Postsovet məkanında ən nüfuzlu kriminal avtoritet hesab olunan, milliyyətcə yezidi kürdü olan Aslan Usoyanın qətlinin yeni təfərrüatları məlum olub. Rusiya mətbuatının yazdığına görə, əvvəlcə deyildiyi kimi, killer ona “Draqunov” markalı snayper tüfəngindən yox, xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuş “Val” avtomatından atəş açıb.

Güllələrdən üçü avtoritetin başına və boynuna dəyib. Bildirilir ki, killer “Ded Xasan”ın ona məxsus çoxsaylı restoranlardan biri olan və “Köhnə fayton” restoranlar kompleksində yerləşən “Knyaz malikanəsi” restoranında hər gün səhər saat 10-dan nahara qədər adamları qəbul etdiyini bilirmiş. Avtoritetin qəbuluna təkcə kriminal elementlər və biznesmenlər yox, həm də yüksək vəzifəli məmurlar, güc strukturlarının nümayəndələri və qohumları da gəlirmiş. Yanvarın 16-da Moskva vaxtilə təxminən saat 14 radələrində “Ded Xasan”ın qəbulları başa çatıb, o, çoxsaylı mühafizəçilərin əhatəsində restorandan çıxıb və Moskva ətrafındakı malikanəsinə yola düşməyə hazırlaşıb. Ancaq fəhlə paltarı geymiş killer onu üzbəüzdə yerləşən aktyorlar evinin damından gözləyirmiş. “Ded Xasan” restorandan çıxanda killer ona “Val” avtomatından atəş açıb, mühafizəçilər də avtomatdan killerin atəş açdığı istiqamətə cavab atəşi açıblar. Ancaq gec olub və güllələr avtoriteti yerə sərib.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, killerin istifadə etdiyi “Val” avtomatını pulla almaq mümkün deyil. Çünki o, xüsusi təyinatlı dəstələrin silahıdır və hər bir döyüşçünün adına nömrələnir. Mənbənin bildirdiyinə görə, silah çox güman ki, “qaynar nöqtə”lərin birində “itirilib”. Ola bilsin ki, xüsusi təyinatlıların döyüş maşını partladılıb və silah başqa əllərə keçib. Yaxud mümkündür ki, xüsusi təyinatlı dəstələrin keçmiş döyüşçülərindən kimsə onu hansısa yolla təhvil verməyib və özündə saxlayıb. Mənbə deyib ki, killer kifayət qədər peşəkar olub və ehtimallara görə, o özü də keçmiş xüsusi təyinatlıdır, çox güman ki, milliyyətcə çeçendir.
“Val” avtomatının özəlliyi odur ki, o, xüsusi səsboğucu ilə təchiz olunub və tamamilə səssiz atəş aça bilir. Eyni zamanda onun gülləsinin sürəti aşağıdır, bu da hədəfi 200-300 metr məsafədən dəqiq vurmağa imkan verir.
“Ded Xasan”ın qızı Karine Amoyan isə bildirib ki, avtoritet bu bazar gürcü və azərbaycanlı “qanuni oğru”ların iştirakı ilə keçiriləcək “sxodka”da iştirak etməli idi. Karine Amoyan onu da qeyd edib ki, onlar hələ ki qətlin mümkün sifarişçiləri haqqında danışmaq istəmirlər. Bu haqda təfərrüatlar məlum olduqdan sonra danışa bilərlər.
Qeyd edək ki, kriminal qruplaşmalar üzrə rusiyalı ekspertlər “Ded Xasan”ın qətlinin nüfuzlu azərbaycanlı “vor zakon” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) tərəfindən sifariş verildiyini ehtimal edir. Belə ki, iddialara görə, “Ded Xasan” ona qarşı 2010-cu ildə təşkil edilmiş sui-qəsdin də R.Canıyev tərəfindən sifariş verildiyini bilirmiş.
Bugünlərdə isə “Rosbalt” agentliyi yaxın vaxtlarda “Ded Xasan”ın qruplaşması ilə “Rövşən Lənkəranski”nin qruplaşması arasında böyük müharibənin başlayacağını yazıb. Məlumatlara görə, “Rövşən Lənkəranski” “Ded Xasan”a qarşı olan kriminal avtoritetləri öz ətrafında cəmləşdirərək kifayət qədər güclü qruplaşma yaradıb.
Rövşən CanıyevRusiya hüquq-mühafizə orqanlarından bir mənbənin verdiyi xəbərdə deyilir ki, artıq yanvarın 17-dən bir qrup “qanuni oğru” Moskvanı tərk edib. Onlar tranzit ölkə kimi Belarusdan istifadə etməklə xarici ölkələrə üz tuturlar. Mənbənin sözlərinə görə, avtoritetlər “Ded Xasan”ın tərəfdarlarının qisas obyekti olmaqdan çəkinirlər. Ölkəni tərk edənlərin arasında Djemo Mikaledzo, Merab Djanqveladze və Rövşən Canıyevin adı çəkilir. Faktı nüfuzlu avtoritetlərdən birinin vəkili də təsdiqləyib. Bundan əvvəl R.Canıyevin Rusiyada yox, Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilirdi.
Rusiya mətbuatı yazır ki, “Ded Xasan” böyük biznes strukturlarına, narkotik və silah alveri ilə məşğul olan mütəşəkkil qruplaşmaya, adam oğurluğu və reket şəbəkəsinə nəzarət edirdi. Onun firmaları Rusiya, Ukrayna, Avropa, ABŞ və digər ölkələrdə olimpiya obyektlərinin, avtomobil yollarının tikintisi, araq istehsalı, ərzaq malları istehsalı, apteklər şəbəkəsi və digər sahələrlə məşğul olur. Həmin firmaların keçmiş sahibləri isə ya öldürülüb, ya “könüllü şəkildə” bizneslərini “Ded Xasan”a veriblər. “Ded Xasan” pulları tək xərcləməyib, Rusiya Daxili İşlər Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, regional güc strukturlarının yüksək çinli məmurlarının bir çoxunun adının onun “maaş dəftərində” olduğu bildirilir. “Novaya qazeta” yazır ki, keçmiş daxili işlər naziri Rəşid Nurqaliyev də “Ded Xasan”la əlbir idi.
Kriminal aləmin kralına çevrilmək üçün “Ded Xasan” bir çox kriminal müharibələr aparıb. Ən qanlı müharibələr isə ötən əsrin 90-cı illərinin ortalarında gedib. Bu müharibədə yüzlərlə adam killerlərin güllələrinə tuş gəlib. Təbii ki, “Ded Xasan”ın düşmənləri də çox olub və onların arasında “Rövşən Lənkəranski” də yer alır. Onun “Ded Xasan”la düşmən olmaq üçün tutarlı səbəblərinin olduğu bildirilir. Məsələn, “Ded Xasan” R.Canıyevi tituldan məhrum etmək barədə qərar verib və onun Moskvadakı biznesini ələ keçirməyə çalışıb. Qəzet yazır ki, “Rövşən Lənkəranski” kriminal aləmdə artıq əfsanəvi şəxsiyyətdir. O, 17 yaşında olarkən məhkəmə zalında atasının qatilini öldürməklə məşhurlaşıb.

***

Bu arada “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyanın varisinin məlum olduğu xəbəri yayılıb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinə hazırda cinayətkar qruplaşmaya faktiki rəhbərliyin “Miron” ləqəbli “qanuni oğru” Dmitriy Çanturiya tərəfindən həyata keçirildiyi barədə informasiya daxil olub.
“Ded Xasan” hələ sağlığında onu müavini kimi qruplaşmanın idarə edilməsinə cəlb edib. Yəni ölümündən sonra kimin rəhbər olacağını əvvəlcədən müəyyənləşdirib. Rusiya Daxili İşlər Nazirliyində hesab edirlər ki, “Ded Xasan”ın ideoloji varisi hazırda İspaniyada həbsxanada olan Zaxari Kalaşovdur.
Qeyd edək ki, “Ded Xasan” yanvarın 16-da saat 14:30 radələrində, Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində güllələnib. “Ded Xasan” xəstəxanaya aparılıb reanimasiya şöbəsinə yerləşdirilsə də tezliklə ölüb.

M.MEHDİ

2 Şərh var GÖSTƏR

  1. Fuad 2013-01-18 18:02:58

    Rövşənlə fəxr edirəm ona görə yox ki, adı kürdün ölümündə çəkilir təbii ki Azərbaycanlı olduğuna görə. Əhsən Rövşən adın bütün dünyada tanınır ALLAH səni qorusun .Eşitdiyimə görə dindarları ətrafına yığıb işlədir halal olsun sənə .

  2. Yasar 2013-01-18 13:01:33

    bu kurd .... yaxsi edib geberdibler, Allah bunlarin hamisina lenet elesin, gelib bizim coreyimizi yeyib varlanirlar xaricde bizim qanimizi icirler bu ayilar. sizin bu qazetin xalq arasinda boyuk hormeti var. xahis edirem bele eclaflar hakkinda az yazin, onu. kimi geberdibler yaxsi edibler

  3. Admin 2013-01-18 13:01:33

Şərhiniz bizim üçün dəyərlidir