12 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

FÜZULİ ƏLƏKBƏROVUN KADRI 144 AİLƏNİ ÇÖRƏKSİZ QOYUB

Cangüdən icra başçısının bitməyən hoqqaları
Oğuzun İH başçısı Aydın Əlihüseynov “fövqəlnazir”dən sonra indi də prezidenti aldadır; ortada milyonlarla yeyinti faktı var

Oğuzun icra başçısı Aydın Əlihüseynovun yeni gizlinləri üzə çıxıb. Aldığımız ən son məlumatlarda deyilir ki, icra başçısı prezidentin sərəncamını həyata keçirmək üçün saxtakarlığa əl atıb. Belə ki, prezidentin imzaladığı sərəncama görə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar su quyularının, kəmərin keçdiyi təhlükəsizlik zolağının altına düşən torpaqların sahiblərinə rayon ərazisində torpaq ayrılmalıdır. Oğuzda isə 144 belə ailə var. Lakin rayonun dövlət ehtiyat fondunda olan 4 min 500 hektarlıq torpaq sahələrində icra başçısı taxıl əkdirdiyindən prezidentin sərəncamının icrasını yerinə yetirmək mümkün olmayıb. Buna görə də Aydın Əlihüseynov çıxış yolu kimi sahibkarların torpaqlarına göz dikib.

A.Əlihüseynov öz saxtakarlığına fövqəladə hallar naziri Kamaləddin Heydərovu da şərik etmək istəyib. K.Heydərovun apartdığı yoxlama isə başçının ona yalan məlumatlar verməsini üzə çıxarıb. “Fövqəlnazir” isə ona yalan satanları bağışlamır.
A.Əlihüseynovu müvəqqəti də olsa K.Heydərovun qəzəbindən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov qurtarıb. Belə ki, F.Ələkbərovun K.Heydərovdan başçının xahişini etdiyi bildirilir. F.Ələkbərovla Aydın Əlihüseynovun tanışlığının da maraqlı tarixçəsi var. Vaxtilə Rusiyada hüquq-mühafizə orqanlarında çalışmış A.Əlihüseynov Azərbaycana dönəndən sonra Füzuli Ələkbərova məxsus “İmproteks” şirkətlər qrupunda mühafizəçi vəzifəsində işə götürülüb. Şirkətin baş qapısını A.Əlihüseynova tapşıran F.Ələkbərov bir müddət sonra onun vəzifəsini böyüdüb. Mühafizəçidən baş mühafizəçiyə çevrilən A.Əlihüseynov elə F.Ələkbərovun dəstəyi ilə 2008-ci ildə vəzifəsini yenidən dəyişib. Oğuzun icra başçısı postuna təyin olunduqdan sonra A.Əlihüseynov F.Ələkbərovun adından istifadə edib hər cür saxtakarlıqlara qol qoyur. Bir müddət əvvəl icra başçısı K.Heydərova yazdığı saxta məlumatlar dolu məktubdan birini də yerli iqtisad məhkəməsinə yollayıb. Məktubunda başçı Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar 144 ailənin əkin sahələrindən məhrum olduğunu yazıb. Prezidentin sərəncamını xatırlatmaqla məhkəmədən “Oğuz Reproduktor Quşçuluq” ASC-nin işi üzrə keçirilən proses sona çatmamış 56 hektarlıq torpaq sahəsinin paylanılması barədə qərar çıxarılmasını xahiş edib. Hakim Müseyib Bayramov icra başçısının “144 ailə acından ölə bilər” nidası qarşısında onun istədiyi qərarı verib.
144 ailə isə həmin torpaq sahələrində əkin-biçinlə məşğul olmaq istəmir. Buna səbəb isə onların apartdığı hesablamadır. Belə ki, 56 hektar torpaq bölüşdürülərkən hər bir ailəyə 39 sot torpaq düşür. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına görə isə 39 sot torpaqdan taxıl əkməklə il ərzində maksimum 32 manat gəlir əldə etmək mümkün olur. Bu isə günə 8 qəpik yarım gəlir deməkdir. Üstəlik, “Oğuz Reproduktor Quşçuluq” ASC-nin 56 hektarlıq torpaq sahəsi 144 ailənin yaşadığı ərazidən 20 kilometr aralıda yerləşir. Bu da sakinləri narazı salan məqamlardan biridir. Qeyd edilən hesablamaları sakinlər başçının özünə də göndərərək ondan günü 8 qəpik yarım gəlirə görə 20 kilometr yol qət etməyin mümkün olub-olmamasını da xəbər alıblar. Lakin A.Əlihüseynov sakinlərin bu sorğusuna cavab verməyib.
Sonda onu da qeyd edək ki, bu gün Apellyasiya İqtisad Məhkəməsində “Oğuz Reproduktor Quşçuluq” ASC-nin A.Əlihüseynovun xahişi ilə qəbul olunan qərardan verilmiş şikayətinə baxılacaq. Bununla bağlı növbəti sayımızda məlumat verəcəyik.

E.HÜSEYNOV

2828 dəfə baxılıb

[11.03.2010] - “İLHAM ƏLİYEV OBAMAYA ZƏNG ETMƏLİDİR”

[11.03.2010] - PƏNAH HÜSEYN PREZİDENTƏ MƏKTUB YAZIB

[11.03.2010] - AKP SÜRİX PROTOKOLLARINI PARLAMENTDƏ DONDURACAQ

[11.03.2010] - AZAROV UKRAYNANIN BAŞ NAZİRİ OLDU

[11.03.2010] - SPİKER QUDASININ OĞLUNU İŞDƏN ÇIXARDI

[11.03.2010] - BAKIDA BİR MƏKTƏB YANIB KÜL OLDU

[11.03.2010] - NOVRUZ BAYRAMINDA ƏFV OLACAQ

[11.03.2010] - ABŞ-dakı AZƏRBAYCAN DİASPORUNDAN SƏS ÇIXDI

[11.03.2010] - İSTANBUL ÜÇÜN DƏHŞƏTLİ ZƏLZƏLƏ PROQNOZU

[11.03.2010] - BMT AZƏRBAYCANIN ACLARINA YARDIM AYIRDI

[11.03.2010] - DEPUTAT AZAY QULİYEV ABŞ-a TƏHSİL ALMAĞA GEDİR

[11.03.2010] - TƏHSİL NAZİRİNDƏN “YENİ MÜSAVAT”a İLGİNC TƏKLİF

[11.03.2010] - QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ REALDIR

[10.03.2010] - BU GÜN BLOGGERLƏRƏ HÖKM OXUNA BİLƏR

[10.03.2010] - ABŞ KONQRESİNDƏ “MAVİ” QALMAQALLARI

[10.03.2010] - “PROTOKOLLARIN MƏCLİSDƏN KEÇMƏSİ MÜMKÜN DEYİL”

[10.03.2010] - NAXÇIVANDA İŞ QURAN PKK-çının QARDAŞI TUTULDU

[10.03.2010] - ARTUR RƏSİZADƏ MARTIN 16-da HESABAT VERƏCƏK

[10.03.2010] - MÜSAVAT FUNKSİONERİNİN OĞLU SUİ-QƏSDİN QURBANI OLUB

[10.03.2010] - TÜRKİYƏ PREZİDENTİ BABA OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008