14 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

RUSİYA NİYƏ AZƏRBAYCANDA SEPARATİZMİ BƏSLƏYİR?

Vəfa Quluzadə: “Şəxsən mən dövlət məmuru olsaydım, bunu reaksiyasız qoymazdım”
Natiq Miri: “Məqsəd zəif və asan idarə olunan Azərbaycana nail olmaqdır”

Şimal qonşumuz Rusiya üzdə Azərbaycanla normal münasibətdə olduğunu göstərməyə çalışsa da, pərdə arxasında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı siyasətini davam etdirir. Özü də imperiya varisi anti-Azərbaycan mövqeyini işğalçı Ermənistana hər cür dəstək verməklə nümayiş etdirmir. Ötən əsrin 90-cı illərində Azərbaycanın şimal və cənubunda separatizmi alovlandırmağa çalışan Moskva indi yenidən “qaynar nöqtə” yaratmağa çalışır. Bu dəfə də talış separatçılarından istifadə olunur. Xəbər verdiyimiz kimi, Rusiyadakı “Talış diasporası”nın sədri, qatı separatçı, eyni zamanda mütəmadi olaraq Azərbaycana qarşı öz radikal çıxışları ilə seçilən İsmayıl Şabanov “Russkaya Slujba Novostey” (xrebet) verilişinin qonağı olub və “Poçemu Baku boitsya talışskoqo separatizma” mövzusunda fikirlərini söyləyib.

Vəfa QuluzadəPolitoloq Vəfa Quluzadə Rusiyanın separatizmi dəstəkləməsini təbii sayır: “Ələkrəm Hümbətov son günlərədək mütəmadi olaraq İran telekanallarına çıxıb Azərbaycan əleyhinə danışırdı. İndi də rus kanallarına ayaq açıb. Çünki bu dövlətlər Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Xüsusilə də Rusiyanın əsas məqsədi Azərbaycan da daxil olmaqla, postsovet ölkələrini yenidən öz koloniyasına çevirməkdir. Deyək ki, Azərbaycandan fərqli olaraq Gürcüstan Moskvanın koloniya siyasətinə sərt münasibət bəsləyib. Amma bir gün Azərbaycanın da səbr kasası daşacaq və Rusiyanın regiondakı siyasətinə qarşı çıxacaq. Ona görə də Moskva burda aranı qarışdırmağa hər zaman maraqlıdır. Rusiya imperiyası çökməmiş bu siyasət davam edəcək”.
Bununla belə, V.Quluzadə Rusiyanın uğur qazanacağını güman etmir: “Rusiya ”Sadval"dan istifadə edərək ləzgi separatçılığını genişləndirmək istəsə də, buna nail olmadı. Bu gün də 5-6 separatçı talışla heç nə edə bilməz. Talışlar bizim qardaşlarımızdır və hər zaman Azərbaycana bağlı insanlar olub, bizimlə qaynayıb-qarışıblar. Elə onların özləri beş-üç separatçının cavablarını verəcəklər". Bəs Rusiyanın anti-Azərbaycan mövqeli addımlarına rəsmi reaksiya verilməlidirmi? V.Quluzadə: “Şəxsən mən dövlət məmuru olsaydım bunu reaksiyasız qoymazdım. Çünki Rusiyanın imperiyanı bərpa etmək ümidlərindən psixatriya qoxusu gəlir. Bir gün çeçenlər, ləzgilər öz müstəqilliyinə nail olacaqlar. Çünki əldə silah mübarizə aparırlar. Bir müddət sonra Tatarıstan da çalxalanmağa başlayacaq. Başqırdıstanda da külün altında közlər var, onlar da bir gün alışacaq. Elə bu yaxınlarda Almaniyanın sərhədi Kalininqradda minlərlə adam küçəyə çıxıb hakimiyyəti tualetə tökməyi məsləhət bildilər. Artıq rus imperiyasının lampaları yanıb-sönməyə başlayıb və belə getsə, Moskvanın başı ancaq özünə qarışacaq”.
Natiq MiriAzərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri: “Son illər Azərbaycanın süni şəkildə ”federallaşması" siyasətinin tərkib hissəsi olaraq ölkədə “Ləzgistan, ”Avarıstan", “Talışıstan” və “Artsax” kimi bölücü hərəkatlara Rusiya və İran tərəfindən dəstək verilməkdədir. Hər iki qonşu dövlətin Azərbaycana olan bu cür münasibəti “zəif region” strategiyasına əsaslanır. 2003-cü ildə Rusiyanın sabiq prezidenti Vladimir Putinin imzaladığı “keçmiş sovet vətəndaşları istənilən an ərizə yazmaqla Rusiya vətəndaşlığını ala bilmək hüquqları var” sərəncamı da bu strategiyanın tərkib hissəsidir. Separatçı Abxaziya və Güney Osetiyada həmin siyasət artıq rəsmiləşdirildiyindən, indi sırada separatçı Dağlıq Qarabağ və Pridnestrovye (Moldova) maraqları fərqli siyasət görümündə gündəmə gətirilməkdədir. Yəni müasir dünyada artıq təkcə top-tüfəngin işə yaramadığını anlayan Rusiya “humanitar hücum” siyasəti ilə Azərbaycanı ram etmək istəyindədir. Rusiyanın postsovet məkanında olan keçmiş “təbəə” ölkələrlə münasibətdə bərabərhüquqlu əməkdaşlıq niyyəti olmayıb və bu gün də yoxdur. Ona görə də Rusiyanın yaxşı qılafda görsənməsinə aldanmaq lazım deyil".
N.Miri bir məqama da diqqət çəkir: “İranda mənşəcə gilək olan Mahmud Əhmədinejat, prezident kürsüsünə yiyələndikdən sonra Azərbaycana qarşı ”Talışıstan ssenarisi" aktivləşib. Hazırda Azərbaycana qarşı “Təhlil və Araşdırma Beynəlxalq Konqresi” təşkilatı yaradılıb ki, onun da Tehran və Ərdəbil şəhərlərində xüsusi mərkəzləri fəaliyyət göstərir. Bu yöndə “Dağlıq Qarabağ” və “Talışıstan” ssenarilərinin müxtəlif metodologiyası hazırlanır". Ekspert deyir ki, “Azad Talışıstan Hərəkatı”nın lideri Fəxrəddin Əboszadəni son zamanlar Moskva, İrəvan və Tehrana uçan təyyarələrdə tez-tez görmək olar: “Əboszadə və onun həmfikirləri Rusiyanın müxtəlif regionlarında formalaşmaqda olan neoimperiya strategiyasının tərkib hissəsi kimi hərəkətə keçiblər. Rusiyanın Qafqaz siyasətinə uyğun olaraq hətta bir sıra mərkəzlər də yaradıblar. Bu mərkəzlərin Azərbaycanın regionlarında insan hüquqlarının müdafiəsi adı altında uzantıları da yaradılmaqdadır. Azərbaycan Qərbin enerji təhlükəsizliyi sisteminin çox ciddi bir elementinə çevrildikcə, getdikcə daha müstəqil xarici siyasət yeritdikcə, Türkiyə və digər türk cumhuriyyətləri ilə inteqrasiyanı gücləndirdikcə bu cür separatçı alətlərin aktivləşəcəyi gözlənilir ki, bunu da müşahidə etməkdəyik. Məqsəd zəif və asan idarə olunan Azərbaycana nail olmaqdır”.

Cavid TURAN

789 dəfə baxılıb

[13.03.2010] - ƏLİ HƏSƏNOV GÜNDƏMİN ƏN AKTUAL SUALLARINI CAVABLANDIRDI

[13.03.2010] - EYNULLA FƏTULLAYEV TƏCRİDXANADAN MƏQALƏ YAZDI

[13.03.2010] - İSA QƏMBƏR MİTİNQLƏR ÜÇÜN YER TƏLƏB ETDİ

[13.03.2010] - ÖLDÜRÜLƏN GENERAL QIZILLARI “SEVGİLİLƏR GÜNÜ”nə ALIBMIŞ

[13.03.2010] - FASYE QARABAĞDA QAN TÖKƏN ERMƏNİLƏRƏ QƏHRƏMAN DEDİ

[13.03.2010] - MART HADİSƏLƏRİNDƏN 15 İL ÖTÜR

[13.03.2010] - AVROPA ŞURASI PARLAMENT SEÇKİLƏRİNƏ YARDIM PROQRAMI QƏBUL ETDİ

[13.03.2010] - ABŞ SƏFİRLİYİNDƏN HAKİMİYYƏTƏ DİPLOMATİK MESAJ

[13.03.2010] - “WASHİNGTON POST”un GƏLİR MƏNBƏYİ HAQDA İSTİNTAQ BAŞLADI

[13.03.2010] - MÜDAFİƏ NAZİRLİYİ LENMARKERİ TOPA TUTDU

[13.03.2010] - MEHBALI ƏLİYEVIN ADI DÖVLƏT DEPARTAMENTİNİN HESABATINDA

[13.03.2010] - “İMKAN TAPDIQCA KREML QARABAĞ MÜNAQİŞƏSİNİ QIZIŞDIRACAQ”

[13.03.2010] - LAÇIN DƏHLİZİ TÜRK ORDUSUNUN NƏZARƏTİNƏ VERİLƏ BİLƏR

[12.03.2010] - ERMƏNİLƏR TÜRKİYƏ-İSVEÇ MÜNASİBƏTLƏRİNİ POZDU

[12.03.2010] - ƏSGƏRLƏRİMİZI İRANDA QUL KİMİ İŞLƏDİRLƏR

[12.03.2010] - HARAŞTİNİN YERİNİ DUNYA MİYATOVİÇ TUTDU

[12.03.2010] - NAZİM İBRAHİMOVUN MÜSAHİBƏSİ DİASPORA TƏMSİLÇİLƏRİNİ ÜZ-ÜZƏ QOYUB

[12.03.2010] - AVROPADAN AZƏRBAYCANA SƏRT TƏLƏB

[12.03.2010] - ABŞ SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRİLDİ

[12.03.2010] - SARKOZİ İLƏ GÖRÜŞDƏN SONRA SƏRKİSYANIN HALI PİSLƏŞİB

ARXIV

Yeni MÜSAVAT © 2008