|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
2010-cu ilin zəlzələlər ili ola biləcəyi barədə bir sıra alimlərin proqnozları özünü doğrultmaqdadır. Haiti və Çilidə baş verən dəhşətli zəlzələlərdən sonra bu dəfə dünyanın ən seysmik aktiv zonalarından birində yerləşən Türkiyə təbii fəlakətlə üz-üzə qalıb. Xəbərlərə görə, martın 7-dən 8-nə keçən gecə ölkənin ucqar Elaziğ bölgəsində Rixter şkalası ilə 6 ballıq zəlzələ baş verib. Zəlzələnin gücü orta şiddətli sayılsa da bölgədə 8 ballıq zəlzələ qədər dağıntı törədib və onlarla adamın ölümünə səbəb olub. Belə ki, Elazığ bölgəsinin evləri çiy kərpicdən ibarət 5 kəndi bütünlüklə dağılıb. Dağıntının artmasına evlərin zəlzələyə qarşı qətiyyən davamlı olmaması ilə yanaşı, təkanların Yerin üst qatlarında-cəmi 5 kilometr dərinlikdə baş verməsi və 1 dəqiqəyə yaxın fasiləsiz davam etməsi səbəb olub. Tələfat isə ona görə çox olub ki, təkanlar insanları yuxuda haqlayıb. Son məlumatlara görə, ölənlərin sayı 60-a yaxındır, 74 nəfər yaralanıb. Birinci zəlzələdən sonra bölgədə 1000-dən çox “afterşoklar” yaşanıb. Bildirilir ki, təkanlar Türkiyənin daha dörd bölgəsində - Hatay, Adana, Bursa və Kütahyada qeydə alınıb. Təbii fəlakətdən sonra bölgəyə xilasedicilər, ordu bölmələri, təcili yardım briqadaları və humanitar yardımlar göndərilib. Sakinlər gecəni soyuq havada çöldə keçiriblər, onlara çadırların paylanılmasına başlanıb. F.MƏMMƏDOV 2423 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR |
| Yeni MÜSAVAT © 2008 |
|