13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MÜSAVAT FUNKSİONERİNİN OĞLU SUİ-QƏSDİN QURBANI OLUB

2010-03-10

Ramil Axundlu müəmmalı şəkildə, həm də amansızlıqla qətlə yetirilib
Salyandakı qanlı olayın təfərrüatları “Yeni Müsavat”da

“Rayondakı dəyirmanda təzəcə işə düzəlmişdi. Heç kimlə işi olmazdı. Onun öldürülməsinə görə bütün rayon şokdadır. Oğlumu rayonda hər kəs yaxşı tanıyır. Oğlumu öldürən Qorxmaz adlı şəxslə onun heç bir haqq-hesabı olmayıb”. Bunu bizə mərhum Ramil Axundlunun atası Mirzağa Axundlu dedi. Oğul itkisinin dağını yaşayan ata qanlı olayın şokundan hələ də ayılmayıb.

Mirzağa AxundluMüsavat Partiyası Salyan rayon təşkilatının sədri, Müsavat Partiyası Məclisinin üzvü M.Axundlu oğlunun ölümündə həkimlərin də günahının olduğunu, onların yaralıya gec yardım etdiyini deyir: “Axşamçağı idi. Oğlum işdən yenicə gəlmişdi. Biz evdə oturmuşduq. Birdən həyətin çöl qapısı açıldı. Kimsə çölə çıxdı. Evdəkilərdən soruşdum, dedilər, Ramil mağazaya gedir. Təxminən yarım saatdan sonra qapımız bərk döyüldü. Həyətə çıxdım. İki nəfər məndən Yusifgilin evini soruşdu. Dedim, yox, bura Yusifgilin evi deyil. Onlar mənə dedilər ki, bir nəfəri küçədə bıçaqlayıblar. Qan içində yerdə düşüb qalıb, Yusif kimdirsə onu istəyir. Cəld çölə çıxdım. Məni hadisə yerinə apardılar. Yerdə idmançı geyimində bir uşaq qan içində uzanmışdı. Qaranlıq olduğundan üzünü görə bilmədim. Üzü al qana boyanmışdı. Küçə də qaranlıq idi. Haradasa 30-40 adam yaralının başına toplaşmışdı. Maşın işığı onun üzünə düşəndə gördüm ki, bu, oğlum Ramildir. Tez camaatı yarıb onu qucağıma aldım. Maşına qoyub xəstəxanaya çatdırdım”.
Bu yerdə göz yaşını saxlaya bilməyən Mirzağa bəy deyir ki, Ramil yaralı halda küçədə uzanıb qalarkən onun yanında polis əməkdaşı da var imiş. Lakin o da digərləri kimi bu hadisəyə seyrçi qalıb: “Əsl faciədir. Aralarında polis də olmaqla, 30-40 adam oğlumu yerdən götürməyib. O, haradasa yarım saata kimi yerdə qan içində çapalayıb”.

Salyan xəstəxanasındakı biabırçılıq

Qəhərdən boğularaq güclə danışan mərhumun atası xəstəxanadakı biabırçılıqdan da narazılığını dilə gətirdi: “Həmin gün rayon mərkəzi xəstəxanasında bircə nəfər də həkim tapa bilmədik. Ramil təcili olaraq əməliyyat olunmalı idi. Təxminən yarım saatdan sonra bir cərrah gəldi. Bundan sonra da dərman tapılmadı. Rayonun apteklərini gəzib dərman tapıb gələndə isə iş-işdən keçmişdi. Həkimlər dedi ki, çox qan itirib, əməliyyatdan sağ çıxması çətin məsələdir”.
Mərhum R.Axundlunun dayısı İlqar Məlikovla söhbət edirik. O deyir ki, Ramil təsadüfən vurulub: “Mərhumu vuran Qorxmazı hamı rayonda tanıyır. Onun 32 yaşı var. Özü də taksi sürücüsüdür. Qorxmazın qayınanası rayonda yaxşı ad çıxarmayıb. Qorxmaz ifadə verərkən deyib ki, guya Ramil qayınanasıgilin evinə giribmiş. Qayınanası və baldızı da deyiblər ki, bu adamı tanımırıq. Bu da bərk qəzəblənib deyə vurub. Amma bunlar tamamilə yanlış məlumatlardır. Əgər o vaxt mübahisə olsaydı, Qorxmaz Ramili evdə vurardı. Hadisə isə küçədə baş verib. Hadisənin necə olduğunu görənlər də olub. Lakin polis şahidləri dindirməkdə maraqlı deyil”.
İlqar bəyin sözlərinə görə, Ramildən fərqli olaraq Qorxmaz davakar adamdır: “Bizim ailəni rayonda hamı tanıyır. Mirzağa müəllimin necə alicənab insan olduğunu hər kəs gözəl bilir. Gedin rayonda o qatilin də ailəsini soruşun. Görün nə deyəcəklər sizə. Çox adam deyir ki, hadisəyə əsas səbəb Qorxmazın küçədə maşını bərk sürməsi və Ramilin buna reaksiyası olub. Dəqiq yadımda deyil, bir-iki ay qabaq da oxşar hadisə olmuşdu. Qorxmaz maşını elə sürmüşdü ki, az qala küçədən keçən yaşlı arvadı vuracaqmış. Məhəllə uşaqları ona yaxşıca başa salıblar. Bu qanlı hadisə baş verəndə Qorxmaz içkili olub. O, küçədən sürətlə keçəndə Ramil ona ”yavaş sür" deyib. Maşını saxlayıb aşağı düşən Qorxmaz Ramili söyüb. Sonra aralarında mübahisə olub. Sonda isə bu qanlı olay baş verib".

“Ramili maşında bıçaqlayıb yerə atıblar”

“Qorxmaz Ramili qayınanasının həyətində görəndən sonra onun üstünə hücum çəkib. Halbuki Ramil heç onların həyətində olmayıb. Qorxmaz içkili olduğundan elə bilib ki, Ramil qayınanasıgilin yaşadığı həyətdən çıxır. Aralarında bərk dava düşüb. Ramil ona başa sala bilməyib ki, o, buradan təsadüfən keçirmiş. Qorxmaz Ramilə deyib ki, otur maşına, gedək söhbət edək. Ramil də heç bir günahının olmadığına arxayın olduğundan maşına əyləşib. Qorxmaz maşında cibindəki bıçağı çıxararaq ona ürək nahiyəsindən bir neçə dəfə amansızcasına zərbə vurub. Sonra maşını küçənin ortasında saxlayıb, onu yerə atıb. Ramil aldığı zərbələrdən uzun müddət yerdə qıvrılıb, qışqıraraq kömək istəyib. Küçədə yaşayanlar onun başına yığışıb, lakin qorxularından heç kəs onu xəstəxanaya aparmayıb. Bu duruma seyrci qalanlar arasında polislər də var imiş” - deyir mərhumun dayısı İlqar Məlikov.
Kərim adlı rayon sakini isə bildirir ki, ola bilsin bu, Ramilə qarşı düşünülmüş bir sui-qəsddir: “Görənlər deyir ki, Ramil mağazadan nəsə alıb yolun bu tərəfinə keçəndə kənarda dayanan taksi yerindən tərpənib. Bundan əvvəl isə Ramili izləyiblər. Gözləyiblər ki, mağazadan çıxsın. O, mağazadan çıxanda Qorxmaz maşını onun üstünə sürüb. Ramil əvvəlcə buna fikir verməyib. Amma Qorxmaz maşından düşərək ona deyib ki, ”korsanmı, yolu keçəndə bax də". Bundan sonra aralarında mübahisə olub. Qorxmaz onu söhbət etmək üçün maşına oturdub və qaranlıq bir küçəyə apararaq öldürüb".
Məlumat üçün bildirək ki, R.Axundlunu bıçaqlamış Salyan şəhəri, B.Talıblı küçəsi, ev 27, mənzil 12 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Qurbanov Qorxmaz Əlifağa oğlu Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının səyi nəticəsində hadisədən dərhal sonra saxlanılıb. Hadisə zamanı istifadə olunmuş bıçaq maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Fərahim İLQAROĞLU, Bakı-Salyan-Bakı

3417 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008