12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ REALDIR

2010-03-11

Fransada danışıqların gözlənildiyi bir vaxtda Rusiya hərbi ekspertləri bu qənaətlə çıxış edir

Ermənistanla Azərbaycan prezidentləri arasında danışıqların yeni mərhələsini təşkil etmək üçün Fransa üzərindən müzakirələr davam edir. Martın 9-da bu ölkəyə səfər edən Ermənistan prezidenti Serj Sərkisyan dünən Yelisey sarayında prezident Nikola Sarkozi ilə görüşüb. Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri əsas müzakirə mövzusu olub. Sərkisyanın səfər zamanı həmçinin Fransa Senatının rəhbəri Jerar Larje və Fransa Milli Məclisinin sədri Bernar Akkuayne ilə görüşəcəyi bildirilirdi. Ermənistan prezidentini xarici işlər naziri Edvard Nalbəndyan və diaspor naziri Qranuş Akopyan müşayiət edir.

Erməni mənbələri Parisdə Nalbəndyanın Minsk Qrupu həmsədrləri ilə görüşünün nəzərdə tutulmadığını xəbər verib. Xatırladaq ki, Fransanın Qarabağ münaqişəsinə dair tərəflərlə təmasa keçməsi Rusiya prezidenti Dmitri Medvedyevin ötən həftə Parisə səfərindən dərhal sonra başlayıb. Medvedyevlə Sarkozi Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə səylər göstərəcəklərini açıqlayıblar, elə həmin gün Rusiya XİN-də Qarabağ məsələsini kurasiya edən nazir müavini Qriqori Karasin Bakıya gəlib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov onunla görüşün ardınca Parisə səfər edib və orada Minsk Qrupunun həmsədrləri, habelə Sarkozinin xarici siyasət müşaviri ilə müzakirələr aparıb. Nəhayət, Sərkisyan Parisə yollanmazdan bir gün əvvəl Ermənistan xarici işlər naziri Moskvada olub və həmkarı Sergey Lavrovla Qarabağa dair müzakirələr aparıb. Bütün bunlar danışıqların bu mərhələsində Rusiya ilə Fransanın ortaq şəkildə hansısa konkret məqamları razılaşdırmaq üçün tərəflərlə təmasa keçmələrindən xəbər verir.
Ehtimallara görə, yaxın aylarda Moskva Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək əzmindədir. Bu görüş ya mayda, ya da iyunda baş tuta bilər. Mayın 9-da Moskvada Qələbənin 65 illiyi qeyd olunacaq. Buradakı şənliklərə həm Azərbaycan, həm də Ermənistan prezidenti dəvətlidir. İyunda isə Peterburqda növbəti beynəlxalq iqtisadi forum keçiriləcək. Son 3 ildə məhz bu forum çərçivəsində Azərbaycan və Ermənistan liderləri Qarabağ danışıqlarını aparıblar. Bu il də belə görüşün keçiriləcəyi istisna deyil. Bu baxımdan, şərhçilərə görə, Moskvanın Azərbaycan və Ermənistan rəsmiləri ilə təmaslarında belə görüşlərin hazırlanması da müzakirə edilə bilər. Lakin Əliyevlə Sərkisyan arasında görüşün göstərilən müddətlərdən daha tez, həm də bu dəfə Parisdə Sarkozinin vasitəçiliyi ilə baş tutması istisna olunmur. Bu, o halda baş verərdi ki, Fransa və Rusiyanın tərəflərlə son təmasları nəticəsində tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olsun.
Qarabağ danışıqlarının gedişi Türkiyədə də diqqətlə izlənilir. Əgər rəsmi Ankara bu məsələdə əvvəlcə kifayət qədər optimist görünürdüsə, son vaxtlar bu optimizm azalıb. “Hürriyet” qəzeti diplomatik qaynaqlara istinadən danışıqların gedişinin ürəkaçan olmadığını və tərəflərin Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılması məsələsində hansısa anlaşmaya gəlməsinin yaxın perspektivlərdə mümkün görünmədiyini yazıb. Bu səbəbdən qəzet belə qənaətə gəlib ki, Türkiyənin Ermənistanla imzaladığı protokolları ratifikasiya etməsi də gözlənilmir. Danışıqların nəticəsiz qalması müharibə riskini də artırır və məlum olduğu kimi Azərbaycan rəhbərliyi son vaxtlar bu variantı tez-tez gündəmə gətirməyə başlayıb. Rusiyada da hərbi ekspertlər hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında müharibənin bərpası təhlükəsi tamamilə realdır. Bu barədə “Azadlıq” radiosunun rus xidmətinə hərbi ekspert Pavel Felqenhauer bildirib. “Hazırda situasiyanın dəyişməsi üçün real təhlükə mövcuddur. İndiyə qədər vəziyyətin kəskinləşməsini nə Bakıda, nə İrəvanda istəyirdilər. Ancaq indi hər şey dəyişib. Əliyev administrasiyası qarşısına ciddi vəzifə qoyub və bu vəzifənin öhdəsindən gəlmək üçün riskə gedib hərbi əməliyyatlara başlaya bilər. Məsələ ondadır ki, Azərbaycan hətta hərbi əməliyyatlarda gözlədiyi nəticəni əldə etməyə əmin olmadan da bu addıma gedə bilər” deyə, Felqenhauer bildirib. Ekspert deyib ki, Azərbaycan orduya böyük vəsaitlər yönəldir, lakin ölkədəki korrupsiya üzündən bu vəsaitlər istənilən nəticəni verməyib.

F.MƏMMƏDOV

5873 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008