 |
Gündəm
POLİTOLOQDAN RƏSMİ BAKIYA XƏBƏRDARLIQ 2012-02-22 Vəfa Quluzadə: “Rusiya istədiyi vaxt Qəbələdə təxribat törədib Azərbaycana qoşun yeridə bilər”
|
Bir neçə gün əvvəl Moskvada Qəbələ RLS-in statusu ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib. Hələlik rəsmi Bakının məsələ ilə bağlı açıqlaması olmasa da, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, danışıqlarda RLS-in statusu, istifadə şərtləri və prinsiplərinin əks olunduğu dövlətlərarası müqavilənin müddətinin uzadılmasına dair müzakirələr aparılıb. O da bildirilir ki, tərəflər sənədin tezliklə imzalanması üçün danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Qəbələ RLS-in statusunun razılaşdırılması ilə bağlı prosesin bitməsi ərəfəsində ABŞ-ın məsələyə verdiyi reaksiyası diqqət çəkir. Rəsmi Vaşinqtonun Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bu layihəni regionun marağına uyğun hesab etdiyini bildirib. O, ANS-ə müsahibəsində “Rusiya ilə Azərbaycan arasında hərbi məsləhətləşmələr sizi narahat etmir ki” sualına cavabında deyib ki, raketdən müdafiə sahəsində ABŞ, Rusiya və Avropa ölkələri imkanlarını bir araya gətirsələr, bu, hər 3 ölkənin marağında olar. Diplomatın sözlərinə görə, Qəbələ RLS - Rusiya və Azərbaycan hökumətlərinin razılıq əldə etməli olduğu bir məsələdir.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Amerika diplomatının fikirlərini şərh edərkən məsləyə fərqli prizmadan yanaşmağı məsləhət gördü: “Amerika üçün ən əsas Azərbaycanın stabilliyi, Qarabağ müharibəsinin yenidən alışmamasıdır. Bu da yalnız Azərbaycanla Rusiyanın dostluq əlaqələri nəticəsində ola bilər. Çünki Qarabağ müharibəsini alovlandıran da Rusiya olub, bu gün də arxasında dayanan Rusiyadır. Həmçinin Azərbaycan və Ermənistan arasında sülhün yaranmasına mane olan Moskvadır. Bu səbəbdən Azərbaycan o qədər də əl-qolu açıq dövlət deyil ki, milli maraqlarından çıxış edərək ürəyindən keçən addımları atsın. Bəli, Qəbələ RLS bizə lazım deyil, bizim ekologiyanı korlayır, bu obyektdə bir neçə min rus əsgəri işləyir. Üstəlik, Rusiyanın yeni hərbi doktrinasına görə, harada ruslara təhlükə yaranarsa, Rusiya ora müdaxilə etmək hüququna malikdir. Deməli, Rusiya istədiyi vaxt Qəbələdə təxribat törədib Azərbaycana qoşun yeridə bilər. Ona görə də bu məsələlərdə ehtiyatlı olmaq lazımdır”. V.Quluzadənin fikrincə, Amerika ordusu o qədər güclüdür ki, Qəbələ RLS-də hətta Rusiyadakı Voronej tipli stansiya da tikərsə, Vaşinqton bundan narahat olmayacaq: “Voronej stansiyası raket tutma stansiyasıdır. Bu gün Qəbələ RLS Azərbaycanın mülkiyyətinə aiddir, amma Moskvanın onun yerində tikmək istədiyi yeni stansiya Rusiyanın tam mülkiyyətinə keçəcək. Özü də bu stansiyanı istənilən vaxt söküb başqa yerə köçürmək mümkün olacaq. Amerikanın Rusiya üzərindəki hərbi üstünlüyü o qədərdir ki, Rusiyanın atdığı addımlar Pentaqonu narahat etmir. Bu gün Amerika əzmlə öz planlarını həyata keçirir, artıq yeni tipli silahlara keçir, hətta ordusunda robot əsgərlər yaradır. Həmin robotlar müəyyən əsgəri əməliyyatları da apara biləcək. Amerikadakı bu texniki yeniləşmə artıq baş verib və davam edir. Rusiya isə hələ bu barədə indi düşünür. O mənada Amerika üçün əlverişlisi odur ki, Azərbaycanın Rusiya ilə əlaqələri yaxşı olsun, nəinki münasibətlər pozulsun”. Ekspertlərin fikrincə, Azərbaycan ötən icarə müddətində aldığı illik 7 milyon dollarlıq icarə məbləğinin 15 milyon dollara qədər artırılmasını istəyir. Rusiya isə inşasını 2019-cu ilə qədər başa çatdırmağı planlaşdıran “Voronej-VP” yeni radiolakasiya stansiyasını istifadəyə verənədək Qəbələ RLS-in istifadə müddətini uzatmaq fikrindədir. Xatırladaq ki, stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib. E.PAŞASOY 2533 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|