|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Türkiyə mediasında Azərbaycan diasporu barədə dərc olunan yazı Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yenidən diqqət mərkəzinə çıxarıb. Xəbər verildiyi kimi, Türkiyənin “Akşam” qəzeti ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulu zamanı Azərbaycan diasporunun fəaliyyətinin müşahidə olunmadığını yazıb. Qəzet bildirir ki, daim erməni lobbisinə qarşı Türkiyəni dəstəkləyən Azərbaycan diasporu bu dəfə müəmmalı sükut nümayiş etdirib. ABŞ-dakı Türk-Amerika Dərnəkləri Federasiyasının prezidenti Günay Evinc isə qəzetə açıqlamasında deyib ki, Azərbaycan diasporu bu dəfə ermənilərin “soyqırımı” Konqresdə qəbul etdirmək kampaniyasına qarşı heç bir lobbi fəaliyyəti həyata keçirməyib. Onun dediyinə görə, Azərbaycan diasporunun təmsilçiləri səsvermə zamanı Konqres binası qarşısında da görünməyib. - Dünyanın bütün ölkələrində “soyqırım” məsələsi ortaya düşəndə Azərbaycan diasporu həmişə Türkiyənin yanında olub. Hətta bəzi ölkələrdə Türkiyə diasporu yoxdur. Məsələn, keçmiş sosialist ölkələrində elə də çox türk yaşamır. Amma Azərbaycan diasporu həmişə mövcud olub. O ölkələrdə də təbii ki, Azərbaycan diasporu “soyqırım” məsələsində həmişə Türkiyənin yanındadır. Fransada, Almaniyada, erməni diasporunun çox güclü olduğu başqa ölkələrdə də Azərbaycan diasporu heç kimdən asılı olmayaraq, kiminsə diqqətini cəlb etməyərək Türkiyənin problemlərini öz problemi kimi qəbul edib, həmişə çox aktiv olub, fəal iştirak edib. Amerikada da fərqli münasibət olmayıb. Azərbaycanlılar həmişə türk diasporu ilə birgə fəaliyyət göstərib. Türkiyə və Azərbaycanın bütün fəaliyyəti həmişə eyni istiqamətdən koordinasiya olunub. - Türkiyə mətbuatı iddia edir ki, Azərbaycan diasporundan kimsə gözə dəyməyib. Konkretləşdirsək, Konqresin müvafiq komitəsində sənədin qəbul olunmamasından ötrü Azərbaycan diasporu hansı fəaliyyəti ilə yadda qaldı? Siz özünüz hansı göstərişləri verdiniz? “Azərbaycanlılar hansısa tədbirdə yaxasından nişan asmır ki, onlar azərbaycanlıdır” - Azərbaycanlılar hansısa tədbirdə iştirak edərkən gəlib yaxasından nişan asmırlar ki, onlar azərbaycanlıdır. Yaxud da elə türklər. Tədbirlərdə heç zaman xüsusi bir ayrılma, ya fərq olmayıb. Türkiyə və Azərbaycan icmaları elə bir diaspor kimi fəaliyyət göstərir. Əgər lazımdırsa, azərbaycanlıların aksiyasına türklər, türklərin aksiyasına azərbaycanlılar qatılır. Hər hansı ayrılma yoxdur ki, onun hansı təşkilat olduğu xüsusi vurğulansın. Qarabağ məsələsi, Xocalı qətliamına aid tədbirlərdə türklər bizim yanımızda olduğu kimi, biz də qondarma “soyqırım” məsələsində daim Türkiyənin yanında olmuşuq. - Əminliklə deyə bilərsinizmi ki, Azərbaycan diasporunun nümayəndələri ABŞ-da lazım olanı ediblər? - Azərbaycan diasporu nəinki bu dəfə, həmişə hər şeyi edib. Amma bir deyim var: biz boyumuzdan yuxarı hərəkət eləyə bilmərik. İmkanımız nəyə çatıbsa, biz onu etmişik. - Ermənilərin “soyqırım” iddiası müzakirə olunmazdan əvvəl və elə qərar verilən gün Türkiyənin nümayəndə heyəti ABŞ-da iş aparırdı. Azərbaycan diasporuna onlarla hansısa formada təmasda olmaq, birgə işləmək tapşırığını vermişdinizmi? “Bu iddialar İslam dünyasını parçalamaq niyyətindən xəbər verir” - Dövlət nümayəndələrinin ora gedib fəaliyyət göstərməsi başqa məsələdir. Bu, Amerika-Türkiyə münasibətləri çərçivəsində olan şeydir. Amma ictimai müstəvidə hər hansı işlər həyata keçirilirsə, o zaman bu barədə verilən tapşırıqlar haqda xüsusi açıqlamalara ehtiyac olmur. Ortaya çıxan bu iddialar təbii ki, ölkələr arasında olan münasibətlərə kölgə salmaq və yaxud da İslam dünyasını parçalamaq niyyətindən xəbər verir. - Səslənən iddialardan biri də budur ki, Azərbaycan diasporuna ayrılan milyonlar aidiyyəti üzrə xərclənmir, mənimsənilir... - Bunlar hamısı cəfəng iddialardır. Azərbaycan diasporuna lazımi qədər maliyyə vəsaiti ayrılır və büdcə məsələsi də kifayət qədər şəffafdır. Diaspor təşkilatlarına nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ayrılmış vəsaitlər hesabına həmişə yardımlar edilir. Bu məsələdə biz çox şəffaf fəaliyyət göstəririk. - Türkiyə hökuməti ilə yəhudi lobbisi arasında problemlər yaşansa da İsrail-Azərbaycan münasibətləri normaldır. Mümkün deyildimi Azərbaycan diasporu yəhudi lobbisi ilə hər hansı anlaşmaya gedib ABŞ Konqresində qərarın qəbul olunmaması üçün onların dəstəyini alsın? - Bəzən beynəlxalq məsələlər elə səviyyədə olur ki, bu, bizim gücümüzdən asılı olmur. Eyni ilə yəhudi lobbisi bəzən söhbətlər zamanı bizə xatırladır ki, Azərbaycan diasporu, yaxud Azərbaycan dövləti öz gücündən istifadə edib iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə yol verməsin. Belə şeylər əlbəttə, hər kəsin arzusudur. Təbii ki, biz əlimizdən gələn hər şeyi edirik və çalışırıq ki, Türkiyənin yanında olaq. Biz iki qardaş dövlət, bir millətik. Türkiyənin rastlaşdığı bütün problemlər bizim hər birimizin problemidir. Amma bizim gücümüz nəyə çatırsa, daim onlarla birgə etməyə hazırıq. - Amma Türkiyə mediasında əksini tapan iddia çox ciddidir. Səfirin məsələyə reaksiyası da ortada müəmmaların olması qənaətini yaradır. Bu mənada qəzetə öz tərəfinizdən mövqeyinizi çatdıracaqsınızmı? - Yox. “Axşam” ictimai qəzetdir, hər yazılana da reaksiya vermək düzgün deyil. - Azərbaycan rəhbərliyi necə, diaspora nazirliyinin başçısı kimi fəaliyyətinizdən razıdırmı? Bəzən deyilir ki, diaspor daha çox hakimiyyətin dayaqlarını möhkəmləndirmək istiqamətində fəallıq göstərir, nəinki milli maraqlar naminə... - Biz Azərbaycan dövlətinin və xalqının lideri cənab prezidentin siyasətinə uyğun fəaliyyət göstəririk. Ona görə də bizim yürütdüyümüz siyasət tam milli maraqlarımıza uyğun siyasətdir. Təbii ki, cənab prezidentin kursu bütün Azərbaycan diasporu tərəfindən dəstəklənir və biz bunu həmişə vurğulayırıq. Əlbəttə ki, bundan sevinən qüvvələr üçün bu, xoş olur, sevinməyənlər üçünsə əksinə. Elşad PAŞASOY 1670 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR |
| Yeni MÜSAVAT © 2008 |
|