11 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

NAFTALANIN KEÇMİŞ İCRA BAŞÇISININ 600 MİN PULU BATIB

Musa Musayevi YAP rəhbərliyindən uzaqlaşdırmaq qərara alınıb

Naftalan şəhərinin sabiq icra başçısı Musa Musayevin bələdiyyə seçkilərində öz namizədlərini seçdirmək niyyəti onu tamamilə bitirdi. Əslində hakimiyyətin müəyyən bir qolu Musayevin iliyini vurmaq üçün əlverişli məqam gözləyirdi. Onun bitirilməsi məsələsi isə çoxdan həll olunmuşdu. İqtidar idarəetmədə mərkəzləşdirmə xəttinə start verilən andan icra başçıları silsiləsindən hədəfə ən çox gələni məhz Musa Musayev idi. Musa Musayev o qəbil kadrlardandır ki, bütün “köhnə qvardiya” mənsubları kimi, mövcud iqtidarı özünə borclu bilir, bu hakimiyyətin və hakim partiyanın qarşısında əvəzolunmaz xidmətləri olduğunu düşünür və bu cür düşüncəni də harada gəldi, ifadə edir(di).

Üstəlik, o, idarəetmədən çoxdan uzaqlaşdırılmış akademik Cəlal Əliyevin kadrı sayılırdı; onun kimilərsə artıq xeyli vaxtdır ki, vurularaq qırağa atılıblar.
Bələdiyyə seçkisi kampaniyasına qurban verilən Musa Musayevlə bağlı tədbirlər, deyəsən, hələ tam bitməyib. Çünki bu adam icra başçılığından getsə də, hələ də YAP Siyasi Şurasının üzvüdür. Nə qədər ki, onu hakim partiyadan da uzaqlaşdırmayıblar, M. Musayevin immuniteti qalacaq, onun sərvətini əlindən almaq, paylaşdırmaq çətin olacaq.
Doğrudur, artıq qəzetlər onun paralarının talan olunması barədə yazmağa başlayıblar. Məsələn, “Gündəm xəbər” qəzeti yazır ki, M.Musayev seçki saxtakarlığında suçlanandan sonra vəzifəsində qalması üçün 600 min dollar pul verib: “Pulu ondan alıb vəd veriblər ki, işində qalacaq, təkrar bələdiyyə seçkilərində isə ona istədiyi adamları seçdirməsi üçün şərait yaradılacaq. Bu şərtlərlə razılaşsa, azı 3-5 il də vəzifəsini qoruyacaq...” Lakin o, 600 min dolları rayonun vəzifəli şəxslərindən yığmaqla lazımi instansiyaya çatdırandan sonra televiziyadan işdən çıxarıldığını eşidib və bayılıb...
Cəlal ƏliyevQəzet yazır ki, bundan sonra da M.Musayevin başı üzərində qara buludlar dolaşmaqdadır. Belə ki, seçki saxtakarlığı ilə bağlı cinayət işi birbaşa Zakir Qaralovun nəzarətindədir. Qaralovla isə onun münasibətləri yoxdur. Bunun səbəbi odur ki, Z.Qaralov 2005-ci ilin aprelində ikinci dəfə baş prokuror vəzifəsinə təsdiq edilərkən o zaman deputat olan Musa Musayev buna etiraz edibmiş. İndi də Z.Qaralov ondan qisasını almağı planlaşdırır...
İstənilən halda, onu həbs etmək, yaxud neytrallaşdırmaq, üstəlik də pullarını, mal varlığını sakitcə “milliləşdirmək” üçün QAP rəhbərliyindən uzaqlaşdırmaq gərəkdir. Bu aksiomadır; sadəcə zamana bağlıdır və bizdəki məlumatlara görə, artıq həmin zaman da gəlib. Belə ki, YAP funksionerlərinin biri redaksiyamıza yaxın olan bir şəxsə deyib ki, Musayev hakim partiyanın Siyasi Şura üzvlüyündən çıxarılacaq: “Onun şura üzvlüyündən kənarlaşdırılması üçün fövqəladə iclas çağırılmasına ehtiyac duyulmayıb. Qərara alınıb ki, Siyasi Şuranın mayda keçiriləcək növbəti iclasında Musayevin məsələsini həll etsinlər. Həmin iclasda Musayev partiyanın nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə, Siyasi Şura üzvlüyündən çıxarılacaq”.
Amma başqa bir məlumata görə isə bu olay daha da tez baş verə bilər: “Siyasi hakimiyyətdən hər an göstəriş gələ bilər. Həmin göstəriş dərhal icra olunacaq və Musa Musayev YAP rəhbərliyindən xaric ediləcək, bununla da bütün immunitetlərini itirəcək”.

Maqsud MAHRIZLI

3230 dəfə baxılıb

[11.03.2010] - BAKIDA BİR MƏKTƏB YANIB KÜL OLDU

[11.03.2010] - SPİKER QUDASININ OĞLUNU İŞDƏN ÇIXARDI

[11.03.2010] - NOVRUZ BAYRAMINDA ƏFV OLACAQ

[11.03.2010] - BMT AZƏRBAYCANIN ACLARINA YARDIM AYIRDI

[11.03.2010] - TƏHSİL NAZİRİNDƏN “YENİ MÜSAVAT”a İLGİNC TƏKLİF

[11.03.2010] - QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ REALDIR

[10.03.2010] - BU GÜN BLOGGERLƏRƏ HÖKM OXUNA BİLƏR

[10.03.2010] - ABŞ KONQRESİNDƏ “MAVİ” QALMAQALLARI

[10.03.2010] - “PROTOKOLLARIN MƏCLİSDƏN KEÇMƏSİ MÜMKÜN DEYİL”

[10.03.2010] - NAXÇIVANDA İŞ QURAN PKK-çının QARDAŞI TUTULDU

[10.03.2010] - ARTUR RƏSİZADƏ MARTIN 16-da HESABAT VERƏCƏK

[10.03.2010] - MÜSAVAT FUNKSİONERİNİN OĞLU SUİ-QƏSDİN QURBANI OLUB

[10.03.2010] - TÜRKİYƏ PREZİDENTİ BABA OLUB

[10.03.2010] - İSTEFADAKI GENERALLAR NİYƏ ORDUYA QAYTARILIB?

[10.03.2010] - ANGELA MERKEL ANKARAYA GƏLƏCƏK

[10.03.2010] - QARABAĞ DANIŞIQLARINDA MÜƏMMALI FƏALLAŞMA

[10.03.2010] - ERMƏNİ DİASPORU BAKIDA ŞİRKƏT ALIR

[10.03.2010] - ZƏLZƏLƏ KƏRPİC EVLƏRİ TORPAĞA BATIRDI

[10.03.2010] - DİASPORA NAZİRİ İTTİHAMLARA “YENİ MÜSAVAT”da CAVAB VERDİ

[08.03.2010] - TÜRKİYƏDƏ DƏHŞƏTLİ ZƏLZƏLƏ

ARXIV

Yeni MÜSAVAT © 2008