12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİ DİASPORU BAKIDA ŞİRKƏT ALIR

2010-03-10

Fransanın ermənimeylli “AXA” maliyyə qrupu “MBASK” sığorta şirkətini “udur”

Fransanın və dünyanın ən böyük sığorta şirkəti olan “AXA” Azərbaycandakı “MBASK” sığorta şirkətini alır. Bu barədə məlumat verən mötəbər mənbənin sözlərinə görə, artıq bu istiqamətdə danışıqlar başa çatıb.

Sözsüz ki, hər hansı böyük şirkətin Azərbaycanla əlaqə yaratması normal haldır. Amma “AXA” ermənimeylli şirkət kimi tanınır. Bu qurum Fransadakı erməni diasporunun tam nəzarəti altındadır və uydurma “erməni soyqırımı”nın bu ölkədə qəbul olunmasında böyük rol oynayıb. Hətta İTAR-TASS agentliyinin martın 5-də yaydığı məlumata görə, “AXA” qondarma “soyqırım” qurbanlarının varislərinə kompensasiya ödəməyə başlayıb. Şirkət buna görə ermənilərə 17, 5 milyon dollar ödəmək niyyətindədir.
İndiyədək 14 min “varis” “AXA”-ya sorğu göndərib. Onlardan hələlik 1000 nəfəri tanınıb. Şirkət hər bir “varis”ə 8 min dollar ödəyir. Məsələ bundadır ki, kompensasiya verməklə presedent yaradan “AXA” indi də Azərbaycanın pullarından yararlanmaq niyyətindədir.
“AXA”-nın Azərbaycan sığorta şirkətlərindən birini alacağı haqda məlumatı hələ ötən il “AzərTAc” dövlət xəbər agentliyi yaymışdı. Məlumatda bildirilirdi: “AXA” şirkətinin sığorta xidmətləri göstərilməsi üzrə ixtisaslaşmış Türkiyə bölməsi bəyan edir ki, regionda öz fəaliyyətini genişləndirmək istəyinə görə gələn il Azərbaycanda sığorta şirkəti ala bilər. “AXA” şirkətinin nümayəndəsi Camal Ererdi “Reuters” agentliyinə bildirib ki, Fransanın bu ən iri sığorta şirkəti Türkiyə bazarında da sığorta qurumları əldə etmək imkanlarını nəzərdən keçirir. C.Ererdi deyib: “Biz Azərbaycanda şirkət almağa maraq göstəririk və bu istiqamətdə işi davam etdiririk. Çox güman ki, 2010-cu ildə niyyətimizi həyata keçirəcəyik”. “AXA”-nın əldə etmək istədiyi şirkət barədə müfəssəl məlumat verilmir".
Artıq bu şirkətin Azərbaycanın “MBASK” sığorta şirkəti olduğu bəlli olub. Qeyd edək ki, məlumatı dəqiqləşdirmək üçün “MBASK” şirkəti ilə əlaqə saxlasaq da suallarımızı cavablandırmağa məsul olan şəxsin işdə olmadığını söylədilər: “Biz heç bir məlumat verə bilmərik. Mətbuata məsul olan şəxs isə bu gün işdə olmayacaq, sonra zəng vurun”.
Mövzunu davam etdirəcəyik.

Aynur ELGÜNƏŞ

3262 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008