12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İSTEFADAKI GENERALLAR NİYƏ ORDUYA QAYTARILIB?

2010-03-10

Ələkbər Məmmədov: “Əbiyevin kadr islahatları görüntü xarakteri daşıyır”

Xəbər verildiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinin istefaya göndərilən bir qrup yüksək rütbəli zabiti - general-mayor Dadaş Rzayev, general-mayor Aleksandr Vasyak, general-mayor Məmməd Sarıyev və polkovnik Həsən Əmirov yenidən Müdafiə Nazirliyi Hərbi Elm Mərkəzinə müxtəlif vəzifələrə təyin olunublar. Bu barədə məlumat “MilAz” İA-ya hərbi mənbələrdən daxil olub.

Xatırladaq ki, onlar 2009-cu ilin sonlarında Hərbi Elm Mərkəzində aparılan struktur dəyişiklikləri ilə əlaqədar 30-a yaxın yüksək rütbəli hərbi qulluqçu ilə birgə vəzifələrindən çıxarılmışdılar. Müdafiə Nazirliyindən isə məsələyə hər hansı münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, generalların ordu sıralarına qaytarılması Dağlıq Qarabağda müharibənin yenidən başlayacağı barədə məlumatların çoxalması, Azərbaycan rəhbərliyinin müharibə bəyanatlarının davamlı şəkildə yayılması, Ermənistanda müharibə ilə bağlı narahatçılıqların artması fonunda baş verməsi də diqqəti çəkir.
Səfər ƏbiyevAmma “Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti” Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov bu fikirlərlə razılaşmır. O, Səfər Əbiyevin nazir postuna təyin olunduğu zamandan kadr siyasəti adı altında keçmiş yüksək və aşağı rütbəli zabitləri ordudan tərxis etməklə öz adamlarından ibarət komanda formalaşdırmağa başladığını xatırlatdı və bildirdi ki, orduda ixtisara salınan zabitlər də həmin qrupa aid olublar: “Sonradan Əbiyev kiminsə təsiri altına düşməməsi üçün onları çağırıb mülki işlə təmin etmişdi. Onlar hərbi təqaüdlə yanaşı, maaş da alırdılar. Bəziləri müdafiə nazirinin fəaliyyətinə tərif gətirmək və baş vermiş hadisələri ört-basdır edib bəraət qazandırılması istiqamətdə fəaliyyət göstərirdi. Nazir də onlara şərait yaratmış, xidməti maşın da vermişdi. Onların fəaliyyəti milli maraqlara yox, müdafiə nazirinin maraqlarına xidmət edirdi. Son zamanlar ”NATO-ya inteqrasiya islahatları" adı altında guya orduda islahatlar aparılır. Dəfələrlə qeyd etmişəm ki, bu islahatlar görüntü xarakteri daşıyır. Bununla əlaqədar ordu rəhbərliyi həmin adamları kənarlaşdırmaq məcburiyyətində qalır".
Müsahibimizin fikrincə, gələcəkdə  müdafiə nazirinin həmin şəxslərdən şəxsi maraqları naminə istifadə etməyəcəyi sual altındadır: “Hazırda onların əvvəlki formada orduya dəvət edilməsinin müsbət nəticə verəcəyini fikirləşmək çox absurddur. Biz gördük ki, onların heç birinin xeyri olmadı. Bundan sonra da onların ordudan uzaqlaşdırılmasının yenilik gətirəcəyinə inanmıram. Sadəcə, Qərb qarşısında NATO ilə bağlanan əməkdaşlıq planına uyğun görüntü yaradılır”.
Ə.Məmmədov onu da bildirdi ki, bu kimi addımların nəticəsində orduda problemlər get-gedə artır və kütləvi xarakter alır.

Leyla İLQAR

1667 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008