|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Türkiyə Böyük Millət Məclisi NATO qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının Kırıkkalə millət vəkili Vahid Ərdəm APA-nın Türkiyə bürosuna müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin qərarını oyun adlandırıb: “Soyqırım oyununa bir nöqtə qoymağımız lazımdır. Bu qərarın nə Türkiyə və ABŞ-a, nə də türk-amerikan münasibətlərinin inkişafına bir xeyri var. Hər il bu mövsümdə Türkiyədən güzəştlər qoparmaq üçün bu məsələni gündəliyə gətirmək ABŞ kimi böyük bir dövlətə də zərər vurur”. Bu qərarın Sürix protokollarının aqibətinə necə təsir göstərəcəyi ilə bağlı isə V.Ərdəm bunları deyib: “İki həftə əvvəl ABŞ-da məndən protokolların taleyi barədə soruşdular, dedim ki, bu bizim Məclisimizdən keçməyəcək. Türk millət vəkilləri bu şərtlərlə protokollara müsbət səs verə bilməz. Səbəbi protokollarda birbaşa öz əksini tapmasa da, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmamasıdır. Biz sərhədi o işğala görə qapatmışıq. İndi torpaqların azad edilməsi üçün heç bir addım atılmayıb. Ona görə də türk xalqı bu protokolları qəbul etməz. İkincisi, Ermənistan Konstitusiya Məhkəməsi protokolların taleyinə ağır zərbə endirdi. Buna görə də protokolların Məclisdən keçməsi mümkün deyil”. Xəbər xidməti 590 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR |
| Yeni MÜSAVAT © 2008 |
|