 |
Gündəm
MÜSAVAT QƏRARGAHINDAKI TƏDBİRDƏ SENSASİON AÇIQLAMALAR 2009-12-03 Rusiyanın Qarabağla bağlı gizli planının olduğu, Azərbaycanda gələn il ciddi proseslərin baş verəcəyi açıqlandı İsa Qəmbər: «Azərbaycan üçün yeni risklər, eyni zamanda yeni imkanlar yaranıb»
|
Dünən Müsavat Partiyasının təşkilatçılığı ilə «Cənubi Qafqaz bölgəsində geopolitik durum: yeni risklər, yeni imkanlar» mövzusunda dəyirmi masa keçirildi. Müsavat qərargahındakı tədbirdə Müsavat Partiyasının, AXCP-nin rəhbərliyi və politoloqlar iştirak edirdi. Müsavat başqanı İsa Qəmbər tədbirdə çıxış edərək Cənubi Qafqaz regionunda son vaxtlar bir sıra istiqamətlərdə dəyişikliklərin olduğundan danışdı. O, bildirdi ki, bu dəyişiklik Gürcüstanla Rusiya arasında 2008-ci ildə baş vermiş münaqişə ilə başlayıb və hazırda Türkiyə-Ermənistan yaxınlaşması ilə davam edir: «Cənubi Qafqazda geopolitik vəziyyət mürəkkəbləşməkdə davam edir. Azərbaycan üçün yeni risklər, eyni zamanda yeni imkanlar yaranıb». Müsavat başqanı belə bir məqamda Azərbaycan hakimiyyətinin balanslaşdırılmış siyasətinin mənasız olduğunu vurğuladı. İ.Qəmbər bildirdi ki, hakimiyyət indiyə qədər balanslı xarici siyasət yürütdüyünü bəyan edirdisə, artıq Azərbaycanın faktiki olaraq Rusiyaya təslim olmasını təklif edən səslər hakimiyyət tərəfindən ucalmaqdadır: «Bu, həddən artıq qorxulu tendensiyadır. Bu mövzularla bağlı fikir mübadilələri keçirilməsi, cəmiyyətin məlumatlandırılması, cəmiyyətin mövqeyinin ortaya qoyulması vacibdir». Müsavat Məclisinin sədri Sülhəddin Əkbər məruzə ilə çıxış etdi. O bildirdi ki, Kosovonun müstəqilliyinin ABŞ tərəfindən tanınmasından sonra dünyada geopolitik proses əvvəlki hüquq normaları çərçivəsindən kənara çıxıb. Müsavat başqanının müavini, professor Qabil Hüseynli isə Türkiyənin öz ənənəvi müttəfiqləri ilə münasibətləri pozmaq xətti götürdüyünü bildirdi. O qeyd etdi ki, Türkiyənin Cənubi Qafqazda, xüsusilə də Ermənistanda irəli çıxmaq şansı azdır. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və bu ölkə tam Rusiyanın nəzarətindədir. ABŞ isə dünyada, o cümlədən Azərbaycanın yerləşdiyi regionda superdövlət kimi təsirini zəiflədib: «Bunun planlı şəkildə, yoxsa Vaşinqtonun iradəsindən asılı olmadan baş verməsi başqa müzakirə mövzusudur. Fakt budur ki, hər hansı səbəbdən Amerikanın əvvəlki təsir imkanları zəifləyib. Çoxu heç vaxt ağlından belə keçirməzdi ki, ABŞ Rusiya ilə az qala müttəfiq vəziyyətinə qədər yaxınlaşar. Bu gün ABŞ-ın Rusiya ilə münasibətləri çox rəvandır. Amerika hətta Çinlə də münasibətləri normallaşdırmağa çalışır. Bu istiqamətdə son vaxtlar çox ciddi iqtisadi-siyasi addımlar atılıb. Bir sözlə, ABŞ superdövlət kimi təsirini zəiflədib. Bu boşluğu Rusiya sürətlə doldurmaqdadır. Onu da deyim ki, bu, prosesin bir razılaşma ilə bağlı olduğu sezilir. Bu cür geopolitik vəziyyət sözsüz ki, Azərbaycana, Qarabağ probleminə də təsirini göstərir». Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli yaranmış hazırkı geosiyasi vəziyyətdə Azərbaycanın strateji seçiminin əvvəlki kimi birmənalı və aydın görünmədiyindən danışdı: «Hesab edirəm ki, bölgədə Azərbaycan-Türkiyə-Gürcüstan birliyi rəsmən yaranmalıdır. Bu, konfederasiya kodu altında da ola bilər. Bundan sonra isə Azərbaycan Qarabağı hərbi yolla işğaldan azad etməlidir. Azərbaycan Ermənistandan deportasiya olunmuş 200 mindən yuxarı azərbaycanlının öz dədə-baba torpaqlarına qaytarılması və orada muxtariyyət verilməsi məsələsini qaldırmalıdır. Bəyan edilməlidir ki, Ermənistan həmin azərbaycanlılara hansı statusu verəcəksə, Azərbaycan da Dağlıq Qarabağda ermənilərə eyni statusu verməyə hazırdır».
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycanın Türkiyə ilə strateji münasibətlərinə xələl gəlib. Paralel olaraq da Rusiyanın Azərbaycana təsiri güclənib: «Bu vəziyyət Azərbaycanın və Türkiyənin zərərinədir. Prosesin bu şəkildə inkişafının qarşısı alınmalıdır». Siyasi ekspert İbrahim Bayandurlu Rusiyanın Qarabağla bağlı konkret projesinin olduğu haqda informasiyaya malik olduğunu dedi: «Bu proje heç də məsələnin Azərbaycanın xeyrinə həllini nəzərdə tutmur. Rusiyanın parçalanması başlamayınca, Azərbaycanın Qarabağda, Gürcüstanın Abxaziya və Osetiyada suverenliyini bərpa etməsi mümkün görünmür». İqtisadçı-ekspert Qubad İbadoğlu region ölkələrinin iqtisadi vəziyyətindən danışdı: «Ermənistanda ilin sonuna çox ciddi iqtisadi tənəzzül gözlənir. Gürcüstan da bu ilin sonuna iqtisadi tənəzzüllə gedir. Rusiya və Türkiyədə də iqtisadi azalma sürətlə gedir. Azərbaycanda isə ümumi daxili məhsulda artım prosesi gedir. Ermənistanın xarici borcları sürətlə artır. 2010-cu ilin ortalarında xarici borc fantastik dərəcədə artacaq. Türkiyə sərhədləri açsa, Ermənistan iqtisadiyyatı və Türkiyədəki erməni mənşəli iş adamları xeyir götürəcək. Türkiyədə erməni mənşəli iş adamlarının mövqeləri güclənəcək ki, bu da gələcəkdə Türkiyə üçün risklər vəd edir. Azərbaycanda isə iqtisadi böhran ciddi təsirini gələn il göstərəcək». Politoloq Zəfər Quliyev Cənubi Qafqazda proseslərin ABŞ-ın projesi əsasında getdiyini bildirdi: «Qarabağla bağlı ABŞ-la Rusiya arasında konsensus olduğunu da söyləmək mümkündür. Təhlil apararaq deyə bilərik ki, yaranmış vəziyyət region və Azərbaycan üçün yeni risklər və imkanlar yaradır». «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də Ermənistanda iqtisadi vəziyyətin ağır olduğundan danışdı. O bildirdi ki, iqtisadiyyatının çökməsi Ermənistan hakimiyyətini Türkiyə ilə məlum protokolları imzalamağa məcbur edib: «Türkiyə protokolları aprelə qədər təsdiq etməsə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilər. Gələn il Azərbaycanda da ciddi proseslər gedəcək. Xüsusilə demokratiya və seçki məsələlərində çox ciddi proseslər olacaq». AXCP sədri Əli Kərimli bildirdi ki, Türkiyənin Ermənistanla sərhədi açması həm Türkiyənin özü, həm də Azərbaycan üçün riskli addım olar: «Türkiyə protokolları imzaladıqdan sonra 2010-cu ilin aprelinə qədər bu ölkə üçün əvəzedilməz imkan yaranıb. Türkiyə protokolları imzalamaqla ABŞ və Avropa Birliyi qarşısında söz sahibi haqqına malik olub. Ortaya mövqe qoyub deyə bilər ki, artıq Ankara addım atıb, bundan sonra Ermənistana təsir edilməlidir ki, işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın. Türkiyənin Qarabağ məsələsinin ədalətli həllinə kömək etmək üçün unikal imkan yaranıb. Türkiyə bu imkandan istifadə edə bilər və etməlidir. Sözsüz ki, belə bir məqamda ABŞ Türkiyəyə, Azərbaycana və Ermənistana təzyiq edəcək. Təhlükə odur ki, Azərbaycan hakimiyyəti öz iqtidarını qorumaq naminə təzyiq qarşısında geri dursun. Bu, qətiyyən yolverilməzdir. Hakimiyyət beynəlxalq təzyiq qarşısında zəif olsa, Azərbaycan Qarabağ məsələsində zərbə ala bilər». İ.Qəmbər sonda qısa çıxışla tədbirə yekun vurdu. O bildirdi ki, dünyanın artıq bir qütbdən idarə olunmadığı haqda fikirlər yanlışdır: «Mən istəmirəm cəmiyyətdə aldanışlar yaransın ki, guya çoxqütblü dünya formalaşır. Belə şey yoxdur. Dünya hələ ki birqütblüdür və yaxın 50 ildə ABŞ-a qarşı rəqabət yarada biləcək qüvvənin olacağı, dəyişiklik gözlənilmir. ABŞ hamıya şərait yaradır ki, maraqlarınızı, imkanlarınızı ortaya qoyun. Bu, təsir imkanlarının zəifləməsi deyil». İ.Qəmbər Azərbaycanın strateji seçiminin Avropa, Qərb olduğundan başqa yol görmədiyini vurğuladı.
Etibar SEYİDAĞA 4676 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|