10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İRAN ERMƏNİSTAN ÜZƏRİNDƏN QARABAĞ OYUNUNA BAŞLADI

2010-02-09

Bu dəfə daşnaklar Tehrana çağırıldı

İranın son zamanlar Ermənistanla intensiv təmasları müşahidə edilməkdədir. Özü də bu təmaslar təkcə Ermənistan rəhbərliyi ilə deyil, bu ölkənin hakimiyyətinə qarşı çıxan və ya potensial olaraq çıxmağa qadir olan qüvvələrlə qurulub. Son məlumatlara görə, bu günlərdə Ermənistanın qatı millətçi Daşnaksütyun Partiyasının rəhbərləri Tehranda olublar. Partiyanın rəhbərlərindən Kiro Manoyan, Andranik Tevanyan və Karen Xandaryanın İran rəsmiləri ilə məxfi təmaslarının olduğu da bildirilir. Ermənistan mətbuatı bu səfərlə eks-prezident Robert Köçəryanın bu yaxınlarda Tehrana dəvət edilməsi arasında əlaqə olduğunu yazıb. Xatırladaq ki, Köçəryan Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin Soçi danışıqları ərəfəsində Tehrana dəvət edilib və İran rəhbərliyi onunla danışıqlar aparıb.

Bu səfərdən sonra Ermənistan mətbuatında məlumatlar yayılıb ki, Tehran Köçəryan vasitəsilə Qarabağ anlaşmasını əngəlləməyin yollarını müzakirə edir. Belə ki, İran Ermənistan prezidenti Serj Sərkisyanın ətraf rayonların boşaldılmasını nəzərdə tutan sülh razılaşmasına gedə biləcəyindən və Azərbaycanın İranla sərhəd Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında xarici sülhməramlı qüvvələrin yerləşdirilməsindən narahatdır.
Daşnaksütyun Partiyası dünən Ermənistan mətbuatında çıxan bu iddia ilə bağlı açıqlama yayaraq bildirib ki, onların səfərinin Köçəryanın səfəri ilə heç bir bağlılığı yoxdur. Açıqlamaya görə, səfər İranda daşnakların ənənəvi illik toplantısı ilə bağlı olub. Bu səfər zamanı İrandakı erməni diasporu ilə Türkiyə-Ermənistan protokolları və Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Qeyd edək ki, yanvarın sonlarında İran xarici işlər naziri İrəvanda səfərdə olub. Ermənistan müdafiə naziri isə ötən həftə İrana səfərə dəvət edilib.

Siyasət şöbəsi

1030 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ

[09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR

[09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI

[09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ

[09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR”

[09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI

[09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB

[09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR...

[09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI

[09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL”

[09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB?

[09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI

[09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT

[09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK”

[08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR”

[08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU

[08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ?

[08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI

[08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ”

[08.02.2012] - “ŞÜKÜR, ADAM ÖLMƏYİB...”

ARXIV

Yeni MÜSAVAT © 2008