12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ABŞ KONQRESİNDƏ “MAVİ” QALMAQALLARI

2010-03-10

Respublikaçı senator azlıqlardan olduğunu etiraf etdi, demokrat konqresmen isə Obamanın yaxın adamının hamamda ona hücum etdiyini açıqladı

ABŞ Konqresində bir-birinin ardınca iki “mavi” qalmaqal baş verib. Xəbərlərə görə, Konqresin yuxarı palatasının üzvü, respublikaçı senator Roy Eşburn homoseksual olduğunu etiraf edib. Maraqlıdır ki, o, son 14 ildə senator kimi daim cinsi azlıqların müdafiəsinin əleyhinə çıxıb. Bu etirafı isə senator ilk dəfədir səsləndirir.

Roy Eşburn55 yaşlı Eşburn gey-klublardan birinə baş çəkməsi haqda məlumatların yayılmasından sonra rəsmi etiraf edib. BBC-nin məlumatına görə, 4 uşaq atası olan senator indiyədək “həmcins”lərinin hüquqlarının müdafiəsinə qarşı çıxmasına da toxunub. Eşburn bildirib ki, bu, onun yox, seçicilərinin mövqeyi olub. Təmsil etdiyi Kaliforniya ştatından radio ilə yayımlanan müsahibəsində senator deyib ki, o, ictimai rəyin təzyiqi altında “mavi”lərin hüquqlarının müdafiəsinə qarşı çıxmalı olurdu. Məlumata görə, Eşburn 4 uşaq atasıdır, ancaq arvadından boşanıb. O deyib ki, etirafına baxmayaraq siyasi fəaliyyətini davam etdirəcək və senator kimi mandatının sonuna qədər Konqresdə qalacaq.
Erik MassaKonqresin Nümayəndələr Palatasının üzvü, demokrat-konqresmen Erik Massa da onun barəsində ortaya atılan cinsi zəmində sataşma iddiası ilə bağlı yaranmış qalmaqala görə istefa verib. Bildirilir ki, mətbuat neçə vaxtdır Massanın homoseksualist olduğunu və bunu gizlətdiyini yazırdı. Məlumata görə, Konqres əməkdaşlarından biri Massanın onunla homoseksual əlaqədə olmaq istədiyi haqda şikayət verib və konqresmenin barəsində təhqiqat başlayıb. Lakin o, keçirdiyi mətbuat konfransında deyib ki, barəsindəki iddiaların ortaya atılmasını prezident administrasiyası təşkil edib. Massa deyib ki, Obamanın administrasiya rəhbəri və onun ən yaxın adamlarından biri Ram Emmanuel onu prezidentin səhiyyə islahatları paketinə dəstək vermək istəmədiyi üçün şantaj edib. Konqresmenin dediyinə görə həmin paketin müzakirəsi zamanı Emanuelin təzyiqinə məruz qalıb, belə ki, Obama administrasiyasının rəhbəri Konqresin hamamında tam çılpaq halda onun üzərinə şığıyıb: “Mən Konqresin hamamında duş qəbul edirdim, birdən yanımda Emanueli gördüm. O, tamamilə çılpaq idi və qurşaqdan aşağısına heç dəsmal da örtməmişdi. Emanuel barmağını sinəmə vurmağa başladı və qışqıraraq mənə dedi ki, nəyə görə səhiyyə islahatına səs vermək istəmirsən? Mən sual edirəm, Emanuel Konqres üzvləri üçün nəzərdə tutulmuş trenajor zalının hamamında nə gəzir? Konqresmenləri qorxutmaq üçün?” deyə Massa bildirib. O deyib ki, “mavi” olduğu haqda yayılan iddialar yalandır. Massa vaxtilə dəniz piyadalarında xidmət edərkən əldə etdiyi vərdişlərə görə mübahisə etdiyi Konqres əməkdaşına sadəcə söyüş söydüyünü deyib.

Siyasət şöbəsi

1281 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008