09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MÜSAVAT BAŞQANI YUŞŞENKOYA MƏKTUB HAZIRLAYIB

2010-02-09

İsa Qəmbər: “Məktubda Yuşşenkonun rəhbərlik etdiyi siyasi qüvvə ilə əməkdaşlığı davam etdirməyə hazır olduğumuz bir daha bəyan ediləcək”
“Əslinə qalsa, Ukrayna xalqını təbrik etmək lazımdır”

“Düşünürəm ki, Yuşşenkonun rəhbərliyi altında 2004-cü ildə qalib gəlmiş demokratiya xətt indi formal olaraq məğlubiyyətə uğrayıb. Ancaq mahiyyət üzrə yenə də qalib gəlib. Çünki Ukraynada azad, ədalətli seçki keçirilib”. Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirləri Ukraynadakı prezident seçkilərinin nəticələrini şərh edərkən söylədi.

Azərbaycan müxalifətinin lideri Ukraynadakı seçkilərdə demokrat Viktor Yuşşenkonun məğlubiyyətə uğramasını, rusiyayönlü Yanukoviçin isə hətta Yuliya Timoşenkonu geridə qoyaraq qələbəyə yaxın olmasını faciə kimi qəbul etmir: “Həmin o ”narıncı inqilab" deyilən demokratik proses Ukraynaya elə bir impuls verib ki, artıq Ukraynada bundan sonra seçkilərin total saxtalaşdırılması, hər hansı qüvvənin hakimiyyətdə zorla qalması mümkün olmayacaq. Bu, ən böyük nailiyyətdir, bu, missiyanın yerinə yetirilməsi deməkdir. Əslinə qalsa, bu münasibətlə Ukrayna xalqını təbrik etmək lazımdır".
Seçkinin qalibinə gəlincə, İsa bəy hansısa köklü dəyişikliklərin baş verəcəyini düşünmür: “Dəyişiklik belə olacaq ki, Ukrayna NATO üzvlüyü ilə bağlı məsələlərdə o dərəcədə təkidli olmayacaq, o mövqedən geri çəkiləcək. Ancaq Ukrayna Avropa Birliyinə üzv olmaq istiqamətində fəaliyyətini davam etdirəcək. Ukrayna ilə Rusiya arasında dostluq ritorikası güclənəcək, ancaq mahiyyət etibarilə köklü dəyişikliklər yenə də baş verməyəcək. Hesab edirəm ki, güclü vətəndaş cəmiyyətinin, güclü demokratik qüvvələrin mövcudluğu Ukraynanı bir növ demokratik meydanda saxlayacaq. Biz artıq Ukraynanın bütün daxili çətinlikləri dəf edə-edə, güclü xarici təzyiqə sinə gərə-gərə inkişafının şahidi olacağıq”.
Qeyd edək ki, Ukraynadakı ötən prezident seçkiləri Azərbaycan cəmiyyəti və demokratik qüvvələri üçün də ciddi impuls rolunu oynamışdı. Hətta o zaman müxalifətin aparıcı qüvvələrini özündə birləşdirən “Bizim Azərbaycan” Bloku narıncı rəngi Ukraynadakı “Narinci inqilab”ın şərəfinə simvol olaraq seçmişdi. Ukraynadakı seçkilərin parlament seçkiləri ilini yaşayan Azərbaycan üçün hansı təsirlərinin olacağına gəldikdə, Müsavat başqanı hesab edir ki, bu, artıq şərhlərdən, izahatdan və məsələyə yanaşmadan asılıdır: “Cəmiyyətə izah olunmalıdır ki, Ukraynada azad və ədalətli seçki keçirilib. Bizim sözümüzün canı odur ki, Azərbaycanda da azad və ədalətli seçkilər keçirilməlidir, xalq kimi istəyirsə, onu da seçməlidir. Bir gün demokratik qüvvələrə, bir gün Şərqi Avropa ölkələrində olduğu kimi keçmiş solçu qüvvələrə üstünlük verə bilər. Bu, bir prosesdir. Ancaq önəmlisi odur ki, hakimiyyəti xalq seçsin və hakimiyyət xalq qarşısında hesabat versin”.
Yuşşenko ilə müttəfiqlik sazişi imzalayan Müsavat Partiyasının başqanı bundan sonrakı mərhələdə onunla əlaqələrin davam etdirilməsi istiqamətində hansısa təşəbbüslə çıxış edəcəkmi?
İsa Qəmbər bununla bağlı maraqlı bir informasiya verdi: “Mən cənab Yuşşenkoya məktub hazırlamışam və yəqin ki, yaxın günlərdə onu Kiyevə göndərəcəyəm. Həmin məktubda fikirlərimi, mülahizələrimi bildirmişəm. Həmçinin o məktubda Müsavat Partiyasının Yuşşenkonun rəhbərlik etdiyi siyasi qüvvə ilə əməkdaşlığı davam etdirməyə hazır olduğu bir daha bəyan ediləcək”.

Elşad PAŞASOY

970 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ

[09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR

[09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI

[09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ

[09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR”

[09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI

[09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB

[09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR...

[09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI

[09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL”

[09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB?

[09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI

[09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT

[09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK”

[08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR”

[08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU

[08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ?

[08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI

[08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ”

[08.02.2012] - “ŞÜKÜR, ADAM ÖLMƏYİB...”

ARXIV

Yeni MÜSAVAT © 2008