10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“EURONEWS” ERMƏNİLƏRİ QƏZƏBLƏNDİRDİ

2010-02-08

“Euronews” kanalının Dağlıq Qarabağ barədə reportajı Avropada yaşayan erməniləri qəzəbləndirib. “Mil.Az”ın yaydığı xəbərə görə, münaqişə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması ilə barışa bilməyən ermənilər hərəkətə keçib.

Fevralın 1-dən etibarən kanalda yayımlanan “Dağlıq Qarabağ: Azərbaycan məcburi köçkünlərinin düşərgəsində” reportajından sonra Maltadakı erməni icması bəyanat yayaraq reportajın birtərəfli qaydada hazırlandığını iddia edib. “Hesab edirik ki, Dağlıq Qarabağla bağlı BMT qətnamələrini birtərəfli qaydada təqdim etmək və reportajda müharibəyə çağırışla bağlı fikirləri yayımlamaq düzgün deyil”,-deyə bəyanatda bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl “Euronews” çəkiliş qrupu rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edərək hazırladıqları reportajda separatçı qurumu müstəqil respublika kimi təqdim etmişdi. Bu, rəsmi Bakının sərt etirazına səbəb olmuşdu. Yanvar ayının sonlarında isə “Euronews” kanalının müxbiri Laura Davidesku Azərbaycanın cəbhə bölgəsinə səfər edib, Davidesku Tərtər rayonunun cəbhə xəttində yerləşən Həsənqaya kəndində və Azərbaycan silahlı qüvvələrinin ərazidəki hərbi hissəsində, o cümlədən Ağdamda olub.
Sözügedən reportajda Xocalı faciəsi barədə ANS telekanalının təqdim etdiyi kadrlar da yer almışdı.

Cavid TURAN

2312 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ

[09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR

[09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI

[09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ

[09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR”

[09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI

[09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB

[09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR...

[09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI

[09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL”

[09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB?

[09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI

[09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT

[09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK”

[08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR”

[08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU

[08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ?

[08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI

[08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ”

[08.02.2012] - “ŞÜKÜR, ADAM ÖLMƏYİB...”

ARXIV

Yeni MÜSAVAT © 2008