 |
Gündəm
TÜRKİYƏ RƏHBƏRLİYİ ERMƏNİ HİYLƏSİNDƏN DUYUQ DÜŞÜB 2010-02-09 Türkiyə XİN rəhbəri protokollar, “soyqırım” qətnamə layihəsi və Qarabağ danışıqlarında baş verən üç hadisə arasında bağlılıq görür
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın, erməni lobbisinin və ABŞ-ın birgə hərəkət edərək protokollarla bağlı Ankaraya təzyiq göstərməyə çalışdığını bildirib. Nazir Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında iştirakını başa vuraraq Ankaraya qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarı, Dağlıq Qarabağ münaqişəsinə dair prezidentlər arasında keçirilən son danışıqlarda erməni tərəfinin mövqeyinin sərtləşməsi və “soyqırım” qətnaməsi layihəsinin ABŞ Konqresində yenidən müzakirəyə çıxarılması arasında əlaqə var. Xəbər verildiyi kimi, ötən həftə “soyqırım” qətnaməsi ABŞ Konqresinin Nümayəndələr Palatasının gündəliyinə çıxarılıb, layihəyə martın 5-də baxılması planlaşdırılır. Eyni vaxtda layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində də səsə qoyulacaq. “Hürriyet” qəzetinin xəbərinə görə, Davudoğlu bildirib ki, Ankaranın narahatlığını Münhendə görüşdüyü ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqə çatdırıb və xəbərdarlıqlarını edib: “Mən bildirdim ki, Amerika Konqresində baş verən prosesi təsadüf kimi görə bilərsiniz, amma biz elə görmürük. Son həftələrdə dalbadal üç hadisənin baş vermə tarixi bizi son dərəcə narahat etdi. Əvvəlcə Ermənistan Konstitusiya Məhkəməsi, imzaladığımız protokolları qəbul edə bilməyəcəyimiz hala gətirən qərar verdi, sonra Azərbaycan prezidenti İlham Əliyev və Serj Sərkisyanın Qarabağ münaqişəsi ilə bağlı Soçidə baş tutan son görüşündə erməni tərəfi konstruktiv mövqeyindən geri addım atdı. İndi də bu qanun ABŞ Konqresinə təqdim edilir. Bu məsələ niyə indi gündəmə gəlir? Məsələn, noyabr ayında olmur?” deyə, nazir bildirib.
Türkiyə xarici işlər naziri rəsmi Ankaranın qondarma soyqırım təzyiqi altında addım atmadığını vurğulayıb. O deyib ki, Ankara avqustun 31-də Ermənistanla protokolları imzalayacağını elan edəndə Türkiyənin üzərində heç bir təzyiq yox idi: “Alınan qərarın doğru olduğuna inandığımız üçün o addımı atdıq. Bu gün də kimsə bizə 24 aprel təzyiqi edərək inanmadığımız addımları atmamızı gözləməsin. Biz lazım olanı doğru olduğuna inandığımız zaman edərik. Belə bir qanunun gündəmə gəlməsi nə ABŞ-ın, nə Ermənistanın, nə də Türkiyənin xeyrinədir. Bu müddət həm ikitərəfli əlaqələrimizin zədə almasına, həm də böyük əməklərlə bir nöqtəyə gətirdiyimiz Türkiyə-Ermənistan prosesinin dayanmasına səbəb ola bilər. Vaşinqtonun həssaslıqlarımız mövzusunda həssas olmasını gözləyirik”. Daha sonra türkiyəli nazir jurnalistlərə açıqlamasında deyib ki, onlara daxil olan son məlumatlara görə, erməni tərəfinin Qarabağ danışıqlarında mövqeyi sərtləşib və onlar əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilməyə başlayıblar. Münhendə Davudoğlu həmçinin ABŞ dövlət katibinin birinci müavini ilə danışıqlar aparıb, ancaq Ankaranın bütün cəhdlərinə baxmayaraq, rəsmi Vaşinqton Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarını dəstəkləyir və Türkiyəni bu sənədlərin tezliklə ratifikasiyasına çağırır. Paralel olaraq isə ABŞ-da “soyqırım”ın tanınması yönündə erməni lobbisi fəaliyyətlərini gücləndirir. Ekspertlərə görə, bütün bunlar ona hesablanıb ki, Türkiyə aprelin 24-ü ərəfəsində ABŞ-ın “soyqırım”ı tanımasını əngəlləmək üçün növbəti güzəştə gedərək protokolları ratifikasiya edəcək. Əks halda, prezident Barak Obama ermənilərə verdiyi sözü bu dəfə yerinə yetirəcək, Konqres isə “soyqırım” layihəsini səsvermədən keçirəcək. Hazırda Türkiyə tərəfi diplomatik kanallarla Ermənistanla danışıqlara vasitəçilik edən İsveçrə və ABŞ-la iş aparmağa çalışır. Ötən həftə Türkiyə XİN-in müşaviri Feridun Sinirlioğlu Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra protokollar ətrafında yaranmış vəziyyəti müzakirə edib çıxış yollarını axtarmaq üçün İsveçrəyə, oradan isə ABŞ-a gedib. Onun erməni tərəfindən Konstitusiya Məhkəməsinin qərarının protokollara məhdudiyyət yaratmayacağı haqda yazılı hüquqi təminat almaq təklifini müzakirə etdiyi bildirilir. Lakin vasitəçilərin heç biri bu məsələdə Ermənistana təsir göstərmək niyyətində deyil, eyni zamanda işarə olunur ki, əgər protokolların ratifikasiyası prosesi iflasa uğrasa, buna görə Türkiyə cavabdeh olacaq. Fevralın 11-də isə Nyu Yorkda protokollarla bağlı açıq müzakirələr olacaq. Erməni mənbələrinin məlumatlarına görə, “The New Century Foundation” təşkilatı tərəfindən keçiriləcək müzakirələrdə Ermənistanı prezident aparatının rəhbərinin müavini Vigen Sərkisyan təmsil edəcək. Türkiyə tərəfdən isə müzakirələrə bu ölkənin BMT-dəki səfiri Ərtoğrul Apakan qatılacaq. Ermənistan nümayəndə heyətinin daha sonra Dövlət Departamentində təmasları planlaşdırılır. F.MƏMMƏDOV 2035 dəfə baxılıb
|
[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ [09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR [09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI [09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ [09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR” [09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI [09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB [09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR... [09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI [09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL” [09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB? [09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI [09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT [09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK” [08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR” [08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU [08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ? [08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI [08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ” [08.02.2012] - “ŞÜKÜR, ADAM ÖLMƏYİB...” ARXIV
|