərəb dalğası”nın təsirlərinin hiss edilməsi ilə əlaqələndirilir.
D.Medvedyev müxalifət liderlərindən siyasi sistemdə islahatlara dair öz təkliflərini verməyə çağırıb. Görüşün nəticələrini şərh edən müxalifət liderləri deyirlər ki, heç bir konkret nəticə əldə edilməsə belə istənilən halda prezidentin sistemdən kənar müxalifəti dinləməsi müsbət hadisədir. Həmçinin siyasi islahatlar paketi ilə bağlı təkliflər hazırlamaq üçün işçi qrupunun yaradılması da müsbət dəyərləndirilir.
B.Nemtsov görüş haqda danışarkən deyib ki, o, Medvedyevə eyni şəxsin iki dəfədən çox prezident seçilməsini qadağan edən dəyişikliklə bağlı təklif verib: “Medvedyev gözlənilmədən və görüş iştirakçılarını təəccübləndirərək dedi ki, bu barədə ciddi fikirləşir”. Nemtsov onu da deyib ki, Medvedyevin siyasi məhbuslar problemini həll etməkdə maraqlı göründüyünün də şahidi olub. “Ümumiyyətlə belə görünür, o, tarixə xeyirxah prezident kimi düşməyə çalışır”, - deyə müxalifət lideri bildirib.
Siyasi məhbusların 37 nəfərlik siyahısında keçmiş YUKOS prezidenti Mixail Xodorkovskinin də adı var. “Sol cəbhə” hərəkatının lideri S.Udaltsov isə deyib ki, onun qənaətinə görə prezident bu siyahıdan hamını olmasa da bir çoxlarını əfv edə bilər. Məlum olub ki, prezident müxalifətin əsas tələbləri-seçkilərin nəticələrinin ləğv edilməsi , prezident seçkilərinin isə təxirə salınmasını rədd edib. O, Dumaya seçkilərin nəticələrinin legitim olduğunu bildirib. Udaltsov görüşdə ilginc təklif də irəli sürüb. O, Medvedyevə deyib ki, prezident seçkilərini ləğv etsin və özü ikinci müddətə prezident postunda qalsın. “Prezident ya zarafatyana, ya ciddi dedi ki, təklif maraqlıdır. Lakin o belə ssenariyə hazır deyil. Çünki həddən artıq gecdir və radikaldır”, - deyə müxalifət təmsilçisi bildirib.

F.MƏMMƏDOV

1397 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008