|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, onun ölkəsi uranı daha yüksək faizədək zənginləşdirmək proqramına start verir. Bu bəyanat İran prezidentinin cəmi bir neçə gün əvvəl zənginləşdirilmiş uran proqramına dair Qərblə kompromisə hazır olması barədə bəyanatına daban-dabana ziddir. Əhmədinejad ötən həftə dövlət televiziyasına müsahibəsində bildirmişdi ki, ölkəsində 3 faizədək zənginləşdirilən nüvə yanacağını xaricə göndərib əvəzində 20 faizədək zənginləşdirilmiş uran almağa hazırdır. Bu təklif ötən il BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya tərəfindən İrana təqdim edilib, lakin aylarla davam edən danışıqlardan sonra Tehran ondan imtina etmişdi. İran prezidentinin mövqeyində bu dəyişikliyin təəccüblə qarşılandığı bir vaxtda Əhmədinejad yenə gözlənilmədən mövqeyini dəyişib və bildirib ki, ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehiyə uranı 20 faizədək zənginləşdirmək tapşırığı verib. Salehi isə az sonra açıqlayıb ki, prezidentin tapşırığına əsasən proses elə bu gündən başlayacaq. O deyib ki, İran tərəfi öz planı ilə bağlı artıq Beynəlxalq Atom Enerjisi Təşkilatına məktub göndərib. Agentliyin İranın qərarına münasibəti hələ bəlli deyil. Bununla belə, İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib ki, Tehranın nüvə məsələsindəki mövqeyində dəyişiklik yoxdur: “Biz anlaşmaya hələ də hazırıq və qarşı tərəflə detalları müzakirə edə bilərik”. F.MƏMMƏDOV 773 dəfə baxılıb
|
[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ [09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR [09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI [09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ [09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR” [09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI [09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB [09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR... [09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI [09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL” [09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB? [09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI [09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT [09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK” [08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR” [08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU [08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ? [08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI [08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ” |
| Yeni MÜSAVAT © 2008 |
|