22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

XOCALI ABİDƏSİNİ ZİYARƏT RƏSMİ PROTOKOLA SALINA BİLƏR

2012-02-22

Deputatlar bununla bağlı təkliflərini irəli sürdülər

Fransa Senatının qondarma “erməni soyqırımı” ilə bağlı məlum qərarı Türkiyə və Azərbaycanda Xocalı soyqırımı məsələsini aktuallaşdırıb. Məlumdur ki, fevralın 26-da Xocalı qətliamı ilə əlaqədar olaraq Taksim meydanında yürüş keçiriləcək. Tədbirə azərbaycanlılar da dəstək verəcək.

Bu arada əməkdaşımız Elşad Paşasoy “Xocalı abidəsi protokola salınsın” köşə yazısında Xocalı qətliamının təbliğatı istiqamətində təşəbbüslə çıxış edib. O yazıb ki, Xocalı soyqırımını tanıtmağın bir yolu da Bakıdakı Xocalı abidəsinin ziyarətinin rəsmi dövlət protokoluna salınmasından keçir: “Azərbaycana az qala hər gün xaricdən rəsmi qonaqlar gəlir. Niyə o qonaqları Xətai rayonundakı ”Xocalı harayı" abidəsini ziyarətə aparmayaq?"
Digər təşəbbüs isə ondan ibarətdir ki, Xocalı abidəsi Şəhidlər Xiyabanına köçürülsün. Nəzərə alsaq ki, Meksika və Pakistan parlamentləri Xocalı soyqırımını tanıyıblar. Belə olan halda bu ideyaları reallaşdırmaq mümkündür. Bəs, deputatlar bu barədə nə düşünür?
Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, bu bir qədər çətin prosesdir: “Çünki bir neçə yerin protokolda olması problem yaradır. Şəhidlər Xiyabanı, Fəxri Xiyabanı. Məncə, yaxşı olardı ki, bir soyqırım abidəsi ucaldılsın. Bura həm 31 Mart soyqırımı, həm Xocalı faciəsi ilə bağlı göstəricilər qoyulsun. Xaricdən gələn qonaqları da bezdirmək lazım deyil. O ki qaldı Xocalı abidəsinin köçürülməsinə bu, effekt verməz”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin fikrincə, bunun üçün bir neçə ziyarət yerini təxirə salmaq lazımdır: “Bəzən xaricdə bu cür ziyarətlər etirazla qarşılanır. Ancaq dəyişmək olar. Müxtəlif dönəmlərdə bir dəfə Xocalı, bir dəfə Şəhidlər Xiyabanına getmək olar. Hesab edirəm ki, məqsədəmüvafiq təklifdir, bu təşəbbüsü müsbət qiymətləndirirəm. Amma abidənin köçürülməsi düzgün olmazdı, çünki qətliam qurbanları orada dəfn olunmayıb”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı təklif edir ki, Bakıda soyqırım muzeyi tikilsin: “Eyni zamanda soyqırım abidəsi yaradılsın. Xocalı faciəsi dəhşətli bir qətliamdır. Bundan öncə də 1905-ci ildə buna bənzər hadisələr olub. Düşünürəm ki, azərbaycanlıların məruz qaldığı soyqırıma aid abidə yaradılsa daha yaxşı olar. İndiki halda xarici qonaqların həm Şəhidlər Xiyabanı, həm Fəxri Xiyaban, bir də Xocalı abidəsini ziyarət etməsi bir az işi mürəkkəbləşdirər. Mümkün qədər bir abidə olmalıdır”.

Emil SALAMOĞLU

901 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008