09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

AYNA SULTANOVA ŞAUMYANIN SİLAHDAŞI OLUB?

2010-02-08

Məşədi Əzizbəyovun heykəlinin götürülməsindən sonra onun bolşevik silahdaşlarının da məsələsi gündəmə gəlib. “Azadlıq” radiosu Ayna Sultanova haqqında maraqlı material yayıb.

Onun “Atatürk” prospektindəki parkdakı heykəlinin açılışının olma vaxtını araşdıran müəllif “Kommunist” qəzetinin 1986-cı il 19 aprel tarixli sayında suallara cavab tapıb. Həmin materialda bildirilir ki, aprelin 18-də V.İ.Leninin anadan olmasının 116-cı il dönümü ərəfəsində Bakıda “partiyanın və xalqın şanlı qızının abidəsi təntənəli şəraitdə açılmışdır”. Minlərlə bakılının iştirak etdiyi mitinqi Bakı şəhər Partiya Komitəsinin ikinci katibi Sokolov açıb. Tədbirdə Azərbaycan MK-nın birinci katibi K.M.Bağırov da çıxış edib. O deyib: “Ayna Sultanova Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış leninçi bolşeviklər nəslinin şanlı dəstəsinə aid idi. Ona Kommunist Partiyasının və Sovet dövlətinin görkəmli xadimləri M.Əzizbəyov, N.Nərimanov, Stepan Şaumyan və Alyoşa Caparidze ilə birlikdə işləmək nəsib olmuşdur. Ayna Sultanova 1918-ci ildə Zaqafqaziyada, hətta bütün Şərqdə Lenin partiyası sıralarına daxil olan ilk qadınlardan biri idi. 1919-cu ilin iyununda Moskvada təhsil almağa göndərilib. Sverdlov adına Kommunist Universitetinə daxil olur. RSFSR Xarici İşlər Komissarlığında işləyir. Həmin illərdə o şəxsən V. İ. Leninlə görüşür”.
A.Sultanova “Şərq qadını” jurnalının redaktoru işləyib. 1934-cü ilin martında isə Azərbaycan SSR Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri vəzifələrinədək ucalır.
Burada diqqət çəkən məsələ A.Sultanovanın xalqımızın qəddar düşməni Şaumyanla birgə çalışması barədə deyilənlərdir. Görəsən, heç olmasa bundan sonra onun abidəsinin götürülməsinə qərar veriləcəkmi?

VÜQAR

2356 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ

[09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR

[09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI

[09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ

[09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR”

[09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI

[09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB

[09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR...

[09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI

[09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL”

[09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB?

[09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI

[09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT

[09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK”

[08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR”

[08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU

[08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ?

[08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI

[08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ”

[08.02.2012] - “ŞÜKÜR, ADAM ÖLMƏYİB...”

ARXIV

Yeni MÜSAVAT © 2008